“XəzərLənkəran”ın yetirməsi, “Neftçi”nin sabiq futbolçusu 2ci liqa klubu ilə anlaşdı ÖZƏL
Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Qış “transfer pəncərəsi”nin fəal iştirakçılarından olan “Şəfa” növbəti transferini reallaşdırıb.
“Football-plus.az”ın əldə etdiyi məlumata görə, paytaxt təmsilçisi “İmişli”nin yarımmüdafiəçisi Elnur Cəfərovu sıralarına qatıb. Millimizin sabiq üzvü artıq bakılıların heyətində məşqlərə qoşulub.
Qeyd edək ki, “Xəzər Lənkəran"ın yetirməsi olan Elnur peşəkar karyerasına da bu komandada başlayıb. O, sonradan Portuqaliyanın “Tondela”, Xorvatiyanın “Duqopolye” klublarında legioner həyatı yaşayıb. Yarımmüdafiəçi ölkəmizdə “Neftçi”, “Keşlə” və “Sumqayıt”da da forma geyib. Cəfərov 2020-ci ildə “Qaradağ Lökbatan”da, sonradan “Kəpəz” və “İmişli”də çıxış edib. U-17, U-19 və U-21 yığmalarında da tər tökən oyunçu, əsas millimizdə bir oyun keçirib.
RÖYANƏ OĞUZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 14 Yanvar 2025 13:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















