Icma.az
close
up
RU
Xilaskar,yoxsa təhlükə? Süni intellektin qarşıdurmalı tərəfləri RƏY BİLDİRDİ

Xilaskar,yoxsa təhlükə? Süni intellektin qarşıdurmalı tərəfləri RƏY BİLDİRDİ

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Süni intellekt (SI) texnologiyaları bu gün artıq təkcə gələcəyin deyil, indiki zamanın da ayrılmaz hissəsinə çevrilib. Hər sahədə səhiyyədən təhsilə, sənayedən ictimai xidmətlərə qədər süni intellektin tətbiqi sürətlə artır. Mən deyərdim ki bu həm imkanlar, həm də çağırışlar deməkdir”.Bunu SİA-ya açıqlamasında texnoloq Elvin Həsənov deyib.

Onun sözlərinə əsasən SI texnologiyalarının əsas üstünlüklərindən biri sürət və dəqiqlikdir. İnsanların günlərlə edəcəyi hesablamaları saniyələr içində yerinə yetirir, böyük verilənlər bazasında analiz apararaq qərarların daha düzgün verilməsinə kömək edir: ”Bundan başqa, bəzi monoton və təhlükəli işlərin yerinə yetirilməsində insanı əvəz edərək həm məhsuldarlığı artırır, həm də riskləri azaldır. Lakin süni intellektin mənfi tərəfləri də diqqətdən kənarda qalmamalıdır. İlk növbədə, SI sistemləri daxil olan məlumatlara əsaslanaraq qərar verir. Əgər bu məlumatlar natamam və ya qərəzlidirsə, nəticələr də ədalətsiz ola bilər. Məsələn, işə qəbulda və ya kredit qiymətləndirməsində SI alqoritmləri qeyri-bərabər yanaşma yarada bilər. Həmçinin, şəxsi məlumatların qorunmaması və SI-nin nəzarətsiz istifadəsi şəxsi həyatın məxfiliyinə ciddi təhdidlər yarada bilər. Təsəvvür edin ki, bir sistem sizin səhv başa düşülmüş məlumatınıza əsasən sizi riskli şəxs kimi dəyərləndirir və bunu sübut etmək, prosesə etiraz etmək isə hazırkı texnoloji sistemlərdə çox çətindir. Qlobal təcrübə göstərir ki, SI texnologiyalarının təhlükəsiz və etik şəkildə istifadəsi üçün hüquqi və texniki qaydalar zəruridir. Nümunə olaraq Avropa İttifaqının “AI Act” sənədi, ABŞ-ın etika əsaslı texnologiya təşəbbüsləri və Yaponiya kimi ölkələrin tənzimləyici mexanizmləri bu sahədə nümunəvi addımlardır. Azərbaycanda da bu istiqamətdə müsbət addımlar atılır. Artıq süni intellekt üzrə dövlət standartı qəbul edilib ki, bu sənəd SI texnologiyalarının hazırlanması və tətbiqində etik prinsip, şəffaflıq və təhlükəsizliyi əsas tələblər kimi müəyyən edir. Düşünürəm ki, gələcək 10 ildə isə süni intellektin insan həyatındakı rolu daha da artacaq. Ola bilər ki, biz təkcə avtomatlaşdırılmış xidmətlərdən deyil, həmçinin SI ilə çalışan müəllimlərdən, həkim köməkçilərindən, hüquq məsləhətçilərindən, rəqəmsal şəxsi assistentlərdən danışacağıq. Bu isə həm yeni bacarıqların mənimsənməsini, həm də etik və hüquqi çərçivələrin daim yenilənməsini tələb edir. Sonda onu qeyd etmək yerinə düşər ki, süni intellekt nə mütləq xeyir, nə də təhlükə mənbəyidir. Burda əsas məsələ onun necə və hansı məqsədlə istifadə olunmasıdır. İdarə olunan, şəffaf və etik prinsiplərlə işləyən SI texnologiyaları cəmiyyətə böyük fayda gətirə bilər. Əks halda, nəzarətsiz sistemlər sosial ədalətsizliklər və texnoloji asılılıq risklərini dərinləşdirə bilər.”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://sia.az
archiveBu xəbər 05 Avqust 2025 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see166

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see154

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see153

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see150

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see149

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see148

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see145

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see142

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see140

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see138

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see136

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see135

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see135

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see134

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see132

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see128

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see126

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri