Icma.az
close
up
RU
Nəqliyyat eksperti: Məktəbli avtobusu perspektivlidir

Nəqliyyat eksperti: Məktəbli avtobusu perspektivlidir

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Təhsil Nazirliyi təhsilin yaxşılaşdırılması və yüksək səviyyəyə çatması üçün uğurlu addımlar atır və yeni layihələr tətbiq edir. Layihələrdən biri də "Məktəbli avtobusu" layihəsidir.

Bu barədə Elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında yeni tədris ilindən "Məktəbli avtobusu" layihəsi tətbiq olunacağını bildirib.

Burada əsas məqsəd məktəblilərin gediş-gəlişini asanlaşdırmaq və onların rahat təhsil almasını təmin etməkdir. Layihəyə müxtəlif yanaşmalar və fikirlər mövcuddur.

"Məktəbli avtobusu" müxtəlif aspektlərdən effektiv ola bilər.  Bu, eyni zamanda nəqliyyat sıxlığının qarşısının alınmasında da mühüm oynaya bilər. 

Mövzu barədə nəqliyyat eksperti Elməddin Muradlı söyləyib ki, "Məktəbli avtobusu"  yolda sıxlığın qarşısını tam alan bir layihə deyil, amma buna müəyyən qədər imkan yaradacaq: “Tam olaraq sıxlığı azaltmaq üçün başqa işlər görülməlidir. Bu işlərdən biri də elə məktəbli avtobusu məsələsidir. Çünki məktəb vaxtı biz görürük ki, yollarda nə qədər intensivlik və hərəkətlilik var.

Xüsusən məktəb ərazisində dayanmış maşınlar ümumi hərəkətə mane olur. Bu da təbii ki, məktəbli avtobuslarını gündəmə gətirdi və dövlət proqramında bu məsələ öz əksini tapdı. Ümid edirik ki, sınaqlar uğurla keçəcək. Hansı məktəblərdə zərurət varsa, həmin ərazilərdə də bu avtobusların hərəkəti təmin olunacaq.

Ümumilikdə bu layihəni perspektivli görürəm və ümid edirəm ki, təhlillər nəticəsində ən səmərəli işlər görüləcək. Ən zəruri ərazilərdə bu məktəbli avtobusları təmin ediləcək. Çünki bir çox hallarda yaxın məsafələrdə buna heç bir ehtiyac qalmır". 

Müsahibimiz qeyd edib ki, maariflənməyə də ehtiyac var: "Valideynlərlə də profilaktiki söhbətlər aparılmalıdır ki, daha çox ictimai nəqliyyata üz tutsunlar və yaxud da piyada hərəkətə üstünlük versinlər. Bunun üçün də həm də səkilər düzəlməlidir, yollar qaydaya salınmalıdır”.(Cross.media)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:257
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 10 Aprel 2025 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see456

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see364

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see294

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see287

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see280

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see257

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see241

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see241

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see235

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see228

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see227

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see220

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see217

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see214

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see206

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see205

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see193

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see184

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see184

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri