XİN: Gürcüstanın “3+3” formatında görüşlərdə iştirakı müxtəlif səviyyələrdə təşviq edilir
Aznews.az-dan alınan məlumata görə, Icma.az xəbər verir XİN: Gürcüstanın “3+3” formatında görüşlərdə iştirakı müxtəlif səviyyələrdə təşviq edilir.
Gürcüstanın “3+3” formatında görüşlərdə iştirakı müxtəlif səviyyələrdə təşviq edilir.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə məlumat verib.
XİN sözçüsü bu formatda növbəti görüşün harada və nə vaxt keçiriləcəyinin hələlik məlum olmadığını vurğulayıb.
Xatırladaq ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən və region dövlətləri (Azərbaycan, Gürcüstan, Ermənistan, Türkiyə, İran, Rusiya) arasında əlaqələri sıxlaşdırmağı nəzərdə tutan “3+3” formatında görüş son olaraq 2024-cü il oktyabrın 18-də keçirilib.
Gürcüstan tərəfi Rusiya ilə münasibətlər kontekstində torpaqlarının işğalına son qoyulmayana qədər 3+3 formatda iştirak etməyəcəyini bəyan edib.
![see](https://icma.az/template/assets/label.png)
![see](https://icma.az/template/assets/see.png)