Icma.az
close
up
RU
Xidmət rəisi: Xüsusi icra məmurları institutu məhkəmə qərarlarının icrasında effektivliyi artıracaq MÜSAHİBƏ

Xidmət rəisi: Xüsusi icra məmurları institutu məhkəmə qərarlarının icrasında effektivliyi artıracaq MÜSAHİBƏ

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Prezident İlham Əliyev tərəfindən “Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikasının Qanunu imzalanıb. Artıq Azərbaycanda yeni bir təsisat - xüsusi icra məmurları institutu yaradılır.

Sözügedən institutun yaradılması hansı ehtiyacdan irəli gəlir? Bu yeni təsisat məhkəmə qərarlarının icrası prosesinə necə təsir göstərəcək?

Mövzu ilə bağlı Ədliyyə Nazirliyinin İcra xidmətinin rəisi Vidadi Məmmədov APA-nın suallarını cavablandırıb.

- Prezident İlham Əliyev “Xüsusi icra məmurları haqqında” Qanunu təsdiq edib. Bu təsisat ölkəmizdə yenidir. Bəs xüsusi icra məmurları institutu hansı zərurətdən yaradılır və bu Qanunun qəbul edilməsində məqsəd nədir?

- “Xüsusi icra məmurları haqqında” Qanun ölkəmizdə məhkəmə və digər dövlət orqanlarının qərarlarının icrasının daha səmərəli, operativ və şəffaf həyata keçirilməsi məqsədilə hazırlanıb. Belə ki, icra məmurlarının üzərinə düşən iş yükünün çoxluğu və icra proseslərinin ləngiməsi alternativ yanaşmalara ehtiyac yaradıb. Bu fonda xüsusi icra məmurları institutu icra mexanizminin çevikliyini və operativliyini artırmağı hədəfləyir. Bir sıra ölkələrdə tətbiq edilən xüsusi icra məmurları institutu artıq özünü doğruldub və həmin ölkələrdə məhkəmə qərarlarının icrası proseslərində effektivliyi artırıb. Bu institut Azərbaycanda da tətbiq edilməklə icra sahəsində qarışıq modelə keçidi nəzərdə tutur. Qanun dövlət icra məmurları ilə yanaşı, özəl əsaslarla fəaliyyət göstərəcək xüsusi icra məmurlarının da bu işə cəlb olunmasını təmin edir.

- Qarışıq model dedikdə nə nəzərdə tutulur və bu modelin üstünlükləri nələrdir?

- Qarışıq model icranın həm dövlət, həm də özəl icra məmurları tərəfindən həyata keçirilməsini nəzərdə tutur. Belə bir sistem hazırda Gürcüstan, Bolqarıstan, Ukrayna, Qazaxıstan, Portuqaliya, Serbiya, İslandiya, İsveçrə, İrlandiya kimi ölkələrdə mövcuddur. Bu modelin əsas üstünlüyü icra yükünün bölüşdürülməsi, qərarların icrasının daha çevik və məsuliyyətli şəkildə təmin edilməsidir. Çünki xüsusi icra məmuru göstərdiyi xidmətə görə birbaşa məsuliyyət daşıyır və bu da onu işə daha məsuliyyətlə yanaşmağa sövq edir.
Bu institut dövlət icra modelinə əlavə dəstək mexanizmidir. Yeni mexanizmin ölkə üzrə mərhələli tətbiqi nəzərdə tutulur. Dövlət icra sisteminin üzərindəki ağır iş yükü tədricən və proporsional olaraq dövlət və xüsusi icra məmurları arasında bölünəcək, bununla da icra işlərinin səmərəli idarə edilməsinə nail olunacaqdır.

- Xüsusi icra məmuru kimdir və onun hüquqi statusu necə müəyyən edilir?

- Xüsusi icra məmuru məhkəmə və digər orqanların qərarlarını icra etmək üçün şəhadətnamə almış, peşəkar əsaslarla fəaliyyət göstərən fiziki şəxsdir. O, dövlət qulluqçusu deyil, lakin məcburi icra orqanı statusuna malikdir. Müstəqil olsa da, onun fəaliyyətinə həm məhkəmələr, həm Ədliyyə Nazirliyi, həm də yeni yaradılacaq xüsusi icra məmurlarının özünüidarə orqanı olan Xüsusi İcra Məmurlarının Palatası tərəfindən nəzarət mexanizmləri nəzərdə tutulur. O, yalnız qanuna tabedir və fəaliyyəti Azərbaycan Respublikasının icra qanunvericiliyinə əsaslanır.

- Bəs kimlər xüsusi icra məmuru ola bilər? Onlara hansı tələblər qoyulur?

- Ali təhsilli Azərbaycan Respublikasının vətəndaşları xüsusi icra məmuru ola bilərlər. Onlar test və müsahibədən ibarət müsabiqədən keçir, minimum 3 aylıq ilkin icbari hazırlıq və stajkeçmə proqramlarına cəlb edilirlər. Müsabiqə komissiyasının tərkibinə Ədliyyə Nazirliyi, Palata, Məhkəmə-Hüquq Şurası, Vəkillər Kollegiyası və Notariat Palatasının nümayəndələri daxildirlər. Müsabiqə, ilkin hazırlıq və staj mərhələlərini uğurla bitirmiş namizədə onun statusunu təsdiq edən şəhadətnamə və xidməti vəsiqə verilir və o, and içərək vəzifənin icrasına başlayır.

- Xüsusi icra məmurları hansı qərarları icra edə biləcəklər? Bütün növ qərarlarınmı icrasına səlahiyyətli olacaqlar?

- Onlar cinayət və inzibati xəta işləri, dövlət orqanlarının tərəf olduğu bəzi mübahisələr və uşağın mənafeyi ilə bağlı işlər istisna olmaqla, bütün digər qərarların icrasını həyata keçirə biləcəklər. Uşağın mənafeyi ilə bağlı olan işlərdən yalnız alimentlə əlaqədar qərarların icraatı xüsusi icra məmurlarına verilə biləcək. Xüsusi icra məmurlarının fəaliyyətinin maliyyə dayanıqlığını təmin etmək üçün ilkin mərhələdə pul tələbləri ilə bağlı işlərin də xüsusi icra məmurları tərəfindən icrası nəzərdə tutulub.
Ən mühüm məqam odur ki, hazırkı dövrdə icra qurumlarında olan işlərin bir hissəsinin də tədricən xüsusi icra məmurlarına yönəldilməsi planlaşdırılır. Bu həm iş yükünü azaldacaq, həm də vətəndaş məmnunluğunun artırılmasına xidmət edəcəkdir.

- Bəs xüsusi icra məmurlarının fəaliyyətinə nəzarət mezanizmi necə qurulacaq?

- Onların fəaliyyətinə nəzarət Ədliyyə Nazirliyi və Palata, habelə məhkəmələr tərəfindən həyata keçiriləcək. Nazirlik həm planlı, həm də plandankənar yoxlamalar aparacaq, Palata etik davranış qaydalarına və daxili nizamnaməyə riayət olunmasını izləyəcək, şikayətlərə baxılması, müəyyən icra hərəkətlərinə icazələrin verilməsi qaydasında nəzarət isə məhkəmələrdə olacaq. Eyni zamanda, “Elektron icra” informasiya sistemi vasitəsilə onlayn nəzarət də həyata keçiriləcək. Aşkar olunan pozuntular intizam məsuliyyəti tədbirlərinə səbəb ola bilər, kobud pozuntu hallarında isə xüsusi icra məmurlarının şəhadətnaməsi ləğv edilərək fəaliyyətinə xitam veriləcəkdir.

- Yeni yaradılmış xüsusi icra məmurları institutundan hansı nəticələr gözlənilir?

- İlk növbədə, icra prosesinin sürətlənməsi, iş yükünün azaldılması, qərarların daha effektiv icra edilməsi hədəflənir. Eyni zamanda, bu institutun formalaşması hüquq sahəsində yeni nüfuzlu peşə mühitini formalaşdırmaqla məşğulluğun artırılmasına da əhəmiyyətli töhfə verəcəkdir. Bu addım, həmçinin uzaq perspektivdə dövlət aparatının optimallaşdırılması, xərclərə qənaət istiqamətində də mühüm mərhələ olacaqdır.

- Son olaraq, xüsusi icra institutunun tam fəaliyyətə başlaması nə zamana nəzərdə tutulur?

- Xüsusi icra institutunun tətbiqinə başlanılması məqsədilə xüsusi icra məmurlarının şəhadətləndirilməsi, icbari təlimi və fəaliyyəti üçün zəruri olan hüquqi aktlar hazırlanmalı, eyni zamanda bu sahədə institusional işlər aparılmalıdır. Bu səbəbdən xüsusi icra institutunun 2026-cı ildən etibarən tətbiqi nəzərdə tutulur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://apa.az
archiveBu xəbər 15 Avqust 2025 11:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see249

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see217

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see193

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see185

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see183

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see151

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see149

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see145

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see143

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see140

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see139

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see139

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see135

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see134

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see133

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see133

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see130

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see128

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri