Mübahisə etdikləri şəxsi döyüb, yandırıb bıçaqladılar: Polis onları axtarır VİDEO
Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rusiyada bir nəfəri vəhşicəsinə döyən üç şəxs axtarılır. Avtosfer.az xəbər verir ki, hadisə Vladivostok şəhərində baş verib. Belə ki, şəhərin Admiral Yumaşev küçəsində 3 nəfər şəxs mübahisə etdikləri şəxsi öncə döyüblər, sonra üzərin tezalışan maye tökərək yandırıblar. Ardınca isə bir neçə bıçaq zərbəsi endirdikdən sonra hadisə yerindən qaçıblar.
Yerdə qan içində olan kişini yerli bazarın mühafizəçisi nəzarət kamerasında görüb. O, dərhal təcili yardım və polisə xəbər verib. Zərərçəkən ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin müdaxiləsindən sonra onun sağ olduğu bildirilir.
Hazırda polis hadisəni törədən həmin üç şəxsi axtarır. Onların şəxsiyyətini müəyyənləşdirmək hələ ki, mümkün olmayıb.
Namiq Musayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 04 Aprel 2025 21:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















