Xırdalanda arvadını pəncərədən ataraq öldürən şəxsə hökm oxunub
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
Abşeronda həyat yoldaşını öldürməkdə təqsirləndirilən Hüseyn Kazımovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
APA xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Nürəddin Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Hüseyn Kazımov 16 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Qeyd edək ki, hadisə ötən il iyul ayında baş verib. Belə ki, Hüseyn Kazımov qısqanclıq zəminində həyat yoldaşı Ayşən Kazımovanı qəsdən yaşadığı evin pəncərəsindən aşağı atıb.

Xırdalanda arvadını pəncərədən ataraq öldürən şəxslə bağlı QƏRAR
15 İyul 2025 11:30
Qaradağda qonşusunu öldürən şəxsə hökm oxunub
13 İyun 2025 18:13
Biləsuvarda tanışını döyərək öldürən şəxsə hökm oxunub
28 May 2025 19:50
Füzulidə ferma sahibini öldürən şəxsə hökm oxunub
21 İyun 2025 18:56

