Icma.az
close
up
RU
Xırdalanda 58 yaşlı kişidən hoteldə biabırçı əməl Başqasına ərə gedirəm

Xırdalanda 58 yaşlı kişidən hoteldə biabırçı əməl Başqasına ərə gedirəm

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Abşeron rayonunda 58 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin noyabrın 28-də Xırdalan şəhərində baş verib. İmişli rayon sakini, 1968-ci il təvəllüdlü Teymur həmin gün saat 20 radələrində “Hermes” hotelinin yaxınlığında, yəni arxa boş ərazidə münasibətləri pozulmuş qeyri-rəsmi ər-arvad münasibətində olduğu Səmayəni (adlar şərtidir – red.) görüb. 
Bu zaman Teymur qadına yaxınlaşıb və ona yenidən barışmaq istədiyini bildirib. Qadının buna etiraz etməsi, artıq başqa şəxslə ailə həyatı qurmaq istəməsini bildirməsindən əsəbiləşən kişi həmin səbəbdən aralarında şəxsi və qısqanclıq münasibətləri zəminində yaranmış narazılıq üstündə mübahisə baş verib. 
Həmin mübahisə əsnasında Teymur qadının üzərinə hücum edərək qəsdən ardıcıl əl, yumruq zərbələri ilə burun, sifət və baş nahiyələrinə vurub. 
İş üzrə ifadə verən Teymur ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Səmayə ilə təxminən 3 ildir qeyri-rəsmi ər-arvad münasibəti var:
“Təxminən hadisədən 15 gün əvvəl olar ki, Səmayə ilə münasibətim yoxdur. Onunla yenidən barışmaq məqsədi ilə noyabrın 28-də, saat 20 radələrində “Hermes” hotelin qarşısına getdim və orada Səmayə ilə görüşüb, onunla söhbət etmək istədiyimi dedim. Səmayə ilə birlikdə həmin yerin yaxınlığında, heç kəsin olmadığı ara küçəyə keçərək söhbət etməyə başladıq. Söhbət əsnasında Səmayə başqa bir şəxslə rəsmi ailə həyatı qurmaq istədiyini söylədi. Mən isə Səmayənin bu sözündən əsəbiləşdiyim üçün aramızda mübahisə yaranmağa başladı. Mübahisə zamanı Səmayənin üzərinə gedərək əl zərbələri ilə onun sifət, baş, burun nahiyələrinə təxminən 3-4 dəfə zərbələr vurdum. Bundan sonra hər ikimiz oradan uzaqlaşdıq. Sonradan mənə məlum oldu ki, Səmayə Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə zəng edərək hadisə barədə məlumat verib”.
Abşeron Rayon Məhkəməsinin hökmü ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-ci bəndi tətbiq edilib, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib.
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 30 Aprel 2026 20:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see325

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see305

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see286

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see286

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see281

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see276

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see274

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see248

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see236

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see235

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see234

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see232

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see228

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see219

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see215

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see213

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see209

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri