Icma.az
close
up
RU
Azərbaycan TDT çərçivəsində əməkdaşlığın inkişafında etibarlı platformaya çevrilib RƏY

Azərbaycan TDT çərçivəsində əməkdaşlığın inkişafında etibarlı platformaya çevrilib RƏY

Icma.az bildirir, Baku.ws portalına istinadən.

Son günlər Bakıda keçirilən tədbirlər bir daha göstərir ki, Azərbaycan Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlığın inkişafında mühüm və etibarlı platformaya çevrilib.

BAKU.WS xəbər verir ki, bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

O bildirib ki, cəmi bir neçə gün əvvəl TDT-nin müsəlman dini idarə rəhbərlərinin 7-ci toplantısının Bakıda keçirilməsi, bu gün isə üzv dövlətlərin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının paytaxtımızda təşkil olunması diqqətçəkən mühüm məqamdır:

"Burada söhbət yalnız iki fərqli tədbirin Bakıda keçirilməsindən getmir. Bu ardıcıllıq Türk dünyasında əməkdaşlığın həm mənəvi-humanitar, həm də təhlükəsizlik istiqamətində dərinləşdiyini göstərir.

Fatma Yıldırım

Xüsusilə təhlükəsizlik məsələlərinin müzakirə edilməsi bugünkü beynəlxalq münasibətlər sistemi baxımından böyük əhəmiyyət daşıyır. Terrorçuluq, transmilli cinayətkarlıq, narkotiklərin qanunsuz dövriyyəsi, dini ekstremizm, hibrid təhdidlər və kritik infrastrukturun təhlükəsizliyi artıq ayrı-ayrı dövlətlərin sərhədləri daxilində həll olunan məsələlər deyil. Bu baxımdan, Türk dövlətləri arasında təhlükəsizlik sahəsində koordinasiyanın gücləndirilməsi yeni əməkdaşlıq imkanları yaradır".

Deputat qeyd edib ki, Azərbaycanın bu prosesdə ev sahibi kimi çıxış etməsi də xüsusi məna daşıyır:

"Çünki Bakı son illərdə müxtəlif siyasi, humanitar və təhlükəsizlik gündəliklərinin müzakirəsi üçün beynəlxalq dialoq məkanı kimi öz mövqeyini möhkəmləndirib. TDT çərçivəsində də bu rol getdikcə daha aydın görünür.

Hesab edirəm ki, burada əsas məqam Azərbaycanın Türk dünyasında yalnız fəal iştirakçı kimi yox, həm də ortaq gündəliyin formalaşdırılmasına töhfə verən, dövlətlər arasında dialoqun inkişafına şərait yaradan etibarlı tərəfdaş kimi çıxış etməsidir".

Fatma Yıldırım qeyd edib ki, bu gün Türk dünyasının qarşısında yeni imkanlarla yanaşı, yeni çağırışlar da var:

"Belə bir mərhələdə siyasi, iqtisadi, humanitar və təhlükəsizlik istiqamətlərində əlaqələrin daha da möhkəmləndirilməsi vacibdir.

Bakının son günlərdə ev sahibliyi etdiyi tədbirlər isə bir daha göstərir ki, Azərbaycan Türk Dövlətləri Təşkilatının inkişaf edən əməkdaşlıq sistemində mühüm bir mərkəz olaraq öz sözünü deyir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:200
embedMənbə:https://baku.ws
archiveBu xəbər 17 Sentyabr 2026 19:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see346

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see304

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see297

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see287

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see271

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see265

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see265

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see253

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see246

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see242

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see242

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see235

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see233

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see229

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see223

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see223

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see217

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see215

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see209

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri