Icma.az
close
up
RU
Xislət dəyişməyəcək: Əvvəl uydururlar, sonra tarixi fiqurların adına çıxırlar

Xislət dəyişməyəcək: Əvvəl uydururlar, sonra tarixi fiqurların adına çıxırlar

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azər Həsrət: Tarixi faktları saxtalaşdırmaq erməni siyasətinin ayrılmaz parçasıdır



Təəssüf ki, bəzi hallarda tarix siyasi alətə çevrilir və tarixi faktların məqsədli şəkildə təhrif olunmasının şahidi oluruq. Ermənilərin uzun illərdir apardığı saxta informasiya siyasəti bu məsələdə bariz nümunədir. Tarixə uydurma əlavələr, xəritələrin dəyişdirilməsi, dünya ictimaiyyətinə yanlış təsəvvürlərin sırınması artıq sistemli şəkildə həyata keçirilir.

Bu yanaşmanın bir nümunəsi də Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın son açıqlamasıdır. O, növbəti dəfə "qədim Ermənistanın sərhədləri" barədə əsassız iddia irəli sürüb. III əsrdə yaşamış romalı tarixçi Mark Yunian Yustinə "istinad edən" Ter-Petrosyan Ermənistanın guya Kapadokyadan Xəzər dənizinədək uzandığını bildirib. Bununla da kifayətlənməyən sabiq prezident bu dəfə "sərhədləri" Fərat çayı sahillərindən Assuriya və Mesopotamiyaya qədər uzanan, coğrafiyası belə bəlli olmayan uydurma bir "qədim erməni dövləti"ndən danışıb.


Siyasi şərhçi Azər Həsrət ermənilərin bu tarixi uydurmasını Sherg.az-a şərh edib:


"Ter-Petrosyanın bu mövzuda ilk yazısı 2019-cu ildə yayımlanıb. Nədənsə bu dəfə həmin yazını yenidən dərc ediblər. Halbuki, bu yazı tamamilə cəfəngiyyatlarla doludur. Ermənilərin bir xüsusiyyəti var. Məsələn, hansısa tarixi xəritəni əldə edən kimi onun üzərində dərhal "Armenia" sözünü yerləşdirirlər və ya hər hansı tarixi şəxsiyyətin əsərinə çıxış imkanları olduqda, həmin şəxsiyyətin adından saxta fikirlər əlavə edirlər. Sonra isə bu saxtalaşdırılmış mənbələri geniş şəkildə tirajlayaraq dünyaya yayırlar. Hətta bu yalanları Herodot kimi məşhur tarixçilərin adına çıxaraq təqdim edirlər. Yəni əvvəlcə uydururlar, sonra bu uydurmaları tarixi fiqurların adından yazırlar, daha sonra isə onu dünyanın müxtəlif nöqtələrində yerləşən erməni diasporası vasitəsilə yayırlar". 


Siyasi şərhçi ermənilərin əllərində imkanların, əlaqələrin çox geniş olduğunu və dünyanın hər yerində yaşadığını söyləyib:

"Bir maraqlı faktı qeyd edim. 2001-ci ilin yanvar ayında Hindistanın Dehli şəhərində səfərdə olarkən "Manorama" qəzetinin hazırladığı illik kitabın təqdimatında iştirak etdim. Həmin kitabda Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı o qədər yalan məlumatlar yer alırdı ki, təəccüblənməmək mümkün deyildi. Azərbaycanın heç xəbəri olmayan bir nəşrdə belə ermənilər öz yalanlarını rahatlıqla yerləşdirə bilirlər. Daha sonra isə bu cür saxta mənbələrə istinad edərək "qədim erməni tarixi" və "Ermənistanın geniş əraziləri"ndən danışmağa başlayırlar.

Bu kontekstdə Ermənistanın keçmiş prezidenti, tanınmış siyasətçi Ter-Petrosyanın da bu cür saxta təbliğatın bir alətinə çevrilməsi göstərir ki, bu xislət dəyişməyəcək. Əgər onlar dəyişməyəcəklərsə, biz də məcburuq ki, buna uyğun mövqe və strategiya sərgiləyək".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://sherg.az
archiveBu xəbər 03 Sentyabr 2025 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri