Icma.az
close
up
RU
XİN dən İranın Ermənistandakı səfirinin Qərbi Azərbaycan İcması ilə bağlı iddialarına dair ŞƏRH

XİN dən İranın Ermənistandakı səfirinin Qərbi Azərbaycan İcması ilə bağlı iddialarına dair ŞƏRH

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İran İslam Respublikasının Ermənistan Respublikasındakı səfiri Mehdi Sobhaninin Qərbi Azərbaycan İcması ilə bağlı iddialarını qətiyyətlə rədd edirik.

Səfir tərəfindən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qərbi Azərbaycan İcması ilə bağlı İstanbulda qəbul olunmuş qərarların manipulyativ təfsiri, sistematik şəkildə zorakılıq, hədə-qorxu və kobud pozuntularla indiki Ermənistan ərazisindən qovulmuş İcmaya qarşı ədalətin və insan haqlarının qorunması istiqamətində qərarların açıq niyyətini təhrif etdiyi üçün təəccüb və qəzəb doğurur.

Əgər səfir İƏT-in qəbul etdiyi qərarların mətnindən xəbərsizdirsə, onları diqqətlə oxumağı tövsiyə edərdik. Qərarlar, o cümlədən "İndiki Ermənistan ərazisindən zorla və sistemli surətdə qovulmuş azərbaycanlıların geri qayıtmaq hüququ" adlı qətnamə beynəlxalq hüquq və ədalət prinsiplərinə əsaslanan danılmaz tarixi faktları əks etdirir. Bu qətnamələr Ermənistanın yalandan təqdim etdiyi və İran səfirinin səsləndirdiyi ərazi iddialarını deyil, didərgin salınmış azərbaycanlıların fundamental hüquqlarının bərpasını tələb edir. Bundan əlavə, qətnamə digər məsələlər yanaşı, Ermənistanın İcmanın fundamental hüquqlarını davamlı olaraq inkar etməsini qınayır.

Səfirin Ermənistanın ehtiyaclarını ödəməyə hesablanmış saxta bəyanatları Qərbi Azərbaycan İcması ilə bağlı qərarları 57 ölkə ilə birlikdə dəstəkləmiş xarici işlər naziri səviyyəsində İstanbulda təmsil olunmuş İran İslam Respublikasının mövqeyi ilə ziddiyyət təşkil etdiyinə görə xüsusilə təhlükəlidir.

Səfirin mütəmadi və sistematik olaraq Azərbaycan əleyhinə təxribat xarakterli çıxışları Azərbaycan və İran arasında münasibətlərə xələl gətirmək məqsədi daşıyır.

Ermənistanın təhriflərinin bu cür şövqlə, Papadan daha çox katolik olmaqla təşviq edilməsi şərəf gətirməyəcək.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 28 İyun 2025 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see259

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see250

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see163

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see161

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see154

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see147

Qəzaya düşən C130 ABŞ generallarının istəyi ilə yaradılıb TARİXÇƏ

11 Noyabr 2025 19:20see147

Çay sağlamlıq üçün təbii dost

12 Noyabr 2025 01:03see136

Kremldə Putin Tokayev görüşü başlayır

12 Noyabr 2025 07:51see136

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see133

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see133

FEYXOANIN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

12 Noyabr 2025 17:12see132

Kənan Məhərrəmov yüksək vəzifəyə təyin edildi

12 Noyabr 2025 17:11see131

Netanyahunun ən yaxın adamlarından biri istefa verdi

12 Noyabr 2025 01:04see130

Putini gözləyən qorxulu ssenari: tarix bilindi Region yenə qarışacaq

12 Noyabr 2025 07:34see130

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see130

Lavrov qərarı açıqladı: Moskva geri addım atır?

11 Noyabr 2025 20:11see128

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see127

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see124

Məşhur türkiyəli müğənni ad günündə vəfat etdi FOTO

12 Noyabr 2025 21:15see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri