Icma.az
close
up
RU
XII Qlobal Bakı Forumunda gender müzakirələri: Vəziyyət ədalətli deyilsə, onu dəyişə bilərik

XII Qlobal Bakı Forumunda gender müzakirələri: Vəziyyət ədalətli deyilsə, onu dəyişə bilərik

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

XII Qlobal Bakı Forumunda qadınların iqlim dəyişikliyində rolu, gender bərabərliyi müzakirə olunub.

Oxu.Az xəbər verir ki, "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətlərə çevrilməsi" adlı XII Qlobal Bakı Forumunda "Gender təhlükəsizliyi və iqlim bağlantısı" mövzusunda keçirilən panel müzakirəsində Latviyanın sabiq prezidenti (1999-2007), Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Frayberqa deyib ki, bəşəriyyətin 50 faizi qadındır və buna görə dünyada baş verənlər - müharibələr, iqlim dəyişikliyi qadınların da həyatına təsir edir.

"COP29 konfransında da iqlim dəyişikliyində qadınların roluna toxunuldu. Təəssüf ki, Donald Tramp yaşıl iqtisadiyyatı pul tələsi hesab edir, iqlim dəyişikliyinin qadınların həyatına təsirinə etinasız yanaşır", - deyə o bildirib.

Vayra Vike-Frayberqa çıxışı zamanı kişi-qadın əməkdaşlığının önəminə diqqət çəkib:

"Vəziyyət ədalətli deyilsə, biz əl-ələ verib onu dəyişdirə bilərik. Təəssüf ki, mən bir çox hallarda bunu görə bilmirəm".

Yunanıstanın sabiq baş naziri (2009-11) Giorgius Papandreu nitqinə anasının feminist olmasını xatırlatmaqla başlayıb:

"Mənim anamın 101 yaşı var və o, feministdir, bütün ömrünü qadın hərəkatına həsr edib".

"Diplomatiyada, beynəlxalq təşkilatlarda qadınların olması vacibdir. Onlar problemlərin həlli istiqamətində mütərəqqi həll yolları ilə çıxış edirlər. Mən baş nazirliyim dövründə buna şahidlik etmişəm", - deyə o qeyd edib.

Sabiq nazir də iqlim dəyişikliyinin qadınların həyatına daha çox təsir etdiyini bildirib, onlara dəstəyin vacibliyini xatırladıb.

Panel müzakirəsində çıxış edən Misirin İnsan Hüquqları üzrə Milli Şurasının Prezidenti, Kemet Butros Qali Sülh və Bilik Fondunun icraçı prezidenti, 2009-11-ci illərdə Misirin ailə və əhali naziri Muşirə Xəttab Fələstində sülhə nail olmağın vacibliyini vurğulayıb.

Sabiq nazir, həmçinin iqlim dəyişmələrinə, cəmiyyətdə qadınların roluna toxunub.

"COVID böhranında olduğu kimi, iqlim dəyişmələrində, şirin su ehtiyatlarına əlçatanlıq məsələsində də qadınların iştirakçılığını təmin etməliyik", - deyə o qeyd edib.

Daha sonra çıxış edən Liviyanın Avropa Birliyindəki sabiq səfiri, Şahzadə Talal bin Əbdüləziz Əl Səudun baş müşaviri Farida Allaqi qadın və kişilərin birlikdə səylərinin daha effektiv olacağına inamını ifadə edib. O deyib ki, yeni nəsil fəal qadın və kişilər formalaşmalı, liderlər yetişməli, öz ölkəsini sevən siyasətçilər olmalıdır.

Aləmdə Nəsib

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://oxu.az
archiveBu xəbər 15 Mart 2025 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see472

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see242

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see220

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see205

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see202

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see191

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see188

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see183

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see171

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see164

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see159

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see158

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see157

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see154

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see152

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see149

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see143

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see141

Hava kəskin soyuyur Bu ərazilərə qar yağacaq

28 Yanvar 2026 07:13see134

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri