Icma.az
close
up
RU
Xına sadəcə adət deyil: Qədim şəfa ritualının sirrləri

Xına sadəcə adət deyil: Qədim şəfa ritualının sirrləri

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Sadəcə bəzəkdir, yoxsa minilliklərdən gələn mənfi enerji qalxanı? Böyüklərimizin xəstəliklərdən qorunmaq, bərəkəti çağırmaq və nəzərdən uzaq qalmaq üçün istifadə etdiyi xına ritualı, bugünkü stresli həyat üçün sanki bir təsəlli rolunu oynayır. Ovucun içindəki o yaşıl tozun arxasında gizlənən və elmin də yeni-yeni araşdırdığı şəfa anlayışı yenidən gündəmə gəlir.
Demokrat.az
"Posta" qəzetinə istinadən xına ritualı ilə bağlı maraqlı faktları təqdim edir.
Nəsildən-nəslə ötürülən şəfa ritualı
Türk mədəniyyətinin ən qədim simvollarından biri olan xına çoxumuzun yaddaşında toyların, şən mahnıların və duyğulu ayrılıqların qoxusu ilə yaşayır.
Lakin böyüklərimizin ovuclarına yaxdığı o qırmızı iz sadəcə ənənə və ya bəzək deyil. Xına əsrlər boyu nəsildən-nəslə ötürülən, həm bədənə, həm də ruha toxunduğuna inanılan qədim bir şəfa ritualıdır.
Bəzəkdən daha artıq: bərəkəti çağırmaq
Keçmişdə xına yalnız estetik məqsədlə istifadə olunmurdu. Xına yaxmaq torpağın bərəkətini evə dəvət etmək, bolluq və uğur gətirmək mənası daşıyırdı.
Yeni evə köçərkən, körpə doğulduqda və ya fəsil dəyişikliklərində yaxılan xına ailəni pisliklərdən qoruyan mistik bir sipər hesab edilirdi. Böyüklərin dediyi “Ayağına xına yax, basdığın yer şənlənsin” ifadəsi də bu inancdan qaynaqlanır.
Mənfi enerjiyə qarşı qoruyucu qalxan
Ənənəvi inanclara görə xına nəzərə və pis baxışlara qarşı təsirli qoruyucu vasitə sayılır. Torpaqdan gələn bu təbii şəfanın insan bədənindəki mənfi enerjini çəkdiyinə və zehni sakitləşdirdiyinə inanılır.
Xüsusilə ovucun içinə yaxılan xınanın insanın həyat enerjisini tarazladığı və onu kənardan gələn pis niyyətlərdən qoruduğu düşünülür. Bu, bir növ müasir dövrün “detoks” anlayışının minillik Anadolu versiyası kimi qiymətləndirilir.
Nənələrimizin başı ağrıdıqda gicgahlarına xına yaxması və ya ayaq altını xına ilə örtməsi də sadəcə adət deyil, bədəndəki artıq istilik və gərginliyi azaltmaq üsulu kimi qəbul olunurdu.
Müasir dövrdə qədim rituala dönüş
Bu gün şəhər həyatının yorucu axarında bir çox insan yenidən köklərinə və təbiətə bağlayan ənənələri axtarır. Məhz buna görə xına nostaljik sandıqlardan çıxaraq müasir insanın şəxsi qulluq və mənəvi rahatlama ritualına çevrilir. Təbiiliyə və sadəliyə qayıtmaq istəyən yeni nəsil, böyüklərindən gördüyü bu ənənəni yenidən kəşf edir.
Siz də həyatın sürətinə qısa fasilə verərək evinizdə xoş ətirli bir xına hazırlayıb həm ruhən rahatlaşa, həm də bu gözəl Anadolu ənənəsini yaşada bilərsiniz. Bəzən şəfa ən dərin köklərimizdə gizlənir.
Jalə
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 19 May 2026 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see309

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see301

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see268

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see248

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see248

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see247

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see240

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see232

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see230

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see225

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see206

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see205

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see204

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see203

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see203

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see198

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see197

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see195

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see191

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri