Icma.az
close
up
RU
“Xəzər Tv”ə “Əhsən” gəldi! Video

“Xəzər Tv”ə “Əhsən” gəldi! Video

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanda ilk dəfə - Xalq çalğı alətləri ansambllarının Televiziya Müsabiqəsi başlayıb.

“Qafqazinfo” xəbər verir ki, “ƏHSƏN” Yaradıcı Təşəbbüslər Mərkəzi və Xəzər Media Mərkəzinin birgə təşkilatçılığı ilə görkəmli tarzən, Azərbaycan SSR-in əməkdar artisti Əhsən Dadaşovun 100 illik yubileyinə həsr olunmuş xalq çalğı alətləri ansambllarının Televiziya Müsabiqəsinə start verilib.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı ilə ölkəmizdə digər sahələr kimi, mədəniyyət sahəsində də irimiqyaslı layihələr həyata keçirilərək, musiqi mədəniyyətimizin dünyada təbliğinə və tanıdılmasına nail olunub.

Məhz Prezident İlham Əliyev, vitse-prezident Mehriban Əliyevanın bu mühüm xidmətlərindən ilhamlanaraq, “ƏHSƏN” Yaradıcı Təşəbbüslər Mərkəzi də incəsənətin, ədəbiyyatın görkəmli nümayəndələrinin həyat və yaradıcılığına layihələr həsr etməkdədir. Onlardan biri də Xəzər Media Mərkəzi ilə birgə həyata keçirilən xalq çalğı alətləri ansambllarının “Əhsən” Televiziya Müsabiqəsidir.

“Əhsən” Televiziya Müsabiqəsinin incəsənət nümayəndələri və tamaşaçılar arasında böyük marağa səbəb olacağı gözlənilir. Belə ki, milli musiqi və xalq çalğı alətləri ansamblların təbliği və inkişafına xidmət edən bu layihədə eyni zamanda mükafat fondundan qalib ansambla 10000 manat, 2-ci yerə layiq görülən ansambla 7000 manat, 3-cü yerin sahibi olan ansambla isə 5000 manat məbləğində pul mükafatı təqdim olunacaq. Bundan əlavə qalib ansamblı unikal əl işi olan “Əhsən” Televiziya Müsabiqəsinin kuboku gözləyir.

Qeyd edək ki, “ƏHSƏN” Televiziya Müsabiqəsində iştirakla bağlı həm Azərbaycandan, həm də ölkə hüdudlarından kənar 45-ə yaxın müraciət daxil olub. Onların arasından 15 ansambl müsabiqə proqramında yarışmaq hüququ qazanıb.

İlk mərhələdə yarışmaya haqq qazanan ansamblları ekspert qismində tanınmış incəsənət nümayənədələri olan xalq artisti Elşən Mansurov, əməkdar müəllim Ümid İbrahimli, əməkdar artistlər Ələkbər Ələkbərov, Əliağa Sədiyev, Toğrul Əsədullayev və “ƏHSƏN” Yaradıcı Təşəbbüslər Mərkəzinin rəhbəri Tamilla Əliyeva təyin edib. Müsabiqənin münsiflər heyətində isə xalq artistləri, ansambl  qurucusu  və Mədəniyyət Nazirliyinin nümayəndəsindən ibarət mütəxəssislər təmsil olunacaqlar.

“Əhsən” Televiziya Müsabiqəsi ilk yayımına 10 noyabr 2024-cü il tarixində, saat 14:15-də Xəzər Televiziyasında başlayır.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:191
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 09 Noyabr 2024 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see330

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see280

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see241

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see235

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see231

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see228

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see225

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see223

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see222

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see218

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see211

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see208

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see201

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see201

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see192

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see188

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see187

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see187

Sumqayıtda ağır qəza: Chevrolet ağaca çırpıldı

24 Sentyabr 2026 00:33see170

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri