Xiyarın kiloqramı Bakıda 1,3, Tbilisidə 1,2, İrəvanda isə 1 dollara satılır
Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Son günlər sosial şəbəkələrdə və mətbuatda ən çox müzakirə olunan mövzulardan biri də xiyarın qiymətinin yüksək olmasıdır.
Yeniavaz.com xəbər verir ki, market və bazarlarda xiyarın qiyməti əvvəlki illərdən fərqli olaraq bu il çox baha satılır.
Müqayisə üçün bildirək ki, ötən ilin iyul ayında Azərbaycanda bir kiloqram yerli xiyarın orta pərakəndə satış qiyməti 60 qəpik olduğu halda, hazırda yerli xiyarın kiloqramı 1,7 manatdan baha satılır.
Onu da bildirək ki, Azərbaycan Cənubi Qafqaz ölkələri arasında əsas xiyar istehsalçısı olsa da, hazırda xiyarın qiyməti Gürcüstan və Ermənistanla müqayisədə bahadır.
Məsələn, hazırda Azərbaycanın aparıcı supermarketlərindən biri olan “Bravo”da “Yelpənək” xiyarının kiloqramı 2 manat (1,2 dollar), “Melit” xiyarının kiloqramı isə 2,2 manata (1,3 dollar) satılır.
Ermənistanın məşhur SAS supermarketində Rusiyadan idxal edilən xiyarın bir kiloqramı 1 dollara (370 dram), Gürcüstanın məşhur “Goodwill” supermarketində isə 1,2 dollara (3,25 lari) satılır.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Bakıda restoranda şok hesab: xiyarın birinin qiyməti… FOTO
16 İyun 2026 15:17
Xiyarın inanılmaz faydaları
07 İyun 2026 09:57
Xiyarın möcüzəvi faydaları
04 İyul 2026 03:04
Xiyarın faydaları və zərərləri
05 Noyabr 2024 14:35
Xiyarın bu faydalarını bilirdinizmi?
16 Noyabr 2024 20:06
Baxış sayı:193
Bu xəbər 07 İyul 2026 17:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















