XİN: Suriyada Azərbaycan vətəndaşlarının dəqiq sayının və yerinin müəyyən edilməsi istiqamətində iş aparılır
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 oktyabr tarixli 2336 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici ölkədə çətin həyat şəraitində olan yetkinlik yaşına çatmayan Azərbaycan Respublikası vətəndaşlarının repatriasiyası və reabilitasiyası Qaydaları”na uyğun olaraq 2024-cü il ərzində də Azərbaycan Respublikası vətəndaşlarının repatriasiyası davam etdirilib.
APA xəbər verir ki, bu, Xarici İşlər Nazirliyinin 2024-cü ilin yekunlarına dair mətbuat buraxılışında əksini tapıb.
"2020-2024-cü illər ərzində Suriya Ərəb Respublikasından ölkəmizə repatriasiya olunmuş vətəndaşlarımızın sayı 172 nəfəri uşaq və 52 nəfəri qadın olmaqla 224 nəfərə çatıb. Eyni zamanda, Suriyada Əsəd rejiminin çökməsindən sonra, Suriyada Azərbaycan vətəndaşlarının dəqiq sayının və yerinin müəyyən edilməsi istiqamətində iş aparılır. Azərbaycan Respublikasının Prezidentinin tapşırığına uyğun olaraq, son illər ərzində İraq Respublikasından 288 nəfəri uşaq və 7 nəfəri qadın olmaqla, ümumilikdə 295 nəfər Azərbaycan Respublikasının vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib", - buraxılışda qeyd edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 28 Dekabr 2024 16:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















