Icma.az
close
up
RU
XII Qlobal Bakı Forumu: dünya düzəninə təsir edəcək strateji yanaşmalar və qlobal həllər TƏHLİL

XII Qlobal Bakı Forumu: dünya düzəninə təsir edəcək strateji yanaşmalar və qlobal həllər TƏHLİL

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qlobal Bakı Forumu, dövlətlər arasında əməkdaşlığın gücləndirilməsi, qlobal məsələlərə dair yeni yanaşmaların təqdim olunması və dünya düzəninin formalaşdırılmasına dair fikir mübadilələrinin aparılması baxımından əhəmiyyətli beynəlxalq platformadır. “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda keçirilən XII Qlobal Bakı Forumundan gözləntilər, əvvəlki illərdə olduğu kimi də eyni dərəcədə yüksəkdir. Forumun əsas məqsədi, beynəlxalq əməkdaşlığı gücləndirmək, iqtisadi inkişafı sürətləndirmək, texnoloji yenilikləri təşviq etmək və qlobal təhlükəsizlik məsələlərində yeni yanaşmalar ortaya qoymaqdır. XII Qlobal Bakı Forumu dünya dövlətləri və beynəlxalq təşkilatlar üçün qlobal problemlərin həllinə dair konkret təkliflər və strateji qərarlar qəbul etmək üçün mühüm bir fürsət olacaq.

Bu fikirlər filologiya elmləri üzrə fəlsəfə doktoru, media tədqiqatçısı və eksperti, analitik, Beynəlxalq Kommunikasiya və Media Mərkəzinin sədri, İtaliyanın Beynəlxalq İqtisadi Siyasi Araşdırmalar İnstitutunun üzvü Leyla Rəşidin “XII Qlobal Bakı Forumu: dünya düzəninə təsir edəcək strateji yanaşmalar və qlobal həllər” sərlövhəli məqaləsində yer alıb. “Xalq qəzeti” məqaləni təqdim edir.

Bakı, dünya siyasətinin, iqtisadiyyatının və mədəniyyətinin mühüm mərkəzlərindən biri olaraq, son illər ərzində beynəlxalq müzakirələrin aparıldığı strateji məkana, beynəlxalq diplomatiyanın mərkəzlərindən birinə çevrilib. Bu çərçivədə, Qlobal Bakı Forumu, xüsusilə regional və qlobal məsələlərin müzakirə edildiyi əhəmiyyətli bir platformadır. XII Qlobal Bakı Forumu “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda dünya düzəninin yenidən düşünülməsi və qarşılaşılan çağırışların bu çətinliklərdən daha faydalı çıxış yolları yaratmaq üçün necə istifadə oluna biləcəyi məsələləri əhatə edir. 

Beynəlxalq əməkdaşlığın gücləndirilməsi. Qlobal Bakı Forumunun əvvəlki illərdən göstərdiyi ən mühüm xüsusiyyətlərdən biri, müxtəlif dövlətlər və beynəlxalq təşkilatlar arasında dialoqun inkişaf etdirilməsidir. XII Qlobal Bakı Forumunda da bu məsələ prioritetdir. Son dövrlərdə beynəlxalq münasibətlərdəki gərginliklər, xüsusilə regional münaqişələr və iqtisadi böhranlar fonunda, dünya ölkələri arasında daha çox əməkdaşlıq və qarşılıqlı anlaşma tələb olunur. Forum bu məqsəd üçün bir platforma olaraq, münaqişələrin həlli, regional əməkdaşlıq və beynəlxalq ticarətin asanlaşdırılması kimi məsələlərin müzakirəsi və qlobal həllər təklif edir. “Geosiyasi dəyişmələr: Məsuliyyətli tərəfdaşlıq rəqabətə qarşı”, “Çoxqütblü dünya üçün multilateralizmə yenidən baxılması” və “Gələcək üçün BMT paktı: Yeni qlobal konsensusun yaradılması”  və s. mövzusunda təşkil olunan panellərdə terrorizm, kiber hücumlar və silahlanma yarışının artması kimi məsələlər, müzakirə mövzusudur. Bu mövzular əsasında, dünya miqyasında təhlükəsizliyin təmin olunması və beynəlxalq qanunların gücləndirilməsi baxımından faydalı təkliflər və yeni əməkdaşlıq modelləri təqdim etmək mümkündür.

Dünya düzəninin yenidən düşünülməsi. Son onilliklərdə dünyada bir sıra ciddi dəyişikliklər baş verib: qlobal iqtisadi böhranlar, siyasi qeyri-sabitliklər, iqlim dəyişikliyi və texnoloji inqilablar. Bu dəyişikliklər bir tərəfdən dövlətlər arasında güc balansını dəyişdirərkən, digər tərəfdən qlobal sülhün təmin edilməsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi zəruriyyətini gündəmə gətirib. XII Qlobal Bakı Forumunda bu məsələlərin işıqlandırılması, yalnız Azərbaycanın deyil, bütövlükdə dünyanın qarşısında duran əsas problemlərin müzakirəsinə imkan yaradıb.

Forumda vurğulanan məqamlar arasında, müasir dünyanın qarışıq və çoxqütblü xarakteri ön plana çıxır. Ənənəvi beynəlxalq quruluşların çatışmazlıqları, yeni nizamların və əməkdaşlıq modellərinin formalaşdırılmasına ehtiyacı artırır. Bu məsələnin müzakirə edilməsi, iştirakçı dövlətlərə və təşkilatlara yeni yanaşmalar təklif edir.

Çağırışların fürsətə çevrilməsi. Bütün bu qlobal çağırışların fonunda, forumda diqqət çəkən əsas mövzulardan biri, bu çağırışların necə fürsətə çevrilə biləcəyidir. Dünya iqtisadiyyatında baş verən böhranlar, siyasi qeyri-sabitliklər, müharibələr və iqlim dəyişikliyi kimi böyük problemlər, əslində inkişaf etməkdə olan ölkələr üçün yeni imkanlar yarada bilər. XII Qlobal Bakı Forumunda müzakirə edilən məsələlər arasında, məhz bu çağırışların, ölkələrin sosial, iqtisadi və siyasi inkişafları üçün müsbət bir təsir yaratmaq məqsədilə necə istifadə edilə biləcəyi ön plana çıxıb. Məsələn, pandemiya dövrü, bütün dünya üçün bir çağırış olmaqla yanaşı, eyni zamanda yenilikçi texnologiyaların tətbiqi və rəqəmsal iqtisadiyyatın inkişafı üçün də bir fürsət yaratdı. Bu dövrdə ölkələr, öz iqtisadiyyatlarını təkmilləşdirmək və sosial xidmətlər sahəsində yenilikçi yanaşmalar tətbiq etmək üçün yeni yollar axtardı. Beləliklə, müasir çağırışların bir çoxu, ölkələr üçün yeni iqtisadi və sosial inkişaf sahələrinə yol açır. İqlim dəyişikliyi də bu çağırışlardan biridir. Forumda iqlim dəyişikliyi ilə mübarizə yalnız təhlükə kimi deyil, eyni zamanda təmiz enerji, ekoloji cəhətdən davamlı infrastruktur və yeni sənaye sahələrinin inkişafı üçün bir fürsət olaraq dəyərləndirilib. Bu sahələrdə əməkdaşlıq və yeni texnologiyaların tətbiqi, qlobal sülhün və inkişafın təmin olunmasında mühüm rol oynaya bilər.

Azərbaycanın geosiyasi rolu. Azərbaycan XII Qlobal Bakı Forumunda yalnız qlobal çağırışları müzakirə edən ev sahibi olaraq deyil, həm də öz regional və beynəlxalq siyasətindəki mövqeyi ilə diqqət mərkəzindədir. Azərbaycanın yerləşdiyi strateji mövqe, XII Qlobal Bakı Forumunun iştirakçısı olaraq ölkənin öz rolunu və mövqeyini daha da gücləndirəcəyini göstərir. Azərbaycan, Şərq ilə Qərb arasında, həmçinin Asiya ilə Avropa arasında bir körpü funksiyasını yerinə yetirir. Forumda Azərbaycanın geosiyasi rolu, regional əməkdaşlıq və inteqrasiya prosesləri, enerji təhlükəsizliyi və İpək Yolu təşəbbüsü kimi mövzular müzakirə edilə bilər. Azərbaycanın regionda və beynəlxalq arenada daha geniş təsir imkanlarını artırması gözlənilir.

Digər tərəfdən, Azərbaycanın strateji mövqeyi, həm Qafqaz regionunun, həm də Avrasiya ərazisinin qovşağında yerləşməsi onu vacib bir oyunçuya çevirir. Forumda iştirak edən nümayəndələr, Azərbaycanın mövqeyinin regiondakı iqtisadi və siyasi əməkdaşlığın inkişafında əsas rol oynadığını xüsusi qeyd edirlər. Azərbaycan, həmçinin, çoxqütblü dünya düzənində balanslı və müstəqil siyasət yürütməklə, çağırışları fürsətə çevirmək və regional sabitliyi təmin etmək məqsədilə daha geniş əməkdaşlıq platformaları təklif edir. Bu, regionda və ümumən dünyada daha geniş və dayanıqlı bir inkişaf üçün faydalı ola bilər.

XII Qlobal Bakı Forumu, həm qlobal, həm də regional məsələlərin müzakirə edilməsi, ideyaların paylaşılması və müxtəlif tərəflər arasında dialoqun qurulması baxımından əhəmiyyətli bir mərhələdir. Forum Azərbaycanın regional və beynəlxalq səviyyədə mühüm bir platforma olaraq rolunu bir daha sübut edir. Forumda ortaya qoyulan fikir və təkliflər, dünya düzəninin və geopolitik təhlillərin gələcək istiqamətinin müəyyən olunmasında önəmli yer tutacaqdır. Bu tədbir, gələcəkdə də qlobal  məsələlərə dair daha geniş müzakirələr və əməkdaşlıq üçün faydalı bir təməl yaratmaqdadır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:271
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Mart 2025 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see502

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see299

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see290

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see289

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see280

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see264

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see264

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see259

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see246

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see242

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see235

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see230

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see230

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see230

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see227

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see226

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see223

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see215

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see214

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri