Icma.az
close
up
RU
Xocalı sakinlərini qarşılamağa hazırdır

Xocalı sakinlərini qarşılamağa hazırdır

Xalqcebhesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Artıq 4 ilə yaxındır ki, bütün dünya dövlət başçımızın vaxtının çoxunu Qarabağın yenidən qurulmasına və bərpa olunmasına sərf etdiyinə şahiddir. Bütün maneələrə baxmayaraq İlham Əliyev var gücü ilə Qarabağa normal həyatın qayıtması, “Böyük Qayıdış” proqramının sürətlə həyata keçirilməsi üçün çalışır.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Mirsamir Məmmədov deyib.

O, qeyd edib ki, Dövlət başçısının tapşırığına əsasən artıq 4 ilə yaxındır ki, bu istiqamətdə müxtəlif işlər görülür, “Böyük Qayıdış” proqramının gerçəkləşməsi üçün bütün imkanlar səfərbər edilir. Proqrama əsasən, Qarabağ və Şərqi Zəngəzura 2026-cı ilədək 34 min 500 ailə köçürüləcək. Bu isə növbəti 4 ildə 160 minə yaxın vətəndaşımızın öz ata-baba yurdlarına qayıtması deməkdir: "Hazırda Xocalıda təmizlik, yenidənqurma və tikinti işləri həyata keçirilir. Hazırda Xocalıda 500-ə yaxın evdə təmir-tikinti və abadlıq işləri həyata keçirilir. Yollar, su, qaz çəkilir, bütün kommunal xətlərin çəkilişi həyata keçirilir.

Xocalı sakinləri - keçmiş məcburi köçkünlər də 32 ildən sonra öz vətənlərinə qayıtmalarının sevincini yaşayıb, evlərində məskunlaşıblar.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir dinləyiblər".

Xatırladaq ki, Xocalı şəhəri 1992-ci ilin 26 fevral tarixindən Ermənistan tərəfindən işğal olunub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Xocalı şəhəri Rusiya Sülhməramlı kontingentinin nəzarəti altında olub.

19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində azad olunub. Yevlax rayonunda keçirilən danışıqların nəticəsində Xocalı rayonu 24 sentyabr 2023-cü ildə Azərbaycan Respublikasının nəzarətinə keçib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü ilin oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.

Cavid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:137
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 29 Dekabr 2024 09:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see307

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see281

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see271

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see265

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see259

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

10 Sentyabr 2026 09:50see249

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see247

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see239

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see236

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see233

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see233

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see228

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see218

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see217

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see210

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see203

Nəbiyevin qardaşının tikinti şirkəti zərərdə işçilər ixtisar olunur

10 Sentyabr 2026 13:25see202

Vətəndaş “Expargo”dan şikayətçidir: 240 AZN dən çox məhsul hara yoxa çıxıb?

10 Sentyabr 2026 13:43see198

Səhiyyə naziri UNOPS un Avstriya Çoxölkəli Ofisinin direktoru ilə görüşdü

10 Sentyabr 2026 14:08see191

Bitki mənşəli içki faciəsi: 24 nəfər həyatını itirdi

10 Sentyabr 2026 19:48see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri