XİN: İlk fürsətdə Los Ancelesdəki Baş Konsulluq öz yerində fəaliyyət göstərəcək
Anews saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İmkan olan kimi Azərbaycanın Los-Ancelsdəki konsulluğu əvvəlki binasına köçürüləcək. Bunu Xarici İşlər Naziri Ceyhun Bayramov deyib.
"Yanğınlar səbəbindən binadan digər əraziyə konsulluq köçürülüb. Konsulluğun fəaliyyəti bağlanmamışdı. Əlaqə telefonları mövcud idi. Digər əlaqə vasitələri də var idi. Sadəcə başqa binaya köçürülmüşdü. Təhlükəsizlik üçün bu addım atılıb. İlk fürsətdə keçmiş yerində fəaliyyəti bərpa olunacaq",- Bayramov 20 Yanvar şəhidlərini ziyarət edərkən jurnalistlərə açıqlamasında vurğulayıb.
Yanvarın 7-də Los-Anceles dairəsində güclü meşə yanğınları başlayıb, ilk olaraq Sakit Okean Palisades sahil ərazisi təsirlənib. Sonra daha bir neçə yanğın baş verib. Qasırğa vəziyyəti daha da gərginləşdirir. Yanğın kranlarında su çatışmazlığı da yanğının söndürülməsinə mane olur.
180 minə yaxın insan evlərini tərk etmək məcburiyyətində qalıb, minlərlə bina yanıb.
ABŞ prezidenti Cozef Bayden böyük təbii fəlakət elan edib və ştata federal yardım göstərilməsi barədə göstəriş verib.
Aytac Zeynalova
www.anews.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 20 Yanvar 2025 13:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















