Icma.az
close
up
RU
“Xəzər Tv”yə “Əhsən” gəldi Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

“Xəzər Tv”yə “Əhsən” gəldi Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Azxeber.com saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanda ilk dəfə - Xalq çalğı alətləri ansambllarının Televiziya Müsabiqəsi başlayıb.

AZXEBER.COM xəbər verir ki, "ƏHSƏN” Yaradıcı Təşəbbüslər Mərkəzi və Xəzər Media Mərkəzinin birgə təşkilatçılığı ilə görkəmli tarzən, Azərbaycan SSR-in əməkdar artisti Əhsən Dadaşovun 100 illik yubileyinə həsr olunmuş xalq çalğı alətləri ansambllarının Televiziya Müsabiqəsinə start verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə ölkəmizdə digər sahələr kimi, mədəniyyət sahəsində də irimiqyaslı layihələr həyata keçirilərək, musiqi mədəniyyətimizin dünyada təbliğinə və tanıdılmasına nail olunub.

Məhz prezident İlham Əliyev, vitse-prezident Mehriban xanım Əliyevanın bu mühüm xidmətlərindən ilhamlanaraq, "ƏHSƏN” Yaradıcı Təşəbbüslər Mərkəzi də incəsənətin, ədəbiyyatın görkəmli nümayəndələrinin həyat və yaradıcılığına layihələr həsr etməkdədir. Onlardan biri də Xəzər Media Mərkəzi ilə birgə həyata keçirilən xalq çalğı alətləri ansambllarının "Əhsən” Televiziya Müsabiqəsidir. 

 "Əhsən” Televiziya Müsabiqəsinin incəsənət nümayəndələri və tamaşaçılar arasında böyük marağa səbəb olacağı gözlənilir. Belə ki, milli musiqi və xalq çalğı alətləri ansamblların təbliği və inkişafına xidmət edən bu layihədə eyni zamanda mükafat fondundan qalib ansambla 10000 manat, 2-ci yerə layiq görülən ansambla 7000 manat, 3-cü yerin sahibi olan ansambla isə 5000 manat məbləğində pul mükafatı təqdim olunacaq. Bundan əlavə qalib ansamblı unikal əl işi olan "Əhsən” Televiziya Müsabiqəsinin kuboku gözləyir. 

Qeyd edək ki,  "ƏHSƏN” Televiziya Müsabiqəsində iştirakla bağlı həm Azərbaycandan, həm də ölkə hüdudlarından kənar  45-ə yaxın müraciət daxil olub. Onların arasından 15 ansambl müsabiqə proqramında yarışmaq hüququ qazanıb.

İlk mərhələdə yarışmaya haqq qazanan ansamblları  ekspert qismində  tanınmış incəsənət nümayənədələri olan xalq artisti Elşən Mansurov, əməkdar müəllim Ümid İbrahimli, əməkdar artistlər Ələkbər Ələkbərov, Əliağa Sədiyev, Toğrul Əsədullayev və "ƏHSƏN” Yaradıcı Təşəbbüslər Mərkəzinin rəhbəri Tamilla Əliyeva  təyin edib. Müsabiqənin münsiflər heyətində isə xalq artistləri, ansambl qurucusu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndəsindən ibarət mütəxəssislər təmsil olunacaqlar.

"Əhsən” Televiziya Müsabiqəsi ilk yayımına 10 noyabr 2024-cü il tarixində, saat 14:15-də Xəzər Televiziyasında başlayır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 10 Noyabr 2024 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see367

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see253

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see216

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see206

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see196

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see179

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see163

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see154

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see150

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see149

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see148

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see147

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see140

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see136

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see134

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see132

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see128

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see127

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri