Icma.az
close
up
RU
Xəzər sürətlə kiçilir, canlı aləm sağalmaz zərbə alır

Xəzər sürətlə kiçilir, canlı aləm sağalmaz zərbə alır

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yad daxilolmalar da dənizin ekosisteminə təhlükə yaradır

Son dövrlərdə Xəzər dənizinin sahilboyu ərazilərində ciddi landşaft və ekoloji dəyişikliklər baş verir. Bu təsir dənizin şimal-şərqində deyil, həm də Azərbaycan ərazisində, Neftçala–Ələt sahillərində də müşahidə olunur.

Elm və Təhsil Nazirliyi, Coğrafiya İnstitutunun apardığı tədqiqatlar nəticəsində məlum olub ki, Xəzər dənizinin Qoltuq körfəzində su səviyyəsi 15–2 kilometr geri çəkilib. Bu dəyişikliklər ekosistemlər üzərində ciddi fəsadlar yaradır və dənizin sahil bölgəsindəki landşaft strukturlarının yenidən formalaşmasına səbəb olur. Sahil bölgəsindəki ekosistemlərdəki dəyişikliklər suyun keyfiyyətinə də təsir edir. Məsələn, Sara adasının şərqə doğru 2,5 kilometr genişlənməsi, Bala Qızılağac körfəzinin səthinin isə yarıdan çoxunun yosunlarla örtülməsi nəticəsində suyun keyfiyyəti kəskin şəkildə pisləşib. Bu vəziyyət dəniz canlılarının inkişafı üçün əlverişsiz hala gəlib və nəticədə akval ekosistemlərində ciddi pozulmalar baş verib. Yosunların artması suyun oksigen miqdarını azaldıb və sualtı həyatın tənəzzül etməsinə səbəb olub.

Sahilboyu ərazilərdəki geriləmə müxtəlif intensivliklərdə baş verir. Məsələn, Astara şəhərindən Göyşaban məntəqəsinə qədər olan sahil xətti digər bölgələrlə müqayisədə daha zəif geriləyib, burada 40–50 metrdən 200–300 metrə qədər dəyişən bir geri çəkilmə vatr. Lakin ən güclü geriləmə Qızılağac körfəzi rayonunda baş verir. Bu ərazilərdə sahil xətti ildə orta hesabla 250–300 metr geri çəkilərək ətraf mühitin yeni şəraitə uyğunlaşmasına səbəb olub. Nəticədə, kontinental rejimə keçmiş ekosistemlər tədricən ətli-şorangəli və şoranotlu yarımsəhra əraziləri ilə əvəz olunmağa başlayıb. Bu ərazilərdə ekosistemlər ciddi şəkildə dəyişib, yulğunlu və lığvərli bitki örtükləri meydana gəlib.

Yosunlar yalnız Azərbaycan sahillərində artaraq biokütləyə təsir etmir. Bu bəla həm də Xəzərin digər sahilyanı ölkələrində də müşahidə olunur. Artıq Xəzər dənizində bioloji çirklənmə və ekosistemin pozulması, bu ərazinin təbii tarazlığını təhdid edən ciddi bir problemə çevrilib. Narahatlıq doğuran məsələlərdən biri də invaziv fitoplankton növlərinin yayılmasıdır. Xüsusilə, “Ceratium tripos var” adlı dinofit (birhüceyrəli, nadir hallarda çoxhüceyrəli orqanizmlərdir) yosunu son dövrlərdə Xəzər dənizində böyük sürətlə yayılır. Bu yosun Xəzərdə yad orqanizmdir. İlk dəfə Qızıl–Uzen–Melovaya bölgəsində, 10 metr dərinlikdə aşkar olunmuşdu. O dövrün monitorinqində hüceyrə sayı çox aşağı idi. Hər nümunədə yalnız 3-10 hüceyrə mövcud idi. Lakin bu ilin yaz aylarına yaxın yosunun yayılma miqyası və sıxlığı kəskin şəkildə artıb və artıq Orta və Şimali Xəzərdə bu yosunun konsentrasiyası hər nümunədə 200 hüceyrəyə qədər yüksəlib. Həmçinin, bu yosun 520 metr dərinlikdə də müşahidə olunub. Bu göstəricilər, yosunun fəal şəkildə böyüdüyünü və ekosistemin daxilində ciddi dəyişikliklərə səbəb ola biləcəyini göstərir.

Bu yeni tapıntı, ekosistem mütəxəssislərində ciddi narahatlıq doğurur. Çünki “Ceratium tripos var” yosunu iri ölçülərə malikdir və qeyri-yerli mənşəli olduğuna görə, yerli zooplankton növləri tərəfindən qida olaraq istifadə edilmir. Bu vəziyyət, Xəzər dənizindəki təbii qida zəncirinin pozulmasına səbəb olur. Bu cür ekoloji dəyişikliklər tarixi olaraq da presedentə malikdir. Yada salaq ki, 1934-cü ildə Xəzər dənizində yayılmağa başlayan iri ölçülü başqa bir yosun növü də zooplanktonların qidalanmasını çətinləşdirmiş və bu səbəbdən balıq populyasiyalarında ciddi azalma müşahidə olunmuşdu.

Əgər “Ceratium tripos var” yosununun yayılması bu templə davam edərsə, zooplanktonların biokütləsinin azalması qaçılmaz olacaq. Bu da öz növbəsində, xırda balıqların və iri balıq növlərinin balalarının qidalanma ehtiyatlarını məhdudlaşdıracaq. Nəticədə, dəniz ekosistemindəki balans pozulacaq və Xəzər dənizinin sahilindəki balıqçılıq təsərrüfatlarında da iqtisadi itkilər baş verə bilər.

Onu da qeyd edək ki, dinofit yosunların inkişafı əsasən isti mövsümdə sürətlənir, bu da onların yay aylarında daha da genişlənməsi ehtimalını artırır. Mütəxəssislər, yaxın gələcəkdə bu invaziv fitoplankton növünün Xəzər dənizinin plankton sisteminə və ümumilikdə bioloji tarazlığa nə dərəcədə təsir göstərəcəyini müəyyən etmək üçün genişmiqyaslı tədqiqat və monitorinq işlərini davam etdirirlər.

Alimlər bildirirlər ki, Xəzər dənizində baş verən digər bir təhlükə də başqa yad orqanizmlərlə bağlıdır. Belə ki, Volqa–Don kanalı vasitəsilə Azov–Qara dəniz hövzəsindən gələn yad növlər, xüsusən də meduzalar, Xəzər dənizinin canlıları üçün ciddi təhdidlər yaradır. Türkmənistan sahilində bu meduzalar, “Aurelia aurita” və “Mnemiopsis leudyi” növləri çoxalmağa başlayıb və bu, yerli balıqların qida zəncirinə mənfi təsir göstərib. Meduzalar, xüsusilə kilkə ilə qidalanırlar və bu, kilkə populyasiyasının azalmasına səbəb olur. Kilkə ilə qidalanan digər su heyvanlarının sayı da bu azalma ilə birlikdə azalır. Nəticə etibarilə, bu növlərin çoxalması Xəzər dənizində bioloji müxtəlifliyin pozulmasına gətirib çıxarır və yerli növlərin qida mənbələrini azaldır.

Yad orqanizmlərin Xəzər dənizinə daxil olması yalnız bioloji müxtəlifliyi deyil, yuxarıda qeyd etdiyimiz kimi həm də suyun kimyəvi və fiziki xüsusiyyətlərini dəyişdirə bilir. Suyun oksigen səviyyəsini azaldır və nəticədə balıqların və digər dəniz canlılarının kütləvi tələfinə səbəb olur. Bununla yanaşı, belə növlər toxsik maddələr istehsal edərək suyun keyfiyyətini pisləşdirir. Bütün bunlar Xəzər dənizindəki ekosistemi ciddi şəkildə təhdid edir.

Xəzər dənizində bu cür ekoloji dəyişikliklərə yol açan başqa bir səbəb də suyun temperaturunun artması və nəticədə oksigen çatışmazlığıdır. Artan istilik, xüsusən də paytaxt yaxınlığındakı dayaz və kurort zonalarında, balıqların kütləvi tələfinə səbəb olur. Araşdırmalar göstərir ki, suyun temperaturunun yüksəlməsi ilə oksigen səviyyəsi normadan aşağı düşüb. Bu ilin yayında, əvvəlki illərlə müqayisədə balıqların tələfi daha erkən başlayıb. Suyun oksigen səviyyəsinin normadan kəskin şəkildə aşağı düşməsi, balıqların tələfinin artmasına səbəb olub. Ölü balıqların sahilboyu yığılması və ətraf mühitə yayılan kəskin qoxular sosial şəbəkələrdə geniş yayılıb. Belə bir hadisə, bu yaxınlarda Türkan sahilində baş vermişdi.

Aydındır ki, yaranmış vəziyyət Xəzər dənizinin ekosistemindəki dəyişikliklərə dair ciddi narahatlıqlara səbəb olur. Mütəxəssislər bildirirlər ki, invaziv yosunların və digər yad növlərin qarşısını almaq, Xəzər dənizinin təbii bioloji müxtəlifliyini qorumaq üçün davamlı monitorinqin və vaxtında elmi müdaxilələrin həyata keçirilməsi vacibdir. Əks halda, Xəzər dənizinin zəngin bioloji müxtəlifliyi və bölgənin iqtisadi rifahı böyük təhlükə altına düşə bilər. Bu, həm də ətraf mühitin davamlı qorunması üçün kompleks tədbirlərin həyata keçirilməsinin vacibliyini önə çıxarır.

Ə. PÜNHAN
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Avqust 2025 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qalatasaray 10 nömrə mövqeyinə onu gətirir

16 Avqust 2026 01:18see348

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see326

Almaniyanın Baltik dənizi sahillərində zəhərli yosunlar yayılıb

16 Avqust 2026 02:25see274

Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət

16 Avqust 2026 04:05see271

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see221

Masazırda bayquş ulayırdı!

16 Avqust 2026 00:07see220

Bu ölkə ilə əlaqələri gücləndirəcəyik Pezeşkian

16 Avqust 2026 00:20see209

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see207

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see196

Günay bikinidə fotolarını yaydı

16 Avqust 2026 03:05see195

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see194

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see192

Günay Peruda dincəlir Fotolar

16 Avqust 2026 15:28see186

Epşteyn işi ilə bağlı maraqlı məqam: Playboy un sahibi FTB yə dəfələrlə zəng edibmiş

16 Avqust 2026 00:18see184

Moskva Dəməşq arasında birbaşa aviareyslər bərpa olunur

16 Avqust 2026 03:18see181

Duran "Seltik"də daha bir qol vurdu

16 Avqust 2026 12:12see177

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see176

Almaniyada Ukraynanın vəziyyətinin kövrək olduğu etiraf edilib

16 Avqust 2026 01:20see176

Yaşlanmaya son verilir: Alimlər ilk dəfə insan hüceyrələrini “cavanlaşdırmağa” başladı

16 Avqust 2026 21:33see175

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri