Icma.az
close
up
RU
Xocalı faciəsini törədənlər ədalət məhkəməsi önündə cavab verəcəklər

Xocalı faciəsini törədənlər ədalət məhkəməsi önündə cavab verəcəklər

Icma.az, Newscenter.az saytına istinadən bildirir.


Xocalının yaraları sarınır. 44 günlük İkinci Qarabağ savaşından və 23 saatlıq antiterror əməliyyatından Zəfərlə çıxan Azərbaycan dövləti vaxt itirmədən bir tərəfdən erməni vandalizmi nəticəsində viran qalmış ərazilərimizin dirçəlişi işlərini davam etdirir, digər tərəfdən isə Böyük Qayıdış çərçivəsində addımlar ataraq müharibənin vurduğu yaraları sarımağa səy göstərir. Bu gün Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Xocalıya növbəti köç karvanının yola salınması da sözügedən adımlardan biridir. Belə ki, bu gün Xocalının Ballıca kəndinə ilk mərhələ üçün 27 ailə (152 nəfər) köçürüldü.
Bildiyimiz kimi, Azərbaycan Ordusunun 2023-cü ilin sentyabr ayının 19-20-də keçirdiyi lokal antiterror əməliyyatları nəticəsində işğaldan azad olunmuş Xocalıya ilk köç bu ilin may ayında baş tutub. Sonrakı aylarda da bu proses davam etdirilib. İşğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi Xocalı şəhərində və ətraf kəndlərdə də genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, ilk növbədə, müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır. Bütün bu işlər məhz Böyük Qayıdışa dair birinci Dövlət Proqramının icrası çərçivəsində aparılır. Başqa sözlə desək, Xocalı şəhəri yenidən salınır. Vaxtilə erməni qəsbkarlarının qan gölünə çevirdikləri Xocalıda indi həyat yenidən dirçəlir.
Doğma yurdlarına qayıdan Xocalı sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident və Müzəffər Ali Baş Komandan İlham Əliyevə təşəkkür edir, torpaqlarımızı düşmən tapdağından azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə, qazilərimizə öz şükran və minnətdarlıqlarını bildirirlər. Ərazi bütövlüyümüz və suverenliyimizin bərpası uğrunda canlarından keçən şəhidlərimiz də unudulmur. Onların da ruhuna dualar oxunur, xatirələri əziz tutulur.
Şuşaya, Xankəndiyə, Laçına, Xocalıya Böyük Qayıdış prosesi bundan sonra da uğurla davam etdiriləcək. Hazırda işğaldan azad olunmuş ərazilərdə 30 min nəfərdən çox yurddaşımız məskunlaşıb. 2025-ci ildə qayıdış prosesi daha intensiv xarakter alacaq. Vaxtilə Ermənistanın təcavüzkar siyasəti nəticəsində Qarabağ bölgəsindən vəhşicəsinə qovulan vətəndaşlarımızın indi öz doğma yurdlarına qayıtması onların təbii haqqı və hüququdur. Bu gün Qarabağımıza baş tutan hər bir köç mərhələsi ermənilərə vurulan ağır psixoloji zərbə deməkdir. Lakin bu məsələ təkcə psixoloji zərbə ilə bitməyəcək. Biz Xocalı soyqırımını törədən canilərin hüquqi cəza almasına da nail olacayıq. Xocalı faciəsini törədənlər ədalət məhkəməsi önündə cavab verəcəklər.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 13 Dekabr 2024 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri