Icma.az
close
up
RU
Xocalıda Haradasınız 13 lər? kitabının təqdimatı oldu FOTO

Xocalıda Haradasınız 13 lər? kitabının təqdimatı oldu FOTO

Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.

Noyabrın 18-də Xocalının  Əsgəran qəsəbəsində Xocalı faciəsinin qurbanlarına həsr olunmuş “Haradasınız 13-lər? ” kitabının təqdimatı olub. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xdmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, təqdimat mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları, şəhid ailələri və müharibə veteranları  qarşısında çıxış edən müəllif, jurnalist Səriyyə Müslümqızı bildirib ki, kitab 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı soyqırımı zamanı erməni silahlı birləşmələri və sovet ordusunun 366-cı alayının iştirakı ilə əsir götürülən 13 gənc oğlanın acı həyat hekayəsindən və hələ də məlum olmayan talelərindən bəhs edir. O qanlı gecədə 13 gəncin arasında evin yeganə övladı da olub, bir evin 3 oğlu da. 
Qeyd edilib ki, Xocalıda itkin düşən 13 nəfərdən 5-nin nəşi  bu yaxınlarda tapılaraq dəfn edilib, digərlərinin taleyi isə bugünədək məlum deyil. Müəllif kitabda bu faktları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır. 13-lərin doğmaları, şahidlər də çıxışlarında o ağrılı günləri xatırladılar. Qeyd edək ki, kitab Qeyri-Hökumət Təşkilatlarınına Dövlət Dəstəyi Agentliyinin maliyyə vəsaiti hesabına dərc olunub. Azərbaycan və ingilis dillərində nəşr olunan kitabda müəllif dünyanı ədalət məhkəməsində doğru qərar verməyə çağırır. Tədbir iştirakçıları da kitabın Xocalı həqiqətlərinin dünyaya çatdırılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 18 Noyabr 2025 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see376

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see205

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see201

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see175

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see173

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see172

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see171

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see164

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see161

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see155

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see145

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see145

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see145

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see144

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see144

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see139

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri