XİN: “Minanın partladığı yer keçmiş təmas xəttindən kənardır” FOTO
Icma.az, Bizim media saytına istinadən bildirir.
Ermənistan tərəfindən Azərbaycan ərazilərində fərq qoymadan yerləşdirdiyi minalar günahsız insanlar üçün təhlükə yaratmaqda davam edir.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “X” hesabındakı paylaşımında qeyd edilib.
Bildirilib ki, Xocalı rayonunda minanın partlaması nəticəsində daha bir mülki şəxs yaralanıb və 2020-ci il müharibəsinin sonundan bu yana qurbanların sayı 383 nəfərə çatıb:
“İnsidentin baş verdiyi yer Ermənistanın 2020-ci ildən bəri keçmiş təmas xəttindən olduqca kənara mina yerləşdirməsinin daha bir sübutudur.
Böyük mənfi humanitar təsirləri və minalarla davamlı çirklənmənin sülhə və barışığa nail olmaq səylərinə əngəl olduğunu nəzərə alaraq, Azərbaycan minatəmizləmə səylərinə beynəlxalq ictimaiyyətin adekvat siyasi və praktiki dəstəyinə ümid edir.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 21 Fevral 2025 21:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















