Icma.az
close
up
RU
Qlobal Bakı Forumunda çox əhəmiyyətli məsələlərə toxunulur” AÇIQLAMA

Qlobal Bakı Forumunda çox əhəmiyyətli məsələlərə toxunulur” AÇIQLAMA

Manset portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qlobal Bakı Forumu artıq bir ənənəyə çevrilmiş, bu il 12-ci dəfə təşkil olunan bu platformaya maraq daha da artıb. Bu isə Azərbaycanın güclənən beynəlxalq nüfuzundan xəbər verir.

Bu barədə Manset.az-a Milli Məclisin deputatı Pərvanə Vəliyeva açıqlamasında deyib. O, bildirib ki, digər beynəlxalq forumlardan fərqli olaraq, Qlobal Bakı Forumunda müxtəlif istiqamətlər, habelə siyasi, ictimai, sosial və mədəni məsələlər müzakirə olunur. Məsələn, Davos Forumu iqtisadi məsələlərə, Münxen Təhlükəsizlik Konfransı isə təhlükəsizlik məsələləri üzrə müzakirələrə həsr olunub. Lakin Qlobal Bakı Forumu bütün bu mövzuları əhatə edir və yüksək səviyyəli iştirakçı siyahısına görə fərqlənir. Burada prezidentlər, baş nazirlər, nazirlər, beynəlxalq təşkilatların rəhbərləri, həmçinin sabiq dövlət, hökumət başçıları və digər yüksək səviyyəli şəxslər iştirak edir və öz siyasi baxışlarını ifadə edirlər.

Forumun açılış mərasimində cənab Prezident proqram xarakterli çıxış etdi. Azərbaycanın iqlim dəyişmələri sahəsində əldə etdiyi nailiyyətləri və iqlim diplomatiyasında dönüş nöqtəsi olan COP29 barədə forum iştirakçılarına məlumat verən Prezident İlham Əliyev bəzi xarici media qurumlarının Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirmək üçün apardığı qarayaxma kampaniyalarından bəhs edib. ABŞ və Fransa mediasında yayımlanan anti-Azərbaycan dezinformasiya cəhdlərinə baxmayaraq, Azərbaycan bu beynəlxalq tədbiri yüksək səviyyədə keçirib.

Dövlət başçısı çıxışında COP29 zamanı Fransa Prezidenti Makron tərəfindən aparılan boykot kampaniyalarına da toxunub. Eyni zamanda, ABŞ administrasiyasına bağlı media resurslarında - “Washington post”, “Financial Times”, “Associated Press” və s. COP29 öncəsi tədbirin Azərbaycanda keçirilməsinə kölgə salmaq məqsədilə ölkəmiz haqqında saxta məlumatlar yer alan məqalələr yayımlanıb. Bu cəhdlər Azərbaycanın beynəlxalq nüfuzunu və imicini zəiflətmək məqsədi daşısa da, nəticədə bu cəhdlər uğursuz olub. Azərbaycan “Bakubreakthrough” adlanan yeni iqlim maliyyə hədəfi ilə və bir çox maddələr üzrə tərəf ölkələr arasında konsensusun əldə olunması ilə adını tarixə yazdırıb. Qeyd edildiyi kimi, bu tədbirdə 197 ölkədən 77,000 iştirakçı qeydiyyatdan keçmiş, 70-ə yaxın dövlət və hökumət başçısı qatılmışdır: “Ermənistan isə COP29-u boykot edən və iştirakdan imtina edən yeganə ölkə olub. Bu qərar, Ermənistanın beynəlxalq öhdəliklərini yerinə yetirməməsi ilə bağlı idi. Onlar iqlim üzrə yeni maliyyə hədəflərinin razılaşdırılmasında birbaşa iştirak etmədilər.

Prezident İlham Əliyev çıxışında azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işləri ilə bağlı da məlumat verərək bununla tarixi ədalətin bərpa olunduğunu, BMT-in kağız üzərində qalan qətnamələrini ölkəmizin özünün icra etdiyini bildirib. Qarabağ və Şərqi Zəngəzurda törədilmiş urbasid cinayətləri, ətraf mühitin məhv edilməsi – ekosid, mədəni irsimizə qarşı həyata keçirilən vandalizm aktları, məscid, məzar yerlərinin təhqir edilməsi dünya ictimaiyyətinin gözü qarşısında aparılmışdır. Həmin əraziləri ziyarət edən xarici qonaqlar bu vandalizmi öz gözləri ilə görə bilərlər.

Bu platforma dünya mediasının da diqqət mərkəzindədir. Azərbaycanın dünyada baş verən yeni geosiyasi yerdəyişmələr və yeni çağırışlar barədə, həmçinin Cənubi Qafqaz regionunda normallaşma ilə bağlı mövqeyini təqdim etməyə imkan yaradır. Burada beynəlxalq proseslərə Azərbaycanın baxışı, xarici siyasətinin istiqamətləri, regionda baş verən hadisələr və ölkəmizlə bağlı bir çox məsələlər müzakirə olunur. Dövlət başçımızın fikirləri ilə bütün dünya ictimaiyyəti və mediası bu məsələlərə dair geniş məlumat əldə edə bilib.

Prezident çıxışında Avropa İttifaqının regiondakı missiyasına da toxunub və bu missiyanı lazımsız hərbi kəşfiyyat fəaliyyəti kimi qiymətləndirib. O bildirdi ki, Azərbaycan tərəfinin bu missiya ilə bağlı əldə etdiyi kəşfiyyat məlumatları mövcuddur.

Forum çərçivəsində müxtəlif müzakirələr baş tutur. Azərbaycandan çıxışçılar regional əməkdaşlıq çərçivəsində "Türk Dövlətləri Təşkilatı" ilə əməkdaşlığa xüsusi önəm verildiyini bildiriblər. Bundan əlavə, forumda Ermənistanla sülh müqaviləsi üzrə danışıqlar və açıq qalan məsələlər barədə məlumat verilib. Panellərdə “Sülhə aparan yol” adlı sessiya zamanı hazırda dünyada müharibə və münaqişə ocaqları barədə və sülh üçün hansı perspektivlərin olması, təhlükəsizlik məsələləri üzrə müzakirələr aparılıb.

BMT-nin islahatlara ehtiyacı və çoxqütblü dünya nizamının formalaşması, yeni reallıqlar və geosiyasi yerdəyişmələri nəzərə alaraq, BMT-in bu tələblərə cavab verən quruma çevrilməsi tövsiyə olundu. BMT-də yeni mexanizmin hazırlanmasının zəruriliyi bir daha vurğulanıb. Əgər əvvəllər çoxtərəfli yanaşma təbliğ edilirdisə, hazırda dünyada qütbləşmə və çoxqütblülük müşahidə olunur. Buna görə də, BMT bu reallıqlara cavab olaraq yeni tədbirlər həyata keçirməli, islahat mexanizmləri işləyib hazırlamalı və tətbiq etməlidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 15 Mart 2025 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see336

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see270

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see257

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see257

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see253

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see243

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see242

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see240

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see240

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see233

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see226

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see225

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see216

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see215

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see215

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see212

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see193

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see191

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see182

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri