Icma.az
close
up
RU
Xocalıdan ayaqyalın çıxan Ləfxanım da Xocalıya QAYIDIB FOTO

Xocalıdan ayaqyalın çıxan Ləfxanım da Xocalıya QAYIDIB FOTO

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Ermənistan Silahlı Qüvvələri tərəfindən Xocalı soyqırımının törədilməsindən 33 il ötür. İllərlə həmin gecəni unuda bilməyən, gözləri yollarda qalan Xocalı sakinləri artıq öz doğma yurdlarına qayıdır, həmin torpaqlarda inamla addımlayırlar.

Rayonun Ballıca kəndinin də bərpası artıq son mərhələdədir. Kənddə 137 ev artıq bərpa edilib və 60-a yaxın ev hələ bərpa olunacaq. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib ki, onlardan 52 ailə (204 nəfər) Xocalı şəhərinə, 112 ailə (562 nəfər) isə Ballıca kəndinə yerləşdirilib.

33 il öncə Xocalını ayaqyalın, başıaçıq tərk edən Ləfxanım da (Nərgiz Mahmudova) artıq Xocalıya qayıdıb. Bu barədə o, Modern.az-a açıqlamasında məlumat verib.

Nərgiz Mahmudovanın (Ləfxanım) adı Milli Qəhrəman Çingiz Mustafayevin məşhur kadrlarından hər kəsə tanışdır. O, Xocalını tərk edəndə 9 yaşında idi.

"Xocalı faciəsinin ən ağrılı nəticəsini yaşayanlardan biri də biz olmuşuq. 1992-ci ildə fevralın 25-dən 26-a keçən gecə Xocalıda edilən zülmlər bizim ailəmizə də edilib. Atam öz həyətimizdə sığınacaq düzəltmişdi. Atışma olanda bizi oraya aparırdı, atışma bitdikdən sonra evimizə qayıdırdıq”, - o, qeyd edib.

Nərgiz Mahmudova soyqırımı gününü belə xatırlayır:

"Hər gün ermənilər tərəfindən Xocalıya atəş edilirdi. Elə həmin gün də gecə 11-12 radələrində atışma oldu. Biz yenə həmin sığınacağa üz tutduq. Bir saat ya biraz artıq orada qaldıq. Birdən qonşulardan bir nəfər içəri gəlib dedi ki, ailəmizi əsir götürdülər, ölənimiz var. Biz həmin an çölə çıxdıq. Gördük ki, güllə yağış kimi yağır. O vaxt atam bacısını gətirməyə çalışırdı. Qardaşlarımın biri postda, digəri də polis idi. Atam böyük bacıma dedi ki, bacının əlindən tut, kəndin ortasına qaç. Biz kəndin mərkəzinə qaçdıq, evimiz kəndin qırağında idi. Gəlib yığıldıq mərkəzə, körpələrin, uşaqların səsi, insanların iniltisi indi də qulağımdadır”.

Atamgil də gəldi, amma heç kim bilmirdi ki, hansı tərəfə qaçaq. Dörd tərəfdən mühasirəyə alınmışdıq. Yol tapa bilmədiyimiz üçün Qarqar çayına üz tutduq. Ayaqyalın, başıaçıq keçəndən sonra qara düşdük. Qar dizə qədər idi, göydən də lopa-lopa qar yağırdı. Günlərlə biz meşələrdə zülm çəkdik. Atam ayaqqabıları ağır olduğu üçün çıxardı. Sonra biz yenə həmin ayaqqabıların olduğu yerə gəldik. Yol tapa bilmirdik. Ağdamın işıqları yanırdı, deyirdik ki, çatmışıq Ağdama. Amma çata bilmirdik.

Günlərlə gedəndən sonra atam dedi, bir kənd görünür. Elə bildik Ağdama çatmışıq, sən demə ermənilərin kəndi imiş. Biz o kəndin yanından keçəndə ermənilər qarşımızı kəsdi, əmr etdilər ki, əllərinizi qaldırın. Atam onlara yalvardı ki, onu saxlasınlar, bizi buraxsınlar. Bizi əsir götürdülər, gələndə gördük ki, meşədə bizimlə gəzən 60-a yaxın insanı bizdən əvvəl əsri götürüblər. Orada gəzməyimiz sən demə bizim üçün rahatlıq imiş. Əsir düşəndən sonra ermənilər qadın, kişi, yaşlı, körpə demədən işgəncə verirdilər. Sırayla kişiləri gözümüzün önündə döyürdülər. Atamın dişlərini çəkmişdilər, avtomat qundağı ilə gözünün altından vurmuşdular. Bizim yanımızdan 7 nəfər cavan oğlanı apardılar. Sonra onların papağı ilə qabağımızda oynayıdılar ki, onların başını kəsdik, öldürdük. Hələ də yadımdan çıxmaz, əsirlikdə saxlandığımız vaxt uşağın əlinə silah verib deyirdilər, atmasanız da qorxudun. O qədər insan bir uşaqdan qorxurdu. Mən onların hamısını görmüşəm, yaşamışam. O elə bir ağrıdır ki, silinəcək bir şey deyil".

Nərgiz Mahmudova bu gün Xocalıdadır, orada işlə təmin olunub və şəhərdə yaşayır: "Bu gün öz yurdumuzda şəhidlərimizi yad etdik. Bu günümüzə şükür olsun".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:66
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 Fevral 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri