Xocalıdakı heyvandarlıq kompleksində istehsal olunan məhsullar daxili bazarla yanaşı, xaricə ixrac ediləcək
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Xocalı, 11 may, Tahir Ağaməmmədov, AZƏRTAC
İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış Azərbaycanın iqtisadi potensialının artmasına geniş imkanlar yaradır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sahibkarlıq fəaliyyətinin təşviqi biznes cəlbediciliyinin artırılmasında, regionun inkişafında və əhalinin rifahının yaxşılaşdırılmasında mühüm rol oynayır. Bölgədə yeni istehsal müəssisələrinin qurulması, məşğulluğun təmin olunması məqsədilə yerli və xarici investorların cəlbi istiqamətində dəstək tədbirləri həyata keçirilir. Belə müəssisələrdən biri də Prezidenti İlham Əliyevin iştirakı ilə mayın 9-da açılışı olan “Qoç Ət” Kəndli Fermer Təsərrüfatı MMC-nin Xocalı rayonunun Xanabad kəndi ərazisində yerləşən heyvandarlıq kompleksidir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, heyvandarlıq kompleksinə damazlıq, ətlik-südlük heyvandarlıq, istehsal və ictimai iaşə xidmətləri daxildir. Damazlıq fermer təsərrüfatının ümumi tutumu 750 baş iribuynuzlu heyvandan ibarətdir. Hazırda təsərrüfatda 355 baş üç növ müxtəlif cins iribuynuzlu damazlıq heyvan var. Türkiyə və Almaniya texnologiyaları tətbiq olunmaqla fəaliyyət göstərən kompleks illik 100 ton ət, 2 min ton süd istehsalı gücünə malikdir. Gələcəkdə süd istehsalının illik 3 min tona çatdırılması nəzərdə tutulur. Kompleksdə istehsal olunan məhsullar daxili bazarla yanaşı, Birləşmiş Ərəb Əmirliklərinə və Qətərə ixrac olunacaq.
Müəssisənin işğaldan azad olunmuş ərazilərdəki fəaliyyəti nəticəsində 55 iş yeri yaradılıb. Gələcəkdə süd istehsalı müəssisəsinin də işə salınmasından sonra işğaldan azad edilmiş ərazilərdə şirkət tərəfindən yaradılan iş yerlərinin sayının 100-ə çatdırılması nəzərdə tutulur.
Layihə dəyəri 4,2 milyon manat olan kompleksin ərazisi 7,6 hektardır. 500 hektardan çox ərazidə isə payızlıq arpa və buğda əkilib ki, bu da təsərrüfatda yemə olan ehtiyacı qarşılayacaq.
Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan rezidentlər üçün idxal edilən texnika, texnoloji avadanlıq və qurğular, habelə xammal və materiallar ƏDV və gömrük rüsumlarından, həmçinin burada fəaliyyət göstərən sahibkarlıq subyektləri mənfəət, torpaq, əmlak və sadələşdirilmiş vergidən azad olunublar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 11 May 2025 15:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















