XİN rəhbəri: Üçtərəfli formatda regionun rifahı naminə əməkdaşlıq edə biləcəyik
Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Biz Azərbaycan və Ermənistan arasında sülh sazişini alqışlayırıq və qeyd edirik ki, Gürcüstan regionda sülhün və əməkdaşlığın möhkəmlənməsinə töhfə verməyə hazırdır.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanın XİN başçısı Maka Boçorişvili ATƏT Baş Katibi Feridun Sinirlioğlu ilə birgə mətbuat konfransında deyib.
“Biz bir daha Azərbaycan və Ermənistan arasında sülh sazişini alqışlayırıq və qeyd edirik ki, Gürcüstan regionda sülhün və əməkdaşlığın möhkəmlənməsinə töhfə verməyə hazırdır. Şadam ki, keçən həftə Tbilisidə Xarici İşlər Nazirlikləri arasında üçtərəfli görüş keçirildi. Görüş ilk dəfədir ki, Gürcüstan, Ermənistan və Azərbaycanın Xarici İşlər nazirlikləri arasında keçirilib və ümid edirəm ki, bu formatda biz regionun rifahı naminə əməkdaşlıq edə biləcəyik”, - Boçorişvili qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 22 Aprel 2025 11:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















