Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Röya tanınmaz obrazda (Foto/Video)

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Baş idarə rəisinə yeni rütbə verildi

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Gizli toy və atılmış qız: Müslüm Maqomayevin həyatından az adamın bildiyi faktlar

Xəzər sürətlə yox olur Səbəb yalnız iqlim deyil! Professordan AÇIQLAMA

Xəzər sürətlə yox olur Səbəb yalnız iqlim deyil! Professordan AÇIQLAMA

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Şimali Xəzər sahilində yerləşən bölgələr daha çox zərər çəkəcək


İlk növbədə Volqa çayının deltası ərazisində monitorinq qrupları fəaliyyətə başlamalıdır


Son illərdə Xəzər dənizinin səviyyəsində baş verən sürətli azalma təkcə iqlim dəyişiklikləri ilə izah oluna bilməz. Problem daha dərin və çoxşaxəlidir. İnsan fəaliyyətinin intensivləşməsi, əhalinin artması, su resurslarının həddindən artıq istifadəsi və kənd təsərrüfatında suvarmaya olan tələbatın yüksəlməsi bu prosesin əsas hərəkətverici qüvvələrindəndir. Təsadüfi deyil ki, hələ 2022-ci ildə Xəzəryanı Dövlətlərin Zirvə Toplantısında Azərbaycan Prezidenti İlham Əliyev Xəzər dənizinin ekoloji vəziyyətinin pisləşməsi məsələsini qaldırdı. Prezidentin bu məsələni yenidən gündəmə gətirməsi isə artıq vəziyyətin daha da kritik hal aldığını göstərir. BMT Baş Assambleyasının 80-ci sessiyasında etdiyi çıxışda o, Xəzər dənizinin sürətlə kiçildiyini və əsas səbəbin iqlim dəyişmələri deyil, digər ciddi amillər olduğunu xüsusi vurğulayıb. Bu reallıq problemin təkcə regional deyil, beynəlxalq miqyasda müzakirə olunmasının vacibliyini göstərir.


İqtisadi və siyasi coğrafiya sahəsində alim, BDU-nun professoru Çingiz İsmayılov Sherg.az-a açıqlamasında söyləyib ki, Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi yalnız iqlim dəyişiklikləri ilə izah oluna bilməz:


"Bu problemin yaranmasında bir neçə amilin üst-üstə düşməsi vəziyyətin bu qədər ağır hal almasına səbəb olub. Xəzər hövzəsində, xüsusilə ətraf bölgələrdə əhalinin sayının artması təbii olaraq suya olan tələbatın da artmasına gətirib çıxarıb.

Xəzər dənizinə daxil olan şirin su mənbələrinin əsas hissəsi, təxminən 80%-i Volqa çayı vasitəsilə təmin olunur. Digər çayların bu balansdakı payı isə əhəmiyyətli dərəcədə azdır. Məsələn, Kür çayının payı təxminən 2%, digər çayların isə daha da azdır. Əgər biz Volqa çayı hövzəsinin, xüsusilə onun aşağı hissəsində əhalinin artımını, təsərrüfat sahələrinin genişlənməsini və əkinçilikdə suvarmaya olan tələbatın artmasını nəzərə alsaq, aydın olur ki, Volqa çayından su istifadəsi kəskin şəkildə artıb. Bu həm şəhərlərdə əhalinin içməli suya olan tələbatının artması, həm də kənd təsərrüfatında daha çox suvarma tələbatı ilə əlaqədardır. Nəticədə, Volqaya daxil olan suyun həcmi azalır. Digər tərəfdən, iqlim dəyişikliyi səbəbindən bölgədə temperaturun artması buxarlanmanı artırır. Beləliklə, bir tərəfdən dənizə daxil olan suyun həcmi azalır, digər tərəfdən səthdən buxarlanma artır. Bu isə akkumulyativ effekt yaradır və problemin daha da kəskinləşməsinə səbəb olur".


Ekspert xüsusilə Xəzərin şimal sahillərində bu proseslərin daha qabarıq şəkildə müşahidə olunduğunu bildirib: 

"Qazaxıstan və Rusiyanın Volqa çayının deltası ətrafındakı ərazilərində, o cümlədən Kalmaçiya sahillərində su səviyyəsinin düşməsi artıq ciddi fəsadlara yol açıb. Əgər bu tendensiya davam edərsə, ilk növbədə Şimali Xəzər sahilində yerləşən bölgələr-Rusiya (Həştərxan, Dağıstanın şimal hissələri) və Qazaxıstanın şimal sahilləri (məsələn, Atırau vilayəti) daha çox zərər çəkəcək. Su səviyyəsinin daha da düşməsi nəticəsində həmin ərazilərdə quraq və duzlu səhraların yaranması ehtimalı yüksəkdir. Küləklərin təsiri ilə Xəzər dənizinin dibində çökmüş duzların ətraf ərazilərə yayılması canlı aləmə mənfi təsir göstərəcək. Nəticədə biomüxtəliflik azalacaq, quraqlıq artacaq və canlıların yayılma arealı məhdudlaşacaq.

Volqa çayı hövzəsində, xüsusilə Volqoqrad və Həştərxan bölgələrində əkin sahələrinin genişlənməsi və suvarma üçün daha çox su istifadə olunması ekoloji gərginliyin yaranmasına səbəb olacaq. Bu vəziyyəti tənzimləmək üçün dövlətlərarası səviyyədə əməkdaşlıq vacibdir. Xəzəryanı dövlətlərin-Azərbaycan, Qazaxıstan, Türkmənistan, İran və Rusiyanın nümayəndələrinin iştirakı ilə birgə işçi qrup yaradılmalıdır. Bu qrupun tərkibinə müvafiq qurumların, o cümlədən iqtisadiyyat, ekologiya və kənd təsərrüfatı sahələrinə cavabdeh olan nümayəndələr daxil edilməlidir".


Müsahibimiz Xəzər dənizinin səviyyəsinin tənzimlənməsi üçün ilk növbədə Volqa çayının deltası ərazisində monitorinq qruplarının fəaliyyətə başlamasının vacib olduğunu vurğulayıb: 

"Bu qruplar Volqa çayına daxil olan suyun həcminin hansı dərəcədə dəyişdiyini müəyyən etməli və əldə olunan məlumatlar əsasında müvafiq tədbirlər görülməlidir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:239
embedMənbə:https://sherg.az
archiveBu xəbər 26 Sentyabr 2025 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see350

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see340

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see337

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see333

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see318

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see270

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see270

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see257

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see244

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see221

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see220

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see219

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see215

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see214

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see213

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see212

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see208

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see198

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see195

Gizli toy və atılmış qız: Müslüm Maqomayevin həyatından az adamın bildiyi faktlar

31 Oktyabr 2026 20:16see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri