Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

ChatGPT də problem yarandı

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Xocalı SOYQIRIMI Erməni faşizminin QANLI İZLƏRİ

Xocalı SOYQIRIMI Erməni faşizminin QANLI İZLƏRİ

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

33 il bundan öncə baş verən Xocalı soyqırımı XX əsrin dəhşətli faciələrindən biri kimi qan yaddaşımıza yazıldı. Tarix 20-ci yüzillikdə belə bir vəhşiliyi görməmişdi. Bir xalqı etnik tərkibinə görə fiziki məhv etmək, üstəlik, cinayəti törədən canilərin dili ilə bunu bütün dünyaya car çəkmək və qürur hissi keçirmək...
Bəli, Robert Koçaryan, Serjik Sarkisyan, Seyran Ohanyan, Zori Balayan, Monte Melkonyan kimi qatillər 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Xocalı sakinlərinə tükürpədici insanlıq dramı yaşatdılar. Bu gün Qarabağı könüllü tərk edən etnik ermənilərin halına yanan və onları israrla geri qaytarmağa çalışan beynəlxalq güclər o vaxt bu cinayətə susdular, susmaqla da kifayətlənməyib, Azərbaycanı ittiham etmək üçün bəhanələr uydurur, yalan “səbəblər” formalaşdırmağa çalışdılar.
Azərbaycan xalqının ümummilii lideri Heydər Əliyev bu dəhşətli hadisəni belə şərh etmişdi.
“Bütövlükdə, Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Xocalı faciəsi - Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır - vəhşiliyin görünməmiş təzahürüdür”.
Beləliklə, XX əsrin ən dəhşətli qətliamlarından biri məhz Xocalıda yaşandı. 33 il bundan öncə soyuq fevral gecəsində Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın iştirakı ilə aylarla mühasirədə saxlanılan Xocalı şəhəri üzərinə xain hücum Ermənistandakı xunta rejiminin vicdanına yazılmalıdır.
Bu vəhşilik Robert Koçaryanın vaxtilə AŞPA tribunasından bəyan etdiyi “Ermənilər və azərbaycanlılar genetik olaraq bir yerdə yaşaya bilməzlər”, habelə, Serjik Sarkisyanın “Xocalıya qədər azərbaycanlılar elə düşünürdülər ki, biz dinc insanlara əl qaldırmayacağıq. Xocalıda biz bu stereotipləri qırdıq” tipli çürük və təhlükəli fəlsəfələrinin məntiqi nəticəsi idi...
Nəticələr özünü statistik rəqəmlərdə daha aydın göstərir. Belə ki, bu soyqırımı nəticəsində,
-613 nəfər öldürüldü ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qoca idi;
-8 ailə tamamilə məhv edildi;
-56 nəfər xüsusi qəddarlıqla - diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə zərbələr endirilərək qətlə yetirildi;
-487 nəfər şikəst oldu;
-1275 nəfər əsir götürüldü;
-1165 nəfəri sonradan girovluqdan azad etmək mümkün oldu;
-150 nəfərin taleyindən isə indiyə kimi heç bir məlumat yoxdur.
Xocalının işğalı nəticəsində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, 3 mədəniyyət evi və 1 tarix-diyarşünaslıq muzeyi dağıdıldı. Şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olundu, qəbiristanlıqlar vandallara xas üsullarla dağıdıldı. Bunlar bir vəhşi etnosun və onun cinayətkar liderlərinin qonşu xalqın günahsız nümayəndələrinə qarşı dünyanın gözü qarşısında həyata keçirdiyi faşist əməlləri və vandalizm aktıdır. Amma beynəlxalq güclər, Ermənistanın Xocalıdan sonrakı vəhşiliklərinə də göz yuman superdövlətlər ötən müddət ərzində nəinki hay tayfasına qarşı hər hansı sanksiya tətbiq etmədilər, üstəlik ekstremist ermənilərə dəstək verərək onları yeni qanlı cinayətlərə şirnikləndirdilər.
Tarix heç bir hadisənin gizli qalmasına imkan vermir. Bu gün erməni faşistlərinin davam etdirdikləri siyasi kurs, Azərbaycan xalqına qarşı ifadə etdikləri kin və qəzəb Xocalıda törədilən insanlıq əleyhinə cinayətin əsl səbəblərinə işıq salır. Qanlı cinayətə siyasi qiymət Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də verildi və “Xocalı soyqırımı günü haqqında” qərar qəbul edildi. 1995-ci il fevralın 24-də isə Milli Məclis tərəfindən dünya parlamentlərinə və beynəlxalq təşkilatlara Xocalı soyqırımı ilə bağlı müraciət qəbul olundu. 
Prezident İlham Əliyev 33 il öncə baş verən qanlı cinayətin mahiyyətini belə ifadə edir. “Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir”.
Beynəlxalq hüquqşünasların qənaətincə, Xocalı faciəsi yalnız Holokost soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı faciə ilə müqayisə oluna bilər.
Çünki, XX əsrin sonunda baş vermiş bu faciə Hitler Almaniyasının yəhudilərə qarşı törətdiyi qətliamlardan əsla fərqlənmir və təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biri kimi dəyərləndirilir. Bu, əsl soyqırımıdır. “Soyqırımı” anlayışının hüquqi mənası isə BMT Baş Assambleyasının 9 dekabr 1948-ci il qətnaməsi ilə qəbul olunmuş “Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında” Konvensiya ilə müəyyən edilir.
Beynəlxalq hüquqa görə, Xocalıda mülki əhaliyə münasibətdə soyqırımı cinayətinin bu elementlərindən istifadə edilib.
- öldürmə və bədənə fiziki və mənəvi xəsarətə səbəb olmaqdan ibarət əməlin obyektiv tərəfi;
- cinayət əməlinin sahiblərinin hədəfinə tuş gələn xüsusi mühafizə olunan qrupun mövcudluğu;
- irqi, etnik, milli və ya dini əsaslarla fərqlənən qrupun tam və ya qismən məhv edilməsi üçün xüsusi soyqırımı niyyəti.
Bəli, vəhşi düşmən 200 ildən çox bir müddətdə “Böyük Ermənistan” xəstə ideologiyasına sığınaraq qonşu dövlətlərin ərazilərinə olan iddialarını gerçəkləşdirmək üçün hər cür vasitəyə - terrora, soyqırımına, fiziki zorakılığa, ərazi işğalına və digərlərinə əl atır, bu zaman ona ən ciddi dəstəyi dünyada demokratiya, ədalət və insan haqlarından ağızdolusu danışan ölkələr verir. Və məkrli düşmən öz nifrətini davam etdirməkdən ötrü yeni imkanlar qazanır. Həyat göstərir ki, 33 ildən sonra belə nə Ermənistan, nə də onun havadarlarının xislətində dəyişiklik var. Onlar yeni soyqırımlara əl atmaq üçün fürsət gözləyir, ara-sıra buna cəhdlər göstərir. Ancaq nə zaman o zamandır, nə də Azərbaycan 33 il bundan öncəki Azərbaycan...
Xocalı faciəsini dünyaya ermənilərin törətdiyi soyqırımı kimi çatdırmaq üçün Azərbaycanda istər dövlət, istərsə də ictimai təşkilatlar tərəfindən davamlı işlər görülməkdədir. Bu sahədə ən məhsuldar iş Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Xocalıya ədalət” kampaniyası çərçivəsində həyata keçirilir.
Beləliklə, bu günə qədər
- dünyanın 18 ölkəsi qanunvericilik səviyyəsində;

- ABŞ-ın 24 ştatı;
- İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı Xocalı soyqırımını rəsmən tanıyıb;
- Avropa İnsan Haqları Məhkəməsi 2010-cu il 22 aprel tarixli qərarında Xocalı qırğınını “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən edib.
Bir sözlə, Prezident İlham Əliyevin həyata keçirdiyi hücum diplomatiyası, eləcə də erməni feyk-xəbərlərinə vurulan tutarlı zərbələr Ermənistanın terrorçu dövlət mahiyyətinin ortaya çıxarılmasına, 33 il bundan öncə Xocalı şəhərində törədilən qanlı cinayətin erməni ekstremistlərinin əl izləri olduğunun sübuta yetirilməsinə kömək edir. Dünyanın bir çox ölkələrində keçirilən anım tədbirləri və yürüşlər də Xocalı faciəsi barədə obyektiv təsəvvürün formalaşmasına öz töhfəsini verir. Prezidentin diplomatik məharəti və prinsipial addımları sayəsində ermənilərin 100 illik ideologiyasına, habelə, “Böyük Ermənistan” xülyasına elə bir zərbə vurulub ki, lobbi və diaspor təşviqatı belə məkrli düşmənin öz ambisiyalarını həyata keçirməsinə imkan vermir.
Azərbaycan müxtəlif təşkilatlar çərçivəsində qəbul edilən sənədlər, o cümlədən,
- BMT Təhlükəsizik Şurasının 4 qətnaməsində;
- ATƏT-in 1996-cı il Lissabon Sammitinin qərarında;
- BMT Baş Assambleyasının “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı qətnamələrində;
- AŞPA-nın 2005-ci il qərarında;
- Avropa Parlamentinin 2010-cu il qətnaməsində;
- Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Sammitinin 2017-ci il Bəyannaməsində;
- Avropa İttifaqı-Azərbaycan arasında imzalanmış 2018-ci ilin “Tərəfdaşlıq Prioritetləri” razılaşmasında;
* Qoşulmama Hərəkatı sammitlərinin qərarlarında;
* İslam Əməkdaşlıq Təşkilatının qətnamələrində
 

və digərlərində ərazi bütövlüyü və Ermənistanın işğalçı dövlət olmasını rəsmiləşdirməklə postmüharibə mərhələsində də Xocalı faciəsi barədə erməni yalanlarının tirajlanmasının qarşısını alır.


Əlbəttə, bütün arqumentlər – audiovizual görüntülər, fotoşəkillər, şahid ifadələri, ermənilərin etirafları və digər bu kimi faktlar Ermənistanın ötən əsrin 90-cı illərinin əvvəllərində əl atdığı cinayətin əsl məqsədini ortaya çıxarmaqda mühüm rol oynayır. Qarabağın azad edilməsindən sonra Edillidə, Şuşada, Fərrux yüksəkliyində və digər məntəqələrdə kütləvi məzarlıq yerlərinin aşkarlanması, habelə, düşmənin mina terrorunu hələ də davam etdirməsi, nəhayət, hazırda məhkəmə prosesi davam edən 15 erməni təqsirləndirilən şəxsin etirafları Ermənistanın tarixdə bənzəri olmayan vəhşi cinayətlərə görə məsuliyyətdən yaxa qurtarmaq cəhdlərini heçə endirəcək. 
Azərbaycan dövləti və onun lideri Xocalı qurbanlarının qisasını aldı. Döyüş meydanında, mülki şəxslərə heç bir zərər yetirmədən... 2020-ci ilin 44 günlük müharibəsində Azərbaycan ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı. 2023-cü il sentyabrın 20-də isə antiterror əməliyyatları nəticəsində Azərbaycan ərazi bütövlüyü və suverenliyini tam bərpa etdi, torpaqlarımız separatçılardan təmizləndi. Prezident İlham Əliyevin bir sıra digər şəhərlərdə olduğu kimi, 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində də qaldırdığı Azərbaycan bayrağı suverenliyin smvolu kimi bu bölgədə əbədi dalğalanacaq.
 

Xocalı soyqırımı tariximizin elə bir səhifəsidir ki, onun haqqında bundan sonra da çox danışılacaq, hər tədbirdə, hər tribunada dilə gətiriləcək. Unutmamaq, unutdurmamaq üçün... Bugünkü nəsil müstəqilliyin ilk günlərində xalqımızın hansı faciələrlə üzləşdiyini bilməli və Zəfərin dəyərini anlamalıdır.


Biz isə tək tarixə saplanıb qalmamalıyıq. Bu gün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında yeni Xocalı qurmaq istiqamətində fəaliyyətə start verilib. Ötən həftə dövlət başçısının Xocalının Ballıca kəndinə səfəri və orada verdiyi mesajlar tezliklə işğaldan öncəki Xocalıya qovuşacağımıza şübhə yeri qoymur. Xocalının tam bir Azərbaycan şəhərinə çevrilməsi üçün onun sakinləri yurdlarına qayıtmalı, bölgə iqtisadiyyatı, kənd təsərrüfatı bərpa olunmalı, bir sözlə, Xocalı işğaldan öncəki ab-havasına qayıtmalıdır. Bu, Böyük Qayıdış üzrə dövlət proqramının prioritet hədəflərindən biri olmaqla yanaşı, həm də Xocalının qətlə yetirilmiş dinc və günahsız şəhidlərinin ruhu qarşısında bir xalq olaraq mənəvi borcumuzdur.
Əlibala Məhərrəmzadə, Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://bizim.media
archiveBu xəbər 24 Fevral 2025 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see214

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see197

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see195

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see180

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see173

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see166

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see164

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see163

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see150

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see147

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see144

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see142

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see139

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see138

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see135

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see132

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri