Icma.az
close
up
RU
“Süni intellektin emosiyaları idarə etməsi cəmiyyət üçün həm fayda, həm risk daşıyır” SOSİLOQ RƏY BİLDİRDİ

“Süni intellektin emosiyaları idarə etməsi cəmiyyət üçün həm fayda, həm risk daşıyır” SOSİLOQ RƏY BİLDİRDİ

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

"Süni intellektin insanların emosiyalarını idarə edə bilməsi sosioloji baxımdan çox mürəkkəb və həm də riskli bir məsələdir. Emosiyalar insan davranışlarının, qərarlarının və sosial münasibətlərinin mərkəzində dayanır. Əgər bu sahəyə texnologiya müdaxilə edərsə, insan cəmiyyətinin təməl dəyərlərində və münasibətlər sistemində ciddi dəyişikliklər baş verə bilər". Bu sözləri SİA-ya açıqlamasında sosioloq Aydın Xan Əbilov deyib.

Onun sözlərinə görə, emosiyaların idarə olunması gündəlik həyatda müəyyən üstünlüklər gətirə bilər. Məsələn, insanlar stressi və həyəcanı daha asan idarə edə bilər, iş yerlərində və təhsil mühitlərində səmərəlilik yüksələr, insanlar daha balanslı qərarlar verə bilərlər: "Bu cəhətdən süni intellekt emosional rifahın artırılmasına xidmət edə bilər. Lakin digər tərəfdən, belə bir texnologiyanın istifadəsi çox ciddi etik suallar doğurur. İnsan emosiyalarının idarə olunması, fərdi azadlığın və şəxsi məxfiliyin pozulması deməkdir. İnsan öz hisslərinə nəzarəti itirdikdə, onun azad seçim və iradə imkanları məhdudlaşır. Bu isə fərdi hüquqların sual altına düşməsi ilə nəticələnə bilər.

Sosial müstəvidə bu, cəmiyyətin təbii emosional dinamikasını dəyişdirə bilər. Məsələn, insanlar kədər, qəzəb və ya həyəcan kimi hissləri yaşamadan yalnız “idarə olunmuş emosiyalarla” hərəkət etsələr, sosial münasibətlərdə səmimiyyət və təbiilik itər. İnsanı insan edən əsas xüsusiyyətlərdən biri onun təbii emosiyalarını yaşamaq və bölüşmək bacarığıdır. Eyni zamanda, emosiyaların süni şəkildə idarə olunması hakimiyyətlərin və ya güclü qurumların cəmiyyət üzərində nəzarətini artırmaq üçün təhlükəli bir vasitəyə çevrilə bilər. İnsanların emosiyaları manipulyasiya olunarsa, onların siyasi seçimlərinə, ictimai reaksiyalarına və sosial davranışlarına təsir göstərmək mümkün olar. Bu, demokratik proseslər üçün böyük bir riskdir.

Digər tərəfdən, emosional idarəetmənin tibbi və psixoloji müalicə sahəsində müsbət istifadəsi də mümkündür. Məsələn, depressiya və ya ağır psixoloji travma yaşayan insanların emosiyalarının tənzimlənməsi onların həyat keyfiyyətini yaxşılaşdıra bilər. Lakin yenə də bu, yalnız ciddi etik və hüquqi çərçivələrdə həyata keçirilməlidir. Süni intellektin insan emosiyalarını idarə etməsi ikiüzlü bir qılınca bənzəyir: bir tərəfdən fərdi rifah və sosial sabitlik üçün faydalı ola bilər, digər tərəfdən isə şəxsi azadlıqlar, məxfilik və cəmiyyətin təbii inkişafı üçün təhlükə yarada bilər. Buna görə də bu sahədə irəliləyişlər yalnız ciddi ictimai müzakirələr, etik prinsiplər və qanunvericilik mexanizmləri ilə müşayiət olunmalıdır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://sia.az
archiveBu xəbər 25 Avqust 2025 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see290

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see252

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see219

Tramp planı beynəlxalq hüquqa sığmır

26 Noyabr 2025 14:10see206

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see190

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see187

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see184

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see168

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see145

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see141

Xalq artisti dələduzluqla üzləşdi VİDEO

25 Noyabr 2025 23:28see140

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see139

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see138

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see136

“Azərbaycan ərazisi üçün seysmik təhlükənin qiymətləndirilmə və riskin xəritəsi mütləq şəkildə çözülməlidir”

26 Noyabr 2025 01:07see136

ÇL: Napoli fərqi 2 topa çatdırdı YENİLƏNİR

26 Noyabr 2025 01:29see136

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see132

Bloomberg : Hindistan Rusiya neftini almağın yolunu tapıb

26 Noyabr 2025 02:00see128

Antonio Konte: “Qarabağ” bu mövsüm Çempionlar Liqasında yaxşı nəticələr əldə edib

26 Noyabr 2025 03:11see128

Napoli Qarabağ oyununun ən yaxşı futbolçusu müəyyənləşib

26 Noyabr 2025 02:27see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri