Xəzər rayonu BŞİH in məişət tullantıları ilə bağlı layihəsinə qoşulub
Icma.az bildirir, Apa.az portalına istinadən.
İyunun 13-dən etibarən Bakının Xəzər rayonunda bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsinin icrasına başlanılıb.
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Mətbuat Xidmətindən APA-ya verilən xəbərə görə, layihəyə yeni qoşulan Xəzər rayonunda hazırlıq işləri çərçivəsində ilk növbədə 400-dən çox konteyner meydançası yaradılıb. Bu meydançalara ilkin mərhələdə 2500 ədəd yaşıl və narıncı rənglərdə yeni, müasir konteynerlər quraşdırılıb və əraziyə cavabdeh şəxslər təyin olunub.
Qeyd edək ki, Prezident İlham Əliyevin kommunal sahədə islahatların genişləndirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq artıq 6 ildir ki, BŞİH tərəfindən bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsi uğurla həyata keçirilir. İlk vaxtda Nərimanov rayonunda icrasına başlanan layihənin həyata keçirilməsində əldə edilən müsbət nəticələr imkan verdi ki, mərhələli şəkildə paytaxtın daha 8 rayonu - Nizami, Nəsimi, Yasamal, Xətai, Pirallahı, Suraxanı, Binəqədi və Səbail rayonları da bu işlərə qoşulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 13 İyun 2025 12:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















