Icma.az
close
up
RU
Xəzər Qara Dəniz Yaşıl Enerji Dəhlizi: Regional əməkdaşliq və strateji perspektivlər TƏHLİL

Xəzər Qara Dəniz Yaşıl Enerji Dəhlizi: Regional əməkdaşliq və strateji perspektivlər TƏHLİL

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Budapeştdə keçirilən 10-cu Nazirlər/Rəhbər Komitəsinin iclası enerji siyasətinin mühüm regional transformasiyasına işıq salır. Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş çərçivəsində aparılan müzakirələr Xəzər dənizindən Avropaya yaşıl enerji ixracının genişmiqyaslı reallaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Budapeşt görüşündə hansı sənəd imzalanıb?

Qeyd edək ki, martın 10-da Macarıstanın paytaxtı Budapeştdə “Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə 10-cu Nazirlər/Rəhbər Komitənin iclasında Azərbaycanı energetika naziri Pərviz Şahbazov, Macarıstanı xarici işlər və ticarət naziri Peter Siyarto, Gürcüstanı Baş nazirin birinci müavini, iqtisadiyyat və

davamlı inkişaf naziri Levan Davitaşvili, Rumıniyanı energetika naziri Sebastian-İoan Burduja, Bolqarıstanı isə energetika naziri Jeço Stankov təmsil edib. Görüşdə, həmçinin Avropa Komissiyası, Birgə Müəssisə (GECO Power Company) və “CESI” şirkətinin nümayəndələri də iştirak edib.

İclasda Azərbaycanın bərpa olunan enerji potensialının inkişafı, “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsi üzrə irəliləyişlər və perspektivlər nəzərdən

keçirilib. “Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti”nin (GECO) fəaliyyəti, Bolqarıstanın layihəyə cəlbi, “CESI” şirkəti tərəfindən həyata keçirilən texniki-iqtisadi əsaslandırmanın (TİƏ) cari vəziyyəti, layihənin maliyyələşdirilməsi üzrə Avropa İttifaqı (Aİ) ilə əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib.

Müzakirələrdən sonra dörd ölkənin nazirləri tərəfindən iclasın yekunlarına dair Protokol və “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı Dan Yorgensenə Birgə Məktubu” imzalanıb. Məktub “Xəzər-Qara Dəniz Yaşıl Enerji Dəhlizi” layihəsinə Ortaq Maraqlar Layihəsi (PMI) statusunun verilməsinə müvafiq dəstəyi təmin etmək məqsədi daşıyır.

İclas çərçivəsində Azərbaycan Energetika Nazirliyi ilə CESI şirkəti arasında müqavilə üzrə əsas səlahiyyət və öhdəliklərin GECO-ya ötürülməsi məqsədilə müvafiq sənəd imzalanıb.

Xatırladaq ki, “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” 17 dekabr 2022-ci ildə Buxarestdə imzalanıb.

Layihənin əsas məqsədləri və geosiyasi əhəmiyyəti

Bu strateji enerji layihəsi təkcə Azərbaycanın bərpa olunan enerji potensialının inkişafını nəzərdə tutmur, eyni zamanda Avropanın enerji təhlükəsizliyinə və yaşıl enerji keçidinə mühüm töhfə verir. Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında yaradılan enerji dəhlizi Avropa İttifaqının (Aİ) enerji strategiyası ilə üst-üstə düşərək, Avropanın enerji təchizatında diversifikasiyanı təmin etməyə və Rusiyadan asılılığı azaltmağa imkan verəcək.

Bundan əlavə, bu layihə Bolqarıstanın da daxil edilməsi ilə regional əməkdaşlığın genişlənməsinə şərait yaradır. Bolqarıstanın enerji layihəsinə qoşulması onun Aİ-nin enerji şəbəkəsinə inteqrasiyasını gücləndirəcək və yaşıl enerji tədarük zəncirini daha da möhkəmləndirəcək.

Azərbaycanın enerji strategiyası və yaşıl hidrogen perspektivləri

Azərbaycanın Xəzər dənizində müəyyən etdiyi külək enerjisi sahələri və bu istiqamətdə beynəlxalq şirkətlərlə əməkdaşlığı, ölkənin bərpa olunan enerji bazarında güclü oyunçuya çevrilmək niyyətini göstərir. Energetika naziri Pərviz Şahbazovun qeyd etdiyi kimi, yaşıl hidrogenin inkişafı bu layihənin əsas istiqamətlərindən biridir. Bu, Azərbaycanın enerji strategiyasında yeni mərhələ olacaq. Yaşıl hidrogenin hasilatı və Avropaya ixracı neft və qaz sektorundan asılılığın tədricən azalmasına kömək edə bilər.

İqtisadçı-ekspert Eldəniz Əmirov APA-ya açıqlamasında Azərbaycanın Xəzər, Qara Dəniz Avropa yaşıl enerji layihəsini uğurla icra edəcəyinə ümidini ifadə edib: “Bu təşəbbüs Azərbaycanın alternativ enerji strategiyasının başlanğıc mərhələsində duran əsas layihə kimi ölkənin enerji sektorunda yeni dövrün əsasını qoyur. Azərbaycan bundan əvvəl iki mühüm enerji strategiyasını uğurla həyata keçirib. İlk olaraq, neft strategiyası ölkənin enerji sektorunda köklü dəyişikliklər yaratmış, iqtisadi inkişafın əsas lokomotivlərindən birinə çevrilmiş və ölkənin dünya enerji bazarında mövqeyini möhkəmləndirmişdi. Ardınca qaz strategiyası həyata keçirilmiş, bu da Azərbaycanın enerji siyasətini daha da diversifikasiya etməyə və Avropa bazarlarında etibarlı təchizatçı mövqeyini gücləndirməyə imkan vermişdi. Hazırda isə alternativ enerji strategiyasının uğurla icra olunmasına başlanılıb ki, bu da Azərbaycanın bərpa olunan enerji mənbələri potensialını maksimum dərəcədə reallaşdırmaq və regionda yaşıl enerjinin aparıcı istehsalçılarından birinə çevrilmək məqsədini daşıyır. Bu strategiya həm ekoloji dayanıqlılığı təmin etmək, həm də enerji təhlükəsizliyini artırmaq baxımından mühüm əhəmiyyət kəsb edir”.

Layihənin Avropanın enerji təhlükəsizliyində strateji əhəmiyyəti

Macarıstan layihənin Avropa İttifaqının enerji infrastrukturu planlarına daxil edilməsi üçün digər tərəfdaş ölkələrlə birlikdə fəal diplomatik səylər göstərir. Macarıstan layihənin icrasında Avropa İttifaqı ilə əməkdaşlığın gücləndirilməsini vacib hesab edir. Eyni zamanda, ölkə yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində regional əməkdaşlığı təşviq edərək, bu təşəbbüsün Avropanın enerji bazarında dayanıqlılığı artıracağına inanır.

Macarıstanın “Con Lukacs” İnstitutunun Strateji Proqnozlar Proqramının rəhbəri Demko Attila APA-ya açıqlamasında qeyd edib ki, “Xəzər-Qara Dəniz Yaşıl Enerji Dəhlizi” layihəsi Avropanın enerji təhlükəsizliyi və yaşıl keçid baxımından strateji əhəmiyyətə malikdir:

“Yaşıl enerji təkcə Macarıstan üçün milli prioritet deyil, bütün Avropa qitəsi üçün strateji zərurətdir. Qlobal enerji mənzərəsi dayanıqlılığa doğru irəlilədikcə, Azərbaycan Avropaya yaşıl enerjinin əsas təchizatçısına çevrilməyə hazırdır. Qara dəniz, Rumıniya və Macarıstandan keçən enerji dəhlizi ilə Azərbaycanın geniş bərpa olunan enerji potensialı qitənin enerji təhlükəsizliyinə və diversifikasiyasına əhəmiyyətli dərəcədə töhfə verə bilər. Rusiya enerjisindən asılılığın azaldılması Avropa üçün kritik məqsəd olaraq qalır, lakin əsl enerji təhlükəsizliyi balanslaşdırılmış və şaxələndirilmiş yanaşma tələb edir - bu, yalnız ABŞ də daxil olmaqla hər hansı təchizatçıya güvənməyən yanaşmadır. Bu kontekstdə Azərbaycan təkcə bərpa olunan enerji həllərini deyil, həm də təbii qaz və neft kimi ənənəvi enerji resurslarına davamlı çıxış təklif edən həyati strateji tərəfdaş kimi çıxış edir. Azərbaycanla enerji əlaqələrini gücləndirməklə Avropa dayanıqlığını artıra, iqtisadi əməkdaşlığı inkişaf etdirə və daha davamlı və təhlükəsiz enerji gələcəyinə keçidi sürətləndirə bilər”.

Macarıstanın enerji təhlükəsizliyində Azərbaycanın rolu

Ekspert Azərbaycanın Macarıstanın enerji təhlükəsizliyində mühüm roluna da diqqət çəkib.

“Azərbaycan enerjisi artıq Macarıstanın enerji diversifikasiyasına töhfə verir. Qaz idxalı sahəsində mövcud tərəfdaşlığımız var və bu, yeni təşəbbüs Azərbaycanla əməkdaşlığımızı daha da gücləndirəcək.

Əlbəttə, bu, bir gecədə baş verəcək bir proses deyil-vaxt tələb edir. Lakin bu, şübhəsiz ki, ölkənin və gələcəkdə Avropa İttifaqının enerji diversifikasiyasını gücləndirmək üçün mühüm addımdır”, - deyə macar ekspert qeyd edib.

Gürcüstan üçün Xəzər-Qara Dəniz Yaşıl Enerji Dəhlizi layihəsi ölkənin regional enerji tranziti və logistika qovşağı kimi strateji mövqeyini möhkəmləndirməklə yanaşı, Avropa ilə Asiya arasında etibarlı enerji körpüsü rolunu gücləndirmək, xarici investisiyaların cəlb olunmasına şərait yaratmaq və ölkənin enerji təhlükəsizliyini təmin edərək iqtisadi inkişafını sürətləndirmək baxımından mühüm əhəmiyyət kəsb edir.

Gürcü ekspert Levan Mamaladze APA-ya açıqlamasında Azərbaycanla birgə icra edilən yaşıl enerji dəhlizi layihəsinin Avropanın enerji diversifikasiyasına, regional sabitliyə və iştirakçı ölkələrn iqtisadi rifahı ilə yanaşı geosiyasi çəkisinin artmasına mühüm töhfələr verəcəyini bildirib.

"Gürcüstan və Azərbaycan və digər ölkələrlə birgə yaşıl enerji dəhlizi layihəsi regionun qlobal enerji bazarında çəkisini artırmaqla yanaşı, Avropanın, xüsusilə də Şərqi Avropa ölkələrinin enerji diversifikasiyasına mühüm töhfə verəcək. Bu layihənin icrası ilə həm Azərbaycan, həm də Gürcüstan enerji öz üzərinə böyük məsuliyyət götürür. Sözü gedən layihə Cənubi Qafqazla Avropa arasında mühüm iqtisadi körpü rolu oynayaq. Azərbaycan və Gürcüstanın nəhəng yaşıl enerji potensialı var. Azərbaycan gosil yanacaq ixrac edən ölkə olsa da yaşıl enerji sektoruna böyük investisuya ayıraraq qlobal bazarlara enreji təminatında dayanıqlı, yaşıl həllər axtarışında olduğunu göstərir. Azərbaycanın böyük elektrik enerjisi potensialı var, təsadüfi deyil ki, Gürcüstanda xüsusilə də qış aylarında su elektrik stansiyalatında suyun səviyyəsi azalması nəticəsində elektrik enerjisi iatesalı azaldığı zaman Azərbaycan əsas tədatükçülərdən birinə çevrilir. Lakin yay aylarında çayların bolsulu vaxtlarında Gürcüstan öz istehlakından artıq elektrik enerjisi istehsal edə bilir. Bütün bunları nəzərə alsaq həm Azərbaycan həm də Gürcüstan elekyrik enerjisi ixracından önəmli həlirlər əldə edə bilər, xüsusilə də Azərbaycanın bu layihədə iştirakı bu dəhlizlə Avropaya dayanıqlı yaşıl enerji yəminatında hılledici əhəmiyyətlidir. Gürcüstanda 26 mindən çox çay mövcuddur. Hidro enerji baxımından Gürcüstanda yeni müəssisələrin yarafılması potensialı yüksəkdir və bu layihə həmin sahəyə yeni investisiyaların yönəldilməsinə təşviq edə bilər. Bundan əlavə Gürcüstanda günəş enerjisi istehsalı perspektivi də var və hökumət bu sahədə fəaliyyət göstərən şirkətləri dəstəkləyir. Unutmamalıyıq ki, bu cür layihəlırin yalnlz iqtisadi dəyəri olmur. Bu layihələr eyni zamanda müəyyən nöqtədən sonra regionda sabitliyin qarantına çevrilirlər . Bu layijəlır ölkəlırimiz üçün əlavə gəlir, rifah mənbəyi olmaqla yanaşı onun geosiyasi çəkisinə də təsir edir. Ümumilikdə Azərbaycan və Gürcüstanın aparıcı rol oynadığı bu layihələr iki ölkə arasındakı yaxın tərəfdaşlıq münasibətlərinin nəticəsidir və bu digər qonşu ölkələr üçün də nümunə ola bilər,” deyə Mamaladze bildirib.

Nəticə və perspektivlər

Budapeşt iclası göstərdi ki, Azərbaycan və tərəfdaş ölkələr yaşıl enerjiyə keçid və enerji təhlükəsizliyi məsələlərində ciddi irəliləyiş əldə edib. Layihənin reallaşdırılması Azərbaycanın beynəlxalq enerji bazarındakı rolunu gücləndirəcək, Avropa üçün alternativ enerji mənbələrinə çıxış imkanlarını artıracaq və Xəzər-Qara Dəniz regionunun enerji tranziti üçün yeni imkanlar yaradacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:151
embedMənbə:https://apa.az
archiveBu xəbər 11 Mart 2025 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranın Zəngəzur dəhlizi ilə bağlı dəyişməz mövqeyi

28 İyul 2025 06:35see577

Azərbaycanın əməkdar məşqçisi vəfat edib KONKRET

27 İyul 2025 15:40see142

Türkiyə ən böyük hərbi müqaviləni bu ölkə ilə imzaladı

27 İyul 2025 13:31see124

Mingəçevirdə zəlzələ qeydə alındı

28 İyul 2025 06:24see123

Qyökereş “Arsenal”a keçidindən nələr dedi?

27 İyul 2025 13:26see119

Tottinin oğlu futbolçu karyerasını 19 yaşında bitirib

27 İyul 2025 14:55see118

Fransanın cənubunda meşə yanğını 680 hektardan çox ərazini bürüyüb

27 İyul 2025 23:13see117

Gəncədə klinika meyiti qaytarmır? Mərhumun yaxınlarından ŞİKAYƏT

28 İyul 2025 02:03see115

Eminin xanımının “DreamFest” “look”ları…

27 İyul 2025 15:36see115

Novxanı çimərliyində iki nəfər boğulub öldü

28 İyul 2025 09:24see115

İxtisas seçimi bu il gec başlayacaq? RƏSMİ

28 İyul 2025 14:45see115

Bakıda kişi iki manata görə arvadını döydü

28 İyul 2025 09:51see114

“Embraer 190” hava təhlükəsi yaşadı Xəzər üzərində həyəcan

28 İyul 2025 07:17see114

Corab satan aktyor işlə təmin olunub: Nazir iki dəfə mənə zəng etdi, dedi ki...

28 İyul 2025 02:44see114

“Hücumçu almaq istəyirik” “Qarabağ”ın prezidenti

28 İyul 2025 19:04see113

Yeniyetmələr süni intellektlə romantik münasibət yaşayırlar ARAŞDIRMA

28 İyul 2025 05:14see112

Cennifer Lopezin konsertində xəcalət: Səhnədə ətəyi düşdü VİDEO

28 İyul 2025 22:47see112

Əfqanıstan səfirliyindən Rusiyaya cavab: “Ədəbsiz mahnını himn saymaq olmaz”

29 İyul 2025 00:35see112

Mançester Yunayted müqavilə müddətini uzatdığı qapıçısını icarəyə göndərib

28 İyul 2025 22:46see112

Peksov 2 saat təyyarəni gözləməli oldu Detallar

27 İyul 2025 14:34see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri