Icma.az
close
up
RU
Xırdalanda ana himayəsinə verilmiş azyaşlı uşaqlarını yandırdığına görə həbs edilib

Xırdalanda ana himayəsinə verilmiş azyaşlı uşaqlarını yandırdığına görə həbs edilib

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xırdalanda ana 3 və 4 yaşlarında iki uşağını qəsdən yandırıb. Buna səbəb isə uşaqların nadinclik etməsi, evi batırması olub.

Bizimyol.info xəbər verir ki, 1999-cu il təvəllüdlü Fatma Baxşıyeva uşaqlarının üzünü, boynunu, bədənini qızdırılmış qaşıqla yandırıb dağladığına görə həbs edilib. Onun bu hərəkəti barədə polisə isə uşaqların atası məlumat verib.

Onlar bir müddət əvvəl Tural Baxşıyevlə boşanıblar, 2020 və 2021-ci il təvəllüdlü oğlan uşaqları ananın himayəsinə verilib. Məhkəmə qərarında göstərilən alimenti ata hər ay uşaqlarına göndərib.

Fatma əvvəl uşaqlarla birlikdə bir müddət Qazaxda anasigilin yanında qalsa da, sonra 2023-cü ildə Bakıya gəlib. Bir müddət Biləcəri qəsəbəsində kirayədə yaşayıb, marketdə, paltar mağazasında satıcı, restoranda ofisiant işləyib. Daha sonra Xırdalanda həyət evinə köçüb. Orada Mehriban adlı rəfiqəsilə birlikdə qalıblar. Dediyinə görə, işlədiyi müddətdə evdə uşaqlara dayə baxırdı. Bir qədər sonra dayə gələ bilməyəndə uşaqlarına özü baxmalı olub deyə, işdən çıxmaq məcburiyyətində qalıb. Uşaqlar nadinclik edəndə əsəbiləşib.

Ana günlərin birində 3 və 4 yaşlarında iki uşağının paltarlarını nəcislə batırdığını görəndə əsəbiləşib və onları yandırmaq qərarına gəlib. Xörək qaşığını qazda qızdırıb, uşaqlardan birinin əlinin üstünə, o birinin üzünə və s. nahiyələrinə basıb. Əsəbi soyuyandan sonra hər iki uşağını yuyundurub və yatırıb.

Həmin vaxt onlarla birlikdə kirayə qalan Mehriban evdə olmayıb. O, bir gün sonra evə gələndə uşaqların vəziyyətini görüb və Fatmanın anasına zəng edərək xəbər verib. Anası da dərhal keçmiş kürəkəninə zəng edib.

Tural Baxşıyev uşaqlarının başına gələnləri eşidən kimi polisə məlumat verib.

Tural Baxşıyev məhkəmədə deyib ki, Fatma aylarla ona uşaqlarını göstərmirdi:

“Fatma uşaqları tez-tez döyürdü. Dəfələrlə ona demişdim ki, rəsmi şəkildə ver mənə. Hazırda ana nənələrinin himayəsindədir”.

Ata əlavə edib ki, Fatma səhvini başa düşdüyünə və əməlindən peşman olduğuna görə ona qarşı şikayətçi deyil.

İki azyaşlı uşağını yandırdığına görə Cinayət Məcəlləsinin 133-cü (əzab vermə) maddəsilə ittiham olunan ana 2 il azadlıqdan məhrum edilib.

Aytən, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 22 Yanvar 2025 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see267

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see220

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see218

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see202

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see135

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see131

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see131

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see129

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see129

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see128

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri