Icma.az
close
up
RU
“Xocalının dünyaya çatan harayı”

“Xocalının dünyaya çatan harayı”

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Fevralın 26-da Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunan “Xocalının dünyaya çatan harayı” mövzusunda elmi sessiya keçirilib.

Mərasimi giriş sözü ilə açan muzeyin direktoru akademik Rafael Hüseynov 1992-ci ilin fevralında baş vermiş Xocalı faciəsinin miqyasından, dəhşətli nəticələrindən, siyasi və hüquqi mahiyyətindən danışıb. Bildirib ki, Xocalı faciəsi ermənilərin xəstə təfəkkürdən doğan niyyətlərinə çatmaq üçün Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımı siyasətinin ən qanlı səhifəsi, qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində baş vermiş bir vəhşilik aktıdır. Xocalı qətliamı dünya tarixində dinc əhalinin qətli kimi dərin iz qoymuş soyqırımı hadisələrinin ən sonuncusudur.

Muzeyin direktoru Xocalının qabaqcadan hazırlanmış plana əsasən işğal olunduğunu söyləyib. Rafael Hüseynov qeyd edib ki, 1991-ci ilin noyabrında artıq şəhərə gedən bütün yollar ermənilər tərəfindən nəzarətə      götürülmüş, ətrafla əlaqə kəsilmiş, insanlar çətin vəziyyətdə qalmışdı. Xocalılardan bəziləri şəhəri tərk etsə də, təxminən 2500 insan öz doğma evlərində qalmışdı. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə isə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn bütün normalarını pozaraq, mühasirədə olan Xocalı şəhərinin dinc sakinlərinə qarşı ağır hərbi texnikadan istifadə edərək, görünməmiş qəddarlıqla soyqırımı həyata keçirmişdir.

Uzun illərdir Azərbaycan dövlətinin Xocalı faciəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması istiqamətində sistemli iş apardığını deyən məruzəçi bildirib ki, bütün dünyanın gözü qarşısında baş vermiş bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra açıqlanıb, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət verib və 26 fevral “Xocalı soyqırımı və milli matəm günü” elan olunub. O, Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılmasının Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətdə hər zaman mühüm yer tutduğunu vurğulayıb, artıq dünyanın 18 parlamentinin Xocalı faciəsini soyqırımı hadisəsi kimi tanıdığını söyləyib.

Rafael Hüseynov, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyasının əhəmiyyətindən danışıb. Qeyd edib ki, Xocalı faciəsi barədə dünya ictimaiyyətinə dolğun və geniş məlumatlar verilməsində “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının fəaliyyəti yüksək qiymətə layiqdir.

O, 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, güclü ordumuzun rəşadəti sayəsində 44 günlük Vətən müharibəsində tarixi ədalətin bərqərar olduğunu, 2023-cü ilin sentyabrında birgünlük antiterror tədbirləri nəticəsində isə ərazi bütövlüyümüz və suverenliyimizin tam bərpa olunduğunu bildirib. Məruzəçi hazırda Xocalıda yeni həyatın başlandığını, genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığını, Böyük Qayıdışa dair Dövlət Proqramının uğurla həyata keçirildiyini qeyd edib.

25 fevral 2025-ci il tarixində ölkə Prezidenti İlham Əliyev tərəfindən "Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında" Sərəncamın imzalandığını vurğulayan akademik Bakıda soyqırımlarımızın tarixini əks etdirən muzeyin yaradılmasının da zəruri olduğunu bildirib. O, soyqırımı muzeylərinin Azərbaycan xalqının gələcək nəsilləri üçün qan yaddaşının qorunmasına və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşməsinə xidmət edən mükəmməl tarixi abidə oduğunu söyləyib.

Natiq sonda Xocalı faciəsini dünyada daha yaxşı tanıdılması üçün bədii yeni əsərlərin yazılmasına, filmlərin çəkilməsinə diqqət yetirməyin vacibliyini vurğuladı.

Tədbir muzeyin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Nuranə Əsədullayeva “Xocalı faciəsinin ədəbiyyat və mədəniyyətdə əksi”, muzeyin Mədəni irs və mənbəşünaslıq şöbəsinin laborantı Zenfira Əliyeva “Xocalı faciəsi Azərbaycan bəstəkarlarının əsərlərində”  və muzeyinin Xurşidbanu Natəvan adına Qarabağ filialının elmi işçisi Rəhman Baxşəliyevin çıxışları ilə davam edib.

Qabil YUSİFOĞLU
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Fevral 2025 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see368

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see348

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see338

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see297

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see273

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see260

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see255

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see245

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see242

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see236

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see231

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see229

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see222

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see219

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see214

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see212

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see209

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see205

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see205

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri