Icma.az
close
up
RU
Xırdalanda şəkər xəstələri dərmanla təmin oluna bilmir? AÇIQLAMA

Xırdalanda şəkər xəstələri dərmanla təmin oluna bilmir? AÇIQLAMA

Metbuat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xırdalan şəhər poliklinikasında şəkər xəstələrinə verilən dərmanlar qurtarıb.

Bu barədə Metbuat.az-ın qaynar xəttinə şikayət daxil olub. Vətəndaş bildirib ki, dərmanları götürmək üçün vaxtında müraciət etsə də, ona dərmanların daha tez tükəndiyi, bunun üçün gec qaldığı bildirilib.

Məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanladıq.

TƏBİB-dən Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2005-ci il 13 may tarixli 87 nömrəli qərarı ilə şəkərli diabet xəstələrinə göstərilən tibbi yardımın həcmi, o cümlədən insulin və digər şəkərsalıcı dərman preparatlarının illik miqdarı hesablanır:

“Beləliklə şəkərli diabet xəstələrinə insulin, şəkərsalıcı həb və özünənəzarət vasitələri verilməsi hazırda qüvvədə olan Qərara əsasən insulinterapiya alan şəkərli diabet xəstələrinə (xəstəliyin tipindən asılı olmayaraq) sutkada 40 vahid insulin, şəkərsalıcı həb alanlara 2 şəkərsalıcı həb, kombinə olunmuş terapiya alanlara isə 40 vahid insulinlə birgə 2 şəkərsalıcı həb verilir”.

Həmçinin məlumatda qeyd olunub ki, Abşeron Rayon Mərkəzi Xəstəxanasında tibbi qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı statistik məlumatlara görə 7 774 nəfər təşkil edir:

“2023-cü ildən şəkərli diabet xəstəliyindən əziyyət çəkən pasiyentlərin müayinə və dərman vasitələrinin daha kompakt şəkildə təmin olması və mərkəzləşdirilmiş şəkildə idarəedilməsi üçün bütün həkim-endokrinoloqlar tibb müəssisəsinin Xırdalan şəhərində yerləşən poliklinika şöbəsində fəaliyyət göstərir.

Dərman təminatı imtiyazlı xəstə sayına uyğun olaraq təmin edilir və hər ayın 10-dan 20-dək xəstələrə poliklinikada dərman vasitələri paylanılması prosesi icra olunur. Vətəndaşlardan qeyd olunan müddətdə imtiyazlı dərmanları əldə etmələri xahiş olunur. Həmin vətəndaşın müraciətinə isə aidiyyəti üzrə baxılıb və müvafiq kömək göstəriləcək”.

Vətəndaşın ona ayrılan dərmanı almaq üçün vaxtında müraciət etdiyini nəzərə alsaq, niyə dərmanla təmin olunmadığı sual doğurur.

Məsələni diqqətdə saxlayacağıq.

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:226
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 19 Mart 2025 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see329

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see319

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see288

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see288

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see277

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see275

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see250

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see250

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see239

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see233

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see227

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see223

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see223

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see218

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see217

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see212

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see210

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see207

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see195

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri