Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Xidmət eləmirsənsə, burada nə işin var Kafedə qızın başına qəndqabı atdı

Xidmət eləmirsənsə, burada nə işin var Kafedə qızın başına qəndqabı atdı

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Tərtər rayonunda 1998-ci il təvəllüdlü Sərxan sərxoş vəziyyətdə kafedə işləyən Təhminəyə (adlar şərtidir – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin martın 14-də Tərtər şəhərində yerləşən “Dostlar” kafesində baş verib. Sərxan uca səslə nalayiq ifadələr işlədib və şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən hərəkətlər edib. 
Daha sonra Təhminə ilə mübahisə edib, masanın üzərində olan şüşə materiallı qənd qabı ilə onun baş nahiyəsinə vurub. Zərərçəkmiş şəxsə müxtəlif dərəcəli xəsarətlər yetirib. 
Sərxanın barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən Sərxan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkən Təhminəni əvvəllər tanımayıb, onunla heç bir ədavəti olmayıb:
“Martın 14-də, saat 15 radələrində tanışım və həmkəndlim İlqar ilə kənd ayrıcında yerləşən kafedə yemək yeyib, bir qədər spirtli içki qəbul etdik. Sonra pivə içmək məqsədi ilə həmin gün saat 17 radələrində Tərtər şəhərində yerləşən kafeyə gəldik. İlqarla kafenin qarşısında olan masalardan birində əyləşdik, kafedə işləyən tanımadığım, sonralar adı mənə məlum olan Təhminəyə pivə gətirməsini bildirdim. O, isə “başqa işçilər pivə gətirəcək” deyə cavab verdi. Əsəbiləşərək Təhminəyə yüksək səslə “sən burada işləyirsənsə, pivə də gətirə bilərsən” dedim. Təhminə isə gətirməyəcini bildirdi. Ona irad tutdum ki, sən burda nə üçün işləyirsən, işləmə çıx, get. Təhminə isə sən kimsən mənə yol göstərirsən ifadəsini səsləndirdi. Ona “xidmət etmirsənsə, nə cırdırırsan burda” deyə təhqir etdim. O, isə mənə gözləməyimi, başıma oyun açdıracağını dedi. Bu zaman əsəbləşərək masanın üzərində olan qənd qabını götürdüm və ona tərəf atdım”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Təhminənin başı yarılıb: “Bundan sonra kafedə olan şəxslər məni sakitləşdirdilər. Məni sakitləşdirən zaman qonşum kafenin sahibi Əli ilə sözlü mübahisə etməyə başladım, nalayiq ifadələr işlətdim. Həmin vaxt o, mənə tərəf əlində dəqiq bilmədiyim əşyanı atdı. Mən isə bundan sonra üzərimdə olan açılıb-qatlanan bıçağı çıxararaq əlimdə saxladım və Əliyə üzərimə gəlməməsini bildirdim. Bundan sonra İlqar əlimdən bıçağı aldı. Həmin vaxt spirtli içki qəbul etdiyim üçün ətrafdakılara nalayiq ifadələr işlətmişəm. Bundan sonra isə İlqarla birlikdə yaşadığım kəndə gedərkən ondan bıçağı aldım və xatırlamadığım yerə atdım”. 
Təqsirləndirilən şəxs deyib ki, daha sonra Təhminədən üzr istəyərək onunla barışıb. O, əlavə edib ki, himayəsində bir nəfər uşağı var, 3-cü qrup əlildir. 
İş üzrə zərərçəkmiş Təhminənin sözlərinə görə, Tərtər şəhərində yerləşən kafedə xadimə işləyir:
“Məlum hadisə günü, saat 17 radələrində işlədiyim kafenin qarşısında mənimlə birlikdə həmin kafedə işləyən şəxslə birlikdə oturarkən, əvvəllər tanımadığım iki nəfər şəxs ora gəldi. Onlar kafenin qarşısında olan masalardan birində əyləşdilər. Həmin iki nəfər şəxsdən biri, sonradan adının Sərxan olduğunu bildiyim şəxs əvvəlcə kafenin sahibi Əlinin ünvanına nalayiq küçə söyüşləri söydü. Sonra mənə tərəf çönərək “səni kim saxlayır” deyə soruşdu. Mən isə ona cavabımda “mən özüm ailəmi saxlayıram, məni kiminsə saxlamağına ehtiyacım yoxdur” dedim. Bundan sonra Sərxan ünvanıma nalayiq ifadələrlə söyüb təhqir etməyə başladı. Mən isə ona polisə məlumat verəcəyimi dedim. Sərxan isə masanın üzərində olan şüşə materiallı qənd qabını götürərək başıma vurdu. Nəticədə başımdan xəsarət aldım. Bundan sonra məni kafenin içərisinə apardılar. Ancaq Sərxan kafenin qarşısında söyüşlərinə davam etdi”. 
Tərtər Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib, təqsirləndirilən şəxsin barəsində 1 il sınaq müddəti olmaqla 2 il şərti cəza verilib. 
Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 10 Aprel 2026 19:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see371

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see293

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see274

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see253

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see253

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see236

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see230

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see227

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see219

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see217

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see209

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see206

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see205

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see203

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see202

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see201

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see197

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see190

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see184

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri