Xəzərdə nadir növdən olan balıqları ovlayan brakonyer saxlanıldı
Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ekoloji cinayətlərin qarşısının alınması və ekoloji təhlükəsizliyin təmini, habelə su bioresurslarının mühafizəsinə nəzarəti gücləndirmək məqsədilə polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir. Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşlarının bu istiqamətdə keçirdikləri növbəti tədbir zamanı Xəzər dənizinin cənub hissəsində qanunsuz balıq ovu ilə məşğul olan N.Həbibzadə saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Unikal"a verilən məlumata görə, baxış zamanı həmin şəxsdən 172 ədəd ovlanması qadağan edilən müxtəlif növ balıq və qanunsuz ov alətləri götürülüb.
Faktla bağlı araşdırma aparılır. Su polisləri tərəfindən müvafiq dövlət qurumları ilə birgə bu istiqamətdə nəzarət-profilaktik tədbirlər davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 13 Fevral 2026 16:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















