XİN başçısı vəzifəsinə namizəd: Gürcüstan Azərbaycanla Ermənistan arasında dialoqu təşviq edəcək
Teleqraf.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Gürcüstan Azərbaycan və Ermənistan arasında dialoqu və konstruktiv əməkdaşlığı təşviq edəcək”.
Teleqraf.com xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri vəzifəsinə namizəd Maka Boçorişvili parlamentdə keçirilən komitə iclasında deyib.
Onun sözlərinə görə, sülh və sabitliyin möhkəmləndirilməsi bölgənin unikal potensialından tam istifadə üçün ən yaxşı imkandır.
Gürcüstan-Türkiyə-Azərbaycan üçtərəfli əməkdaşlıq formatının davam etdirləcəyini söyləyən M.Boçorişvili qeyd edib ki, bu format mühüm regional format olaraq qalacaq.
XİN başçısı vəzifəsinə namizəd əlavə edib ki, Gürcüstan regionun üç ölkəsi ilə ən yüksək səviyyəli siyasi dialoqun görünməmiş dinamikasını saxlamağa hazırdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 26 Noyabr 2024 17:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















