Icma.az
close
up
RU
Xivə festivalının Qran prisini Azərbaycan qazanıb

Xivə festivalının Qran prisini Azərbaycan qazanıb

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qədim Xivə şəhərində UNESCO və ICESCO-nun himayəsi ilə 2-ci Türk Dünyası Mədəniyyət Forumu və festivalı başa çatıb.

Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli forumdakı məruzəsində bildirib ki, bu gün düzənlənən bu forumun əsas istiqaməti məhz qeyri-maddi mədəni irsin – dil, musiqi, folklor, ənənələr, sənətkarlıq kimi dəyərlərin qorunması və paylaşılmasıdır. Bu forum bizə ortaq türk dilini formalaşdırmaq imkanı verir. Sevindirici haldır ki, çıxışların böyük əksəriyyəti türk dilinin müxtəlif ləhcələrində səsləndirilir və ortaq türk dilinin formalaşmasına zəmin yaradır.

Forum çərçivəsində keçirilən “Yeni Özbəkistanda baxşı sənəti: Müasir tədqiqatlar və perspektivlər” elmi konfransında AMEA Folklor İnstitutunun direktoru, dosent Hikmət Quliyev, institutun dosentləri Aynur İbrahimova və İlhamə Qəsəbova, Beynəlxalq Muğam Mərkəzinin direktoru Sahib Paşazadə çıxış edərək tük xalqları mədəniyyətinin öyrənilməsi ilə bağlı önəmli mövzulardan söz açıblar.

Konfransda AMEA Folklor İnstitutu ilə Daşkənddəki Yunus Rəcəbi adına Özbək Milli Musiqi Sənəti İnstitutu arasında əməkdaşlığa dair sənəd imzalanıb.

***

Forum çərçivəsində keçirilən festivalın münsiflər heyətində Azərbaycan aşığı Samirə Əliyeva da olub. Qran-pri isə “Şirvan” Aşıq Qrupuna və Aşıq Qəlbinur İbrahimliyə verilib. Mükafatı Özbəkistanın mədəniyyət naziri Azadbek Nazarbekov təqdim edib.

Birinci yerə Özbəkistan və Türkmənistan nümayəndələri layiq görülüblər. İkinci mükafat Özbəkistan və Qazaxıstan nümayəndələrinə verilib. Üçüncü yeri Rusiya, Özbəkistan və Monqolustan sənətçiləri tutublar. Festivalda iştirak edən musiqi kollektivlərinə həvəsləndirici mükafatlar verilib.

Qulu KƏNGƏRLİ,
XQ-nin Türküstan müxbiri
Xivə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Aprel 2025 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri