Icma.az
close
up
RU
Menu

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

London konsertinə hazırlıq başladı

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

BBC: “Trampın Arkası” silahlandırılacaq!

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

Payızda bağda görülən 6 iş

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

Xocalının susmayan harayı dünyanı dolaşır

Xocalının susmayan harayı dünyanı dolaşır

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Xalqımız 33 ildir ki, erməni vandallarının insanlıq əleyhinə törətdiyi qanlı cinayətin – Xocalı soyqırımının ağrısını, dəhşətlərini qəlbində, həyatında daşıyır. Bu cinayət aktının bütün dünyada tanınmasına nail olmaq qarşımızda duran vəzifələrdəndir. 2012-ci ilin yanvarında İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının İndoneziyanın Palembanq şəhərində keçirilən VII sessiyasında 51 ölkənin parlament nümayəndəsi Xocalı faciəsinin beynəlxalq səviyyədə soyqırımı kimi tanınması ilə bağlı müvafiq qətnamə qəbul edib. İndiyədək 18 dövlətin milli qanunvericilik orqanı Xocalı faciəsini soyqırımı və Azərbaycana qarşı cinayət aktı sayıb. Bundan əlavə, Xocalı soyqırımı ABŞ-ın 24 ştatı tərəfindən də tanınıb.

“Azərbaycanın ağrısını qəlbimizdə daşıyırıq”

Türkiyə Xarici İşlər Nazirliyi Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib. Bu barədə nazirliyin rəsmi saytında məlumat yayılıb.

“Düz 33 il əvvəl Xocalıda qətlə yetirilən günahsız azərbaycanlı qardaşlarımızın əziz xatirəsini rəhmət və ehtiramla yad edir, Azərbaycanın ağrısını qəlbimizdə daşıyırıq”, - məlumatda qeyd olunub.

“Xocalı Türk dünyasının ortaq yarasıdır”

Türkiyənin Eskişehirində Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı konfrans keçirilib. Eskişehir Azərbaycanlılar Dərnəyi tərəfindən təşkil olunan “Xocalı soyqırımı: Unutmadıq, Unutmayacağıq!” mövzusunda anım konfransında şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbirdə Xocalı soyqırımı zamanı həyatını itirənlər yad edilib, beynəlxalq ictimaiyyətə “Xocalıya Ədalət!” çağırışı olunub. Anadolu Universitetinin jurnalistika bölümünün tələbəsi Nərmin Qasımzadənin aparıcılıq etdiyi tədbirdə çıxış edən Eskişehir Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın, onun müavini Sirac Yaquboğlu və Eskişehir Türk Ocağının sədri, professor Nedim Ünal Xocalı soyqırımının təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının ortaq yarası olduğunu vurğulayaraq, uzun illər keçməsinə baxmayaraq bu qanlı hadisə üçün ədalət mübarizəsinin hələ də davam etdiyini xatırladıblar. Natiqlər bu faciənin tarixi yöndən qiymətləndirilməsinin vacibliyini, tarixdən dərs çıxarmağın zəruriliyini qeyd etdilər, bu fəaliyyətdə Türk dünyasının birliyinin önəmindən danışdılar.

Konfransın əsas məruzəçisi beynəlxalq münasibətlər üzrə mütəxəssis Mehmet Gökhan Özçubukçu Xocalıda baş verənlərin beynəlxalq hüquq çərçivəsində soyqırımı kimi tanınmasının və cinayətkarların məsuliyyətə cəlb olunmasının vacibliyini vurğuladı.

“Biz daim Xocalını anırıq”

Belə bir gündə Azərbaycan hökuməti və xalqı ilə həmrəy olduqlarını bildirən Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüraliyev bu barədə özünün “X” sosial hesabında paylaşım edib. “Bu gün biz müasir tarixin ən faciəli və qəddar aktlarından biri olan Xocalı soyqırımının 33-cü ildönümünü qeyd edirik” yazan TDT-nin Baş katibi K.Ömüraliyev günahsız azərbaycanlı qurbanların xatirəsini ehtiramla yad etdiyini, Azərbaycan hökuməti və qardaş xalqı ilə sarsılmaz həmrəyliyi təsdiqlədiyini qeyd edib. TDT-nin rəhbəri paylaşımına “Xocalı soyqırımı”, “Biz daim anırıq”, “TDT” həşteqlərini də əlavə edib.

“Pakistan hər zaman Azərbaycanla həmrəydir”

Pakistanın Bakıdakı səfiri Qasım Mohiuddin Xocalı soyqırımının ildönümündə Azərbaycanla həmrəy olduğunu bildirib. Səfir bu barədə “X” sosial şəbəkəsindəki səhifəsində paylaşım edib. “Pakistan Azərbaycanla həmrəydir və Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edir”, – paylaşımda deyilir.

Qeyd edək ki, bu gün dünyanın müxtəlif ölkələrində Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərinin işğalı və Xocalı soyqırımının törədilməsinin 33-cü ildönümü qeyd edilir, faciə qurbanlarının xatirəsi ehtiramla anılır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinə hücum edən erməni silahlı quldurları, vandalları canını qurtarmaq, xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edən 2 min 500-dən çox dinc sakini – qoca, qadın və uşaqları gülləbaran ediblər.

“Xocalı soyqırımının baiskarları mütləq cəzalarını alacaqlar”

Azərbaycanın Qətərdəki səfirliyində Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Tədbirdə səfirliyin əməkdaşları və Qətərdə yaşayan Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın Qətərdəki səfiri Adış Məmmədov Xocalı qətliamının bəşər tarixinə ən qanlı səhifələrdən biri kimi həkk olunduğunu və xalqımızın yaddaşında heç zaman silinməyəcəyini qeyd edib. Səfir bildirib ki, Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın vaxtilə Xocalı soyqırımı ilə bağlı verdiyi açıqlamaları bu qətliamın Azərbaycan xalqına qarşı etnik zəmində nifrət siyasətinin nəticəsi olaraq həyata keçirildiyini bir daha nümayiş etdirib.

Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı dövründə Qarabağ regionunda hərbi cinayətlər törətmiş erməni canilərinin bəzilərinin bu gün Bakıda ədalət məhkəməsi qarşısına çıxarıldığını vurğulayan A.Məmmədov Xocalı soyqırımının baiskarları Robert Koçaryan, Serj Sarkisyan və Seyran Ohanyanın da ədalət məhkəməsi qarşısında cavab verəcəklərini bildirib.

Tədbirin sonunda iştirakçılar səfirliyin foyesində təşkil olunmuş Xocalı soyqırımı ilə bağlı fotostend, həmçinin soyqırımı haqqında faktlara əsaslanan ərəb və ingilis dilində çap olunmuş kitablarla tanış olublar.

“Bu faciə bütün dünya üçün ibrət dərsidir”

Tbilisidəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyində Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Tədbir Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə baş tutub. Anım mərasimində Xocalıdan olan Gürcüstan vətəndaşı, Marneuli sakini Gülnaz Çıldırlı, Azərbaycan icmasının üzvləri, eləcə də, gürcüstanlı ekspertlər iştirak ediblər.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev çıxışında Xocalı soyqırımı haqqında tədbir iştirakçılarına məlumat verib. Diplomat Xocalı soyqırımının tarixdə baş vermiş ən dəhşətli hadisələrdən biri olduğunu, xüsusilə bu soyqırımının müharibə qanunlarına zidd olaraq uşaqların, qadınların və qocaların qətlə yetirilməsinin vəhşilik olduğunu qeyd edib. Səfir, həmçinin Xocalı faciəsinin xalqın yaddaşında əbədi olaraq qalacağını və bu cür soyqırımlara qarşı mübarizənin vacibliyini önə çəkib: “Bu faciə yalnız Azərbaycan xalqı üçün deyil, bütün dünya üçün dərs olmalıdır.

Anım mərasiminin iştirakçıları Xocalı soyqırımının və digər insanlıq əleyhinə törədilən cinayətlərin qurbanlarını bir daha yad edərək, bu kimi faciələrin təkrarlanmaması üçün beynəlxalq əməkdaşlığın vacib olduğunu bildiriblər.

“Xocalı şəhidlərinin qanı yerdə qalmadı”

İsveçdə Xocalı faciəsi qurbanlarının xatirəsi ehtiramla yad edilib. Xocalı soyqırımın 33-cü ildönümü ilə əlaqədar Azərbaycanın İsveçdəki səfirliyi tərəfindən məşhur isveçli diplomat Raul Vallenberq adına mərkəzi Stokholm meydanında faciə qurbanlarının xatirəsi ehtiramla anılıb.

Mərasimdə çıxış edən Azərbaycanın İsveç Krallığındakı səfiri Zaur Əhmədov Xocalı soyqırımının insanlığa qarşı ən qəddar cinayətlərdən biri olduğunu bildirərək, 613 günahsız azərbaycanlının amansız şəkildə qətlə yetirilməsi ilə nəticələnən faciənin dünyanın onlarca ölkəsi tərəfindən qətliam kimi tanındığını diqqətə çatdırıb: “Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Xocalı şəhidlərinin qanı yerdə qalmadı. Ordumuz Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzü bərpa etdi və bu tarixi qələbə sayəsində Azərbaycan xalqı gələcəyə daha da inamla irəliləyəcək”.

Tədbirin sonunda memorialın önünə əklil və soyqırımı qurbanlarını simvolizə edən daş abidələrin üzərinə qərənfillər düzülüb.

Hazırladı:
İ.HƏSƏNQALA
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Fevral 2025 09:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see338

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see224

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see223

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see213

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see210

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see208

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see204

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see195

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see194

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see190

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see190

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see187

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see172

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see169

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see168

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see163

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see162

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see160

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see159

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri