Icma.az
close
up
RU
XİN: 44 günlük Vətən müharibəsi zəfərə aparan yolun başlanğıcı oldu

XİN: 44 günlük Vətən müharibəsi zəfərə aparan yolun başlanğıcı oldu

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanın Xarici İşlər Nazirliyi 8 Noyabr Zəfər Günü ilə bağlı bəyanat yayıb.

Gununsesi.info xəbər verir ki, bəyanatda deyilir:

“Bu gün, 30 ilə yaxın hərbi işğal və təcavüzə son qoymaqla bölgədə yeni reallıqlar və sülh üçün tarixi imkanlar yaradan 44 günlük Vətən müharibəsinin taleyini həll edən Şuşa zəfərindən 4 il ötür. Ölkəmiz və regionumuz üçün yeni dövrün başlanğıcını qoyan bu tarix, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən Zəfər Günü kimi qeyd olunur.

Azərbaycan Ermənistanın 30 ilə yaxın hərbi təcavüz və işğalının ağır iqtisadi, sosial və humanitar nəticələrinə, ərazi bütövlüyü və suverenliyimizin kobud şəkildə pozulmasına baxmayaraq, münaqişənin sülh yolu ilə həll olunması istiqamətində davamlı səy göstərən tərəf olub.

Lakin Ermənistanın qanunsuz hərbi işğalı davam etdirməsi və onun nəticələrinin saxlanılmasına istiqamətlənən addımlar atması, Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətlərini davam etdirməsi, danışıqlar prosesini pozaraq “yeni ərazilər uğrunda yeni müharibələr”, “Qarabağ Ermənistandır” kimi qəbulolunmaz ritorikaya əl atması münaqişənin sülh yolu ilə həlli prosesini iflasa uğratdı.

Ermənistanın siyasi təxribatlarının davamı olaraq, 27 sentyabr 2020-ci il tarixində növbəti genişmiqyaslı hücumu Azərbaycanın BMT Nizamnaməsində təsbit olunmuş özünümüdafiə hüququna uyğun olaraq tədbirlər görməsini şərtləndirdi. Həmin tarixdə başlayan əks-hücum əməliyyatı – 44 günlük Vətən müharibəsi – zəfərə aparan yolun başlanğıcı oldu.

Qanunsuz hərbi işğalı davam etdirməyə çalışan Ermənistan xalqımızın mübarizə əzmini sarsıtmaq məqsədilə mülki əhalini hədəfə almaq təcrübəsini davam etdirərək, əməliyyatların getdiyi bölgələrdən uzaqda yerləşən, əhalinin sıx yaşadığı Gəncə, Bərdə, Tərtər kimi bölgələrdə mülki əhaliyə qarşı ağır müharibə cinayətləri törətdi.

Bununla belə, Vətən müharibəsi dövründə Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Şanlı Azərbaycan Ordusunun mətinliyi və şücaəti nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Azərbaycan xalqı üçün xüsusi simvolik dəyəri, əhəmiyyəti olan Şuşa şəhərləri, o cümlədən 300-dən çox yaşayış məntəqəsi işğaldan azad olundu. 8 noyabr tarixində əldə olunan Şuşa zəfəri işğal altında olan Kəlbəcər, Ağdam və Laçın rayonlarının 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı ilə ölkəmizə qaytarılmasını təmin etdi.

Azərbaycan Vətən müharibəsindən dərhal sonra bölgədə sülh təşəbbüsü ilə çıxış edərək, regional baxışı və yanaşmasının dayanıqlı sülh quruculuğuna əsaslandığını bəyan etdi.

Lakin Ermənistan tərəfinin üçtərəfli bəyanatı kobud şəkildə pozaraq ərazilərimizdən işğalçı qüvvələri çıxarmaması, davam edən hərbi-siyasi təxribatları, təbii ehtiyatlarımızın qanunsuz istismarı, vətəndaşlarımızın həyat və sağlamlıqlarına hədə törədən mina təhdidini davam etdirməsi işğal dövrünün qalıqları olan erməni silahlı birləşmələri və Ermənistanın ərazilərimizdə yaratdığı qondarma rejimə qarşı antiterror tədbirlərinin həyata keçirilməsini labüd etdi.

Beləliklə, ərazi bütövlüyümüz və suverenliyimizin təmini ilə nəticələnən 44 günlük Vətən müharibəsi və Qarabağ bölgəsində həyata keçirilən antiterror tədbirləri dayanıqlı sülh quruculuğu üçün tarixi şəraitin yaranması ilə nəticələndi.

Hal-hazırda, ölkəmizin təşəbbüsü ilə Ermənistanla sülh sazişi layihəsi üzrə aparılan ikitərəfli danışıqlarda vacib irəliləyişlər əldə olunub.

Eyni zamanda, danışıqların irəliləməsinə baxmayaraq, sülh prosesinin uğurla yekunlaşmasının qarşısında duran çağırış və təhdidlər hələ də qalmaqdadır. Xüsusilə, Ermənistanın Konstitusiyasında ölkəmizə qarşı davam edən ərazi iddiaları, habelə bu ölkəni yenidən hərbi təcavüzə sürükləyən tərəflərin mövcudluğu fonunda Ermənistanın hərbiləşməsi davamlı sülh üçün maneədir.

Ermənistan tarixdən dərs çıxararaq, qonşularına qarşı ərazi iddialarının sonunun olmadığını birdəfəlik anlamalıdır.

8 Noyabr – Zəfər Günündə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizi dərin hörmət və minnətdarlıqla anır, müharibə qəhrəmanlarımıza möhkəm cansağlığı, ölkəmizə, xalqımıza inkişaf və firavanlıq, bölgəmizə, dünyamıza sülh və əmin-amanlıq arzu edirik.

Zəfər Günümüz mübarək!”.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:48
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 08 Noyabr 2024 08:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see225

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see218

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see201

Rüşvətdə ittiham olunan Səhiyyə Nazirliyinin vəzifəli şəxslərinin məhkəməsi başladı

06 Noyabr 2025 14:47see167

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see143

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see140

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see139

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see135

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see132

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see131

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see130

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see125

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see124

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see124

DİQQƏT! Şəmkirdə qaz olmayacaq

06 Noyabr 2025 16:42see122

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see122

Ermənipərəst konqresmen siyasətdən gedir

06 Noyabr 2025 20:41see121

Tramp Əl Şaraa ilə görüşdə Suriyanın Rusiyadan asılı vəziyyətə düşməməsinə çalışacaq ŞƏRH

06 Noyabr 2025 21:05see120

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see119

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri