Icma.az
close
up
RU
Xəzərin hər iki sahili belə birləşdirilir KONKRET

Xəzərin hər iki sahili belə birləşdirilir KONKRET

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyevin Özbəkistana səfəri Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əlaqələri dərinləşdirməsinin növbəti təzahürü hesab edilir. Dövlət başçısı Özbəkistanın paytaxtı Daşkənddə çıxışı zamanı bu məqama xüsusi toxunub.

“Əməkdaşlığın coğrafiyası genişlənib. Mərkəzi Asiya və Azərbaycan bu gün böyük potensiala, gələcəkdə isə daha böyük inkişaf imkanlarına malik vahid geosiyasi və iqtisadi regiondur”, – İ.Əliyev bildirib.

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib ki, Qarabağda əldə edilən tarixi zəfər Cənubi Qafqazın da geosiyasi mənzərəsini köklü şəkildə dəyişib:

“Məhz bu yeni geosiyasi reallıqlar fonunda Azərbaycan və Mərkəzi Asiya dövlətləri arasında münasibətlər ənənəvi ikitərəfli müstəvidən çıxaraq regionlararası strateji inteqrasiya fazasına qədəm qoyub. Bu transformasiya Azərbaycanın “C5” formatına tamhüquqlu iştirakçı kimi qəbul edilməsi ilə kuliminasiya nöqtəsinə çatıb. Sözügedən addım mexanizmin “C6” platformasına çevrilməsini təmin edərək Cənubi Qafqaz və Mərkəzi Asiyanı vahid geoiqtisadi və geosiyasi məkanda birləşdirən institusional bazanın təməlini qoyub.

Azərbaycanın tamhüquqlu iştirakı gömrük rüsumlarının sinxronlaşdırılması, rəqəmsal gömrük prosedurlarının tətbiqi və tranzit rejimlərinin beynəlxalq hüquq norma və standartlarına uyğunlaşdırılmasını sürətləndirir”.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin strateji baxışı ilə Bakı və Daşkənd arasında imzalanan Müttəfiqlik Münasibətləri haqqında Müqavilə və formalaşan “Bakı–Daşkənd oxu” Türk Dövlətləri Təşkilatının real geosiyasi gücə çevrilməsində hərəkətverici qüvvə rolunu oynayır:

“Cənubi Qafqazda suverenliyini tam təmin etmiş Azərbaycan ilə Mərkəzi Asiyanın demoqrafik və strateji mərkəzi sayılan Özbəkistanın sıx əməkdaşlığı TDT-nin daxili konsolidasiyasını təmin edən ana oxu təşkil edir. Qlobal güc mərkəzləri arasındakı rəqabət fonunda Türk dünyasının vahid geoiqtisadi və təhlükəsizlik bloku kimi çıxış etməsi region ölkələrinin xarici təzyiqlərə karşı müqavimətini və strateji muxtariyyətini artırır. Görünən odur ki, İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Böyük Zəfərin Azərbaycanın geosiyasi imkanlarını genişləndirməsi fonunda, ölkəmizin “C5” formatında tamhüquqlu iştirakı Xəzərin hər iki sahilini birləşdirərək Mərkəzi Asiya və Cənubi Qafqazı vahid geopolitik məkana çevirib. Azərbaycan–Özbəkistan strateji tərəfdaşlığı ilə dəstəklənən bu yeni reallıq TDT-nin XXI əsrin əsas Avrasiya güc mərkəzlərindən birinə çevrilməsini şərtləndirib.

Azərbaycanın formatda tamhüquqlu iştirakı gömrük rüsumlarının sinxronlaşdırılması, rəqəmsal gömrük prosedurlarının tətbiqi və tranzit rejimlərinin beynəlxalq hüquq norma və standartlarına uyğunlaşdırılmasını sürətləndirir. Eyni zamanda, Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyaya uyğun olaraq, Azərbaycan, Qazaxıstan və Türkmənistan arasında dəniz dibi kommunikasiyaların və səthi nəqliyyat infrastrukturunun hüquqi tənzimlənməsi mexanizmləri daha da möhkəmlənir”.

Bəhruz Məhərrəmovun sözlərinə görə, zəfərdən sonra İlham Əliyevin təşəbbüsü ilə işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa işlərinə Mərkəzi Asiya dövlətlərinin dəstəyi — Füzulidə Mirzə Uluqbəy adına məktəbin, Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin və Ağdamda Manas adına məktəbin inşası — regional həmrəyliyin real təzahürüdür:

“Geostrateji və iqtisadi baxımdan Azərbaycanın “C5” platformasına daxil olması Avrasiyanın nəqliyyat və enerji xəritəsini yenidən şəkilləndirir. İşğaldan azad olunmuş torpaqlarımızda qurulan müasir infrastrukturlar, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və Böyük Zəfərin əsas geosiyasi nəticələrindən biri olan Zəngəzur dəhlizi Çindən və Mərkəzi Asiyadan gələn yük axınlarının tranzit müddətini və xərclərini əhəmiyyətli dərəcədə azaldaraq Orta Dəhlizin rəqabətqabiliyyətliliyini artırır. Enerji sahəsində isə Qazaxıstan, Özbəkistan və Azərbaycanın bərpa olunan enerjinin Xəzər dənizinin dibi ilə Avropaya nəqli layihəsi regionun qlobal “green energy” keçidindəki mövqeyini gücləndirir. Bu inteqrasiya 80 milyondan çox əhalisi olan kollektiv məkan daxilində ticarət dövriyyəsinin kəskin artmasına və sənaye kooperasiyasına zəmin yaradır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://konkret.az
archiveBu xəbər 24 Avqust 2026 08:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1063

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see372

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see369

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see321

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see248

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see234

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see228

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see228

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see219

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see211

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see203

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see198

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see194

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see192

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see187

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

10 Oktyabr 2026 20:32see185

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see177

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see176

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see171

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri