Icma.az
close
up
RU
Xəzərin səviyyəsinin enməsi bu sahələrə ciddi təsir edəcək Ekspert

Xəzərin səviyyəsinin enməsi bu sahələrə ciddi təsir edəcək Ekspert

Icma.az, Metbuat portalına istinadən məlumatı açıqlayır.

Alimlərin proqnozlarına görə, əsrin sonuna qədər Xəzər dənizinin su səviyyəsi 8–21 metr azalacaq. Bu proses Azərbaycanın və region ölkələri iqtisadiyyatına hansı əsas təsirləri göstərə bilər?

Mövzu ilə bağlı Metbuat.az-a danışan iqtisadçı Eldəniz Əmirov bildirib ki, suyun geri çəkilməsi həm nəqliyyat, həm enerji, həm də turizm sahələrinə mənfi təsir edəcək:

“Əvvəlki dövrlərdə də Xəzərin səviyyəsi bugünkündən kifayət qədər aşağı olmuş, daha sonra artmışdır. Bu, uzun illər davam edən geri çəkilmə və səviyyənin artma prosesidir. Konkret təsirə gəldikdə, bu, həm nəqliyyat sektoruna, yəni orta dəhlizin reallaşmasına, həm Azərbaycanda neft-qaz sektoruna, həm turizm sektoruna, həm də balıqçılıq sənayesinə mənfi təsir göstərəcək. Çünki suyun səviyyəsinin dəyişməsi neft-qaz sənayesində aparılan işlərə mənfi təsir edir. Platformaların yerləşdirilməsi, boru kəmərlərinin işləməsi, səviyyənin qorunması, təhlükəsizlik tədbirləri, gəmilərin hərəkəti və onların mühafizəsi, digər xərclər və investisiya məsələlərinə də təsir olacaqdır. Şimal-Cənub Nəqliyyat Dəhlizi boyunca aparılan fəaliyyətlər və bu fəaliyyətin potensialının reallaşması, təbii ki, limanlara təsir edəcək. 20 metrədək eniş limanlarda ciddi problemlər yarada bilər. İstər Bakı, istər Türkmənbaşı, istərsə də Aktau limanlarının fəaliyyətində müəyyən təsirlər müşahidə olunacaq. Ən çox təsir isə Xəzərin enməsi nəzərə alınmadan qurulmuş limanlarda görünəcək. Lakin proses uzunmüddətli olduğundan, müəyyən qabaqlayıcı tədbirlər görülməsi mümkündür. Bu isə əlavə xərc yaradacaq”.

Ekspertin sözlərinə görə, balıqçılıq və balıq sənayesinə mənfi təsir göstərəcək:

”Balıqçılığa gəldikdə, düşünürəm ki, Azərbaycan balıqçılıqdan iqtisadiyyata ciddi gəlir əldə etmirdi, lakin bu, biomüxtəlifliyə mənfi təsir göstərəcək. Balıqçılıq və balıq sənayesinə mənfi təsir olacaq. Xəzərdə həm balıqçılıq sənayesinin inkişafı, həm də biomüxtəlifliyin qorunması qənaətbəxş səviyyədə deyil. Bundan əlavə, Xəzər sahili boyunca fəaliyyət göstərən ailə təsərrüfatları və digər subyektlər, istər turizm, istər Xəzər sektorunun digər xidmət sahələri olsun, ciddi şəkildə təsirlənəcək”.

O qeyd edib ki, Xəzərin səviyyəsinin dəyişməsi tarixi olaraq hər zaman müşahidə olunub:

“Sabayıl və ya Bayıl qalası 1306-cı ildə zəlzələ nəticəsində dağılıb və suyun altında qalıb. Lakin 18-ci əsrdə, Xəzərin səviyyəsinin aşağı düşməsi ilə qala yenidən üzə çıxıb. Yəni, Xəzərin səviyyəsinin dəyişməsi tarixi olaraq hər zaman müşahidə olunub. Qarşıda nə baş verəcəyini dəqiq bilmirik. Sadəcə suyun buxarlanması, axının azalması kimi ümumi faktorları nəzərə alırıq, amma tektonik və geoloji proseslər gələcəkdə bizə fərqli nəticələr göstərə bilər. Araşdırmalar göstərir ki, tarix boyunca Xəzərin səviyyəsi hətta 160 metrədək dəyişib. Məsələn, Pleistosen və Holosen dövrlərində Xəzərin səviyyəsi oynamışdır. Geoloji və tarixi araşdırmalar bunu təsdiqləyir. Son 3 min ildə isə Xəzərin səviyyəsi 20–25 metr aralığında dəyişib. Son 150 ildə isə bu dəyişiklik daha məhdud, təxminən 2–3 metr civarında olubdur. Məsələn, 1978–1995-ci illər ərzində Xəzərin səviyyəsi 2,5 metr yüksəlib, 1995-ci ildən sonra isə enişlər müşahidə olunub”.

Ülkər Cəlilzadə / Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 25 Avqust 2025 18:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri