Xırdalanda mübahisə qanla bitdi: döyüb bıçaqladılar
GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Xırdalanda bıçaqlanma hadisəsi qeydə alınıb.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Xırdalanda 22 yaşlı Vüsal Orucov adlı şəxslə bir neçə nəfər arasında mübahisə yaranıb.
Daha sonra mübahisə davaya çevrilib və həmin şəxslər V. Orucovu döyərək ona bıçaqla xəsarət yetiriblər.
Hadisənin nə üstündə olduğu bilinmir. Bıçaqlanan şəxsin yaxınlıqdakı obyektlərin birində kuryer işlədiyi bildirilir.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib ki, axşam saatlarında Abşeron rayonunda moped sürücüləri (kuryerlər) arasında insident olması ilə bağlı polisə məlumat daxil olub. İlkin məlumata görə insidentdə tərəflərdən biri — 22 yaşlı şəxs müxtəlif dərəcəli xəsarət alıb. Ərazi polis orqanında araşdırma aparılır, əməli törədən şəxs, yaxud şəxslərin müəyyən olunması istiqamətində tədbirlər görülür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 29 May 2025 00:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















