Icma.az
close
up
RU
Xırdalanda hərəkətin təşkili ilə bağlı müəyyən layihələr nəzərdə tutulur NƏQLİYYAT EKSPERTİ

Xırdalanda hərəkətin təşkili ilə bağlı müəyyən layihələr nəzərdə tutulur NƏQLİYYAT EKSPERTİ

Icma.az xəbər verir, Sonxeber.az saytına əsaslanaraq.

"Xırdalanda hərəkətin təşkili ilə bağlı müəyyən layihələr nəzərdə tutulur" - NƏQLİYYAT EKSPERTİ

"Metro stansiyalarının təxmini xəritəsi ortaya çıxıb. Bu tam dəqiq olmasa da, təxmini bilinən odur ki, "Xətai" metro stansiyasının davamı kimi Ağ Şəhərdə yeni stansiya tikilə bilər. Bənövşəyi xətt üzrə və ola bilsin sarı xətt üzrə yeni stasiyalar da tikilsin. Ümumilikdə, birinci mərhələdə Cənab Prezidentin də qeyd etdiyi kimi 10 stansiyanın tikilməsi nəzərdə tutulur. Bakının baş planı ötən il təsdiqləndi və orada da qeyd olunmuşdur ki, 2040-cı ilə qədər əlavə olaraq 20-dən çox stansiya tikilməlidir".

Bunu Sonxeber.az-a nəqliyyat eksperti Elməddin Muradlı danışıb.

O, açıqlamasında qeyd edib ki, Səbail, Qaradağ və Lökbatan istiqamətlərinə metro stansiyaların çəkilməsi arzuolunandır:

"Yəqin ki, bu 3 mərhələdə həyata keçiriləcək. Birinci mərhlədə 10, ikinci mərhələdə yenə 10 stansiya, sonra əlavə 10 yaxın əlavə stansiyanın tikitisi nəzərdə tutulur. Ümumilikdə Bakı şəhərində bu gün təxminən 57-60 stansiya lazımdır. Aparılan təhlillər onu göstərir. Bundan əlavə, Cənab Prezident onu da qeyd etdi ki, metro ilə avtobusları əlaqələndirmək lazımdır. Yəni, harada metro tikilirsə, ora avtobus marşurutu çəkilməlidir. Vətəndaşlar avtobuslar vasitəsi ilə metroya gəlməli, metrodan çıxdıqdan isə yenə avtobusdan istifadə edə bilməlidir. Yəni, bu iş bir-biri ilə əlaqəli şəkildə qurulmalıdır. Burada aidiyyatı qurumların üzərinə daha böyük məsuliyyət düşür. Metro stansiyaları tikilərkən, bu layihələr artıq əvvəlcədən razılaşdırılmalı, dəyərləndirilməlidir ki, sonradan avtobusla bağlı problemlər yaranmasın. "Xocaəsən" stansiyasında bu problem yaşanmışdı. Ora açıldı və üzərindən xeyli müddət keçdikdən sonra oraya marşurut xətti çəkdilər. Hansı ki, bu belə olmalı deyildi, stansiya açılan kimi orada avtobuslar da fəaliyyət göstərməli idi. Ümumilikdə Suraxanı, Sabunçu ərazilərinə də yeni metro stansiyalarının çəkilməsi nəzərdə tutulur. Mən çox istərdim ki, Səbail, Qaradağ, Lökbatan istiqaməti də metro stansiyalarla təmin edilsin. Çünki, orada kütləvi yaşayış mövcuddur və daha da çoxaldığı üçün vacibdir. Xəzər, Binə, Qala, Xırdalan ərazilərində də yaranması arzuolunandır. Ancaq, Xırdalanda hərəkətin təşkili ilə bağlı müəyyən layihələr nəzərdə tutulur, ola bilsin ki, orada heç metro stansiyaya ehtiyac qalmaz. Amma hər halda olması önəmlidir. Çünki, metro ictimai nəqliyyatın ən rahat, təhülkəsiz bir formasıdır və nə qədər çox olsa, o qədər faydalıdır".

Vüsalə İbrahimli


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:65
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 09 Yanvar 2025 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see241

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see229

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see174

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see167

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see152

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see148

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see136

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see135

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see135

Azərbaycanın “AI 92” markalı benzini idxal və ixrac etdiyi ölkələr SİYAHI

18 Oktyabr 2025 17:24see127

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see127

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see126

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see126

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see124

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see124

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see123

Yuxusuz halda sükan arxasına əyləşməyin! DYP dən həftəsonu XƏBƏRDARLIĞI

18 Oktyabr 2025 10:41see123

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see123

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see122

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri