XİN açıqlama yaydı
Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.
İslamofobiya, insanların inancına görə onlara qarşı yönəlmiş ayrı-seçkilik və nifrət insan ləyaqətinin, bərabərliyin və qarşılıqlı anlaşmanın ən əsas prinsiplərini sarsıdır.
Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü ilə bağlı “X” sosial şəbəkə hesabında edilən paylaşımda qeyd olunub.
Bildirilib ki, sözügedən qərəzin cəmiyyətlərimizdə yeri yoxdur.
“İslamofobiya ilə Beynəlxalq Mübarizə Günündə biz mədəniyyətlər və dinlər arasında hörmət, tolerantlıq və dinc yanaşı yaşamağa dair qəti sadiqliyimizi bir daha təsdiq edirik”, – xarici siyasət idarəsinin paylaşımında vurğulanıb.
“İslam sülh, mərhəmət, ədalət və həmrəylik dəyərlərinə əsaslanır. İslamın yanlış təqdim edilməsi və ya damğalanması qəbuledilməzdir.
Dözümsüzlüyün bütün formalarına qarşı mübarizə inklüziv, dinc və dayanıqlı cəmiyyətlərin qurulması üçün zəruri olaraq qalır”, – XİN-dən qeyd edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 15 Mart 2026 19:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















