Pakistanlı analitik: Xocalı faciəsini törədənlər ədalət qarşısında cavab verməlidirlər
Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.
Bir gecədə 600-dən çox insanın, o cümlədən uşaq və qadınların qətlə yetirilməsi, hesab edirəm ki, normal insan davranışı deyil.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Çində fəaliyyət göstərən pakistanlı geosiyasi analitik Malik Ayub Sumbal deyib. O bildirib ki, Xocalı soyqırımı davamlı şəkildə müzakirə olunmalıdır. Onun sözlərinə görə, bu hadisə qətliam məqsədilə törədilib və əsas niyyət etnik təmizləmə həyata keçirərək insanları öldürmək olub.
“Əsas odur ki, bəşəriyyətə qarşı bu cinayətləri törədənlər ədalət qarşısında cavab verməlidirlər. Çünki bu cinayəti törədən insanlar qanun qarşısında məsuliyyətə cəlb olunmayıblar və bu, istənilən ölkədə qanunun aliliyinə xələl gətirir. Xüsusən bu gün biz bütün dünyada baş verən digər soyqırımları görürük. Deməli, bu soyqırımları arasında bir əlaqə var. Xocalı soyqırımı tanınmalıdır və insanlar bilməlidir ki, 366-cı alayın köməyi ilə erməni qüvvələri bir gecədə xalqı qətlə yetirib, susdurub”, - deyə pakistanlı ekspert əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 24 Fevral 2025 22:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















