Icma.az
close
up
RU
Menu

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

Xəzərin suyundan istifadə edənlər bu gündən pul ödəyəcək

Xəzərin suyundan istifadə edənlər bu gündən pul ödəyəcək

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Bugündən etibarən Azərbaycanda su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə görə ödənişlərin tətbiqinə başlanılacaq.

Modern.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 14 aprel 2026-cı il tarixli 99 nömrəli qərarında nəzərdə tutulub. Qərar 2026-cı il sentyabrın 1-dən qüvvəyə minir.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin məlumatına görə, ödəniş hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin texniki qurğu və avadanlıq vasitəsilə su obyektlərindən su götürməsi, tullantı sularını su obyektlərinə axıtması və su akvatoriyasından istifadəsi hallarına şamil olunur.

Yeni qaydalara əsasən, sənaye məqsədilə Xəzər dənizindən götürülən hər 100 kubmetr su üçün 40 qəpik, çay və göllərdən götürülən eyni həcmdə su üçün 4 manat, yeraltı sulardan götürülən 100 kubmetr su üçün isə 40 manat ödəniləcək.

Çay və göllərdən kənd və meşə təsərrüfatı məqsədilə götürülən suyun hər kubmetri üçün 0,001 manat, balıqçılıq, o cümlədən akvakultura məqsədilə götürülən su üçün 0,0001 manat ödəniş müəyyənləşdirilib.

Yeraltı sulardan içməli su və məişət məqsədilə istifadəyə görə hər kubmetr üçün 0,1 manat, müalicə, kurort və sağlamlaşdırma məqsədilə 0,3 manat, sənaye məqsədilə 0,4 manat, balıqçılıq və akvakultura məqsədilə isə 0,0002 manat ödəniş nəzərdə tutulub.

Bununla yanaşı, tullantı sularının su obyektlərinə axıdılmasına görə də ödəniş tətbiq ediləcək. Sənaye məqsədilə Xəzər dənizinə axıdılan hər 100 kubmetr tullantı suyu üçün 1 manat, çay və göllərə axıdılan eyni həcmdə tullantı suyu üçün isə 4 manat ödəniləcək.

Beləliklə, yeni mexanizm ilk növbədə su obyektlərindən birbaşa istifadə edən sənaye müəssisələrinin, kənd və meşə təsərrüfatlarının, balıqçılıq və akvakultura təsərrüfatlarının, həmçinin müalicə-kurort fəaliyyəti göstərən sahibkarlıq subyektlərinin xərclərinə təsir edə bilər.

Xüsusilə yeraltı sudan sənaye məqsədilə istifadə edən müəssisələr üçün ödəniş digər su mənbələri ilə müqayisədə daha yüksək müəyyənləşdirilib. Məsələn, 10 min kubmetr yeraltı su götürən sənaye müəssisəsinin bu həcm üzrə ödənişi 4 min manat, eyni həcmdə çay və göl suyundan istifadə zamanı 400 manat, Xəzər dənizindən istifadə zamanı isə 40 manat təşkil edəcək.

Bu səbəbdən həmin xərclərin istehsal olunan məhsulların maya dəyərinə təsiri müəssisənin istifadə etdiyi suyun mənbəyindən və həcmindən asılı olacaq. Rəsmi sənədlərdə isə konkret məhsullar üzrə qiymət artımı və ya yeni ödənişin satış qiymətlərinə hansı həcmdə təsir edəcəyi ilə bağlı proqnoz göstərilməyib.

Məlumat üçün qeyd edək ki, su obyektlərindən xüsusi məqsədlər üçün istifadə etmək istəyən sahibkarlıq subyektləri əvvəlcə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə müraciət etməli, müvafiq icazə aldıqdan sonra müqavilə bağlamalıdırlar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 Sentyabr 2026 08:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see294

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see283

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see274

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see271

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see248

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see245

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see236

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see232

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see227

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see224

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see224

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see215

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see206

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see201

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see200

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see182

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see180

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see179

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see177

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri