Icma.az
close
up
RU
“Xocalıdan gələndə 4 nəfər idik, indi bir ordu ilə qayıdırıq...” FOTO

“Xocalıdan gələndə 4 nəfər idik, indi bir ordu ilə qayıdırıq...” FOTO

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

Xocalının Kosalar kəndindən məcburi köçkün düşən Nofəl Rzayev ailəsi ilə birlikdə 33 ildən sonra ana yurda dönür. 
Bizim.Media-nın yerli bürosuna danışan Nofəl Rzayev qeyd edib ki, 1992-ci ildə Xocalının Kosalar kəndindən ailəsi ilə məcburi köçkün düşüb və bu illərdə Oğuz rayonunda “Azərbaycan 60” adlı ərazidə müvəqqəti məskunlaşıb. 
Bu ailə də minlərlə digər məcburi köçkün ailəsi kimi çox əziyyətlərə qatlanıb, lakin qürurlarını sındırmayıb, ana vətənə dönmək arzusu ilə yaşayıb, övladlarını, nəvələrini bu ruhda böyüdüblər. 
Nofəl kişi deyir ki, Xocalıdan gələndə dörd nəfər idik, indi maşallah olsun doqquz nəfərlə - bir ordu ilə qayıdırıq.  

Oğuz caamatından ağız dolusu danışan, onlara evini verən, qucaq açan insanlara sonsuza kimi minnətdar qalacaqlarını deyən Nofəl bundan sonra onun Ballıcadakı qapısının bütün oğuzlular üçün açıq olduğunu səmimiyyəti ilə ifadə edib. 
Nofəl Rzayev xatırladıb ki, qardaşı İldırım Rzayev Kosalar kəndi uğrunda gedən döyüşlərdən birində qəhrəmanlıqla şəhid olub. Ailənin qohumları, qonşuları sırasında da onlarla güllə-borana tuş gələn, vəhşicəsinə öldürülənlər olub. Lakin bu gün bütün şəhidlərin ruhu şaddır. Şəhid qardaşı ilə də qürur duyur. Çünki onların qanı bahasına torpaqlarımız işğaldan azad edilib, qazilərimizin qəhrəmanlığı nəticəsində ana yurda dönürlər. 
Bu ailədə ən çox sevinənlər sırasında Nofəli Rzayevin nəvələri də var. Dünya 7-ci, Zəhra isə 5-ci sinifdə oxuyur. Hər iki bacı ata-baba yurduna dönəcəkləri xəbəri eşidən gündən həyəcan və sevinc içindədirlər. 

Bacılar qonşu həmyaşıdları ilə sağollaşır və maşına doğru gedirlər. 

Yeri gəlmişkən Rzayevlər ailəsini ərazidə yaşayan ailələr yola salmaq üçün yığışıb. Bir zamanlar qaça-qovla evlərindən çıxanlar indi sevinc və qürurla geri dönür. Qonşular da hərəsi bir rayondan, bir obadandır. Onlar da geri dönəcəkləri günü səbirlə gözləyir. 
Beləcə, Rzayevlər ailəsinin 33 illik yurd həsrəti başa çatır. Nofəl kişi üzünü qonşulara tutaraq “Sağ əlimiz sizlərin başına” deyir və yola düzəlirlər. 




Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://bizim.media
archiveBu xəbər 31 Yanvar 2025 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see251

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see239

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see232

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see175

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see173

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see158

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see156

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see149

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see148

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see146

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see145

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see143

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see141

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see141

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see141

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri